Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

CƏHƏNNƏMİN QAPILARI

Rəbbimiz bizə Cəhənnəmin yeddi qapısı olduğunu xəbər verərək buyurur: «Şübhəsiz ki, Cəhənnəm onların hamısına və’d olunmuş (onları gözləyən) yerdir! (Cəhənnəmin) yeddi qapısı (təbəqəsi) var. Hər qapıdan müəyyən bir dəstə girər».

İbn Kəsir (Allah ona rəhmət eləsin!) bu ayənin təfsiri barədə yazır: «Hər bir qapıdan İblisin müəyyən bir dəstəsi daxil olacaqdır və bu həmin dəstələr üçün qaçılmazdır. Hər kəs öz əməlinə görə müəyyən bir qapıdan daxil olacaq və müəyyən bir qatda bərqərar olacaqdır. Əli ibn Əbu Talibdən nəql olunan bir rəvayətdə onun xütbə verərkən bu barədə: “Həqiqətən də Cəhənnəmin qapıları bu cürdür” – deməsi bildirilir. Əbu Harun İmam Əlinin Cəhənnəmin qapıları barədəki yuxarıda səslənən fikrini qapıların üst-üstə, yəni mərtəbə formasında olması ilə izah edir. İmam Əlidən nəql olunan başqa bir rəvayətdə isə onun belə deməsi bildirilir: “Cəhənnəmin qapıları üst-üstə yeddi qapıdan ibarətdir. İlk olaraq birinci, sonra ikinci, sonra üçüncü və bu minvalla bütün mərtəbələr dolur”».
Cəhənnəm qapılarının xüsusiyyətlərindən biri odur ki, bu qapılar böyük günah sahiblərinin üzünə birdəfəlik bağlanılır və Allahın izni olmadan bu qapılar əsla açılmır. Cəhənnəm əhlinin də bu qapılardan bayıra çıxmaları üçün Allahda heç bir istək və maraq olmaz. Bu barədə Allah-taala buyurur:
«O, belələrinin (qeybətçilərin və tə’nə vuranların) üzünə qapanıb kilidlənəcəkdir. Onlar (Cəhənnəmdə) hündür sütunlara bağlanmış olacaqlar!»
«Onları hər tərəfi qapalı Cəhənnəm gözləyir!»
Mücahid sonuncu ayədəki “مؤصدة” sözünü bağlı, kilidli kimi təfsir edir. Müqatil isə ayədəki «…qapalı Cəhənnəm…» ifadəsini belə izah edir: «Qapılar Cəhənnəm əhlinin üzünə bağlanacaq, onlardan heç biri açılmayacaq və oradan cəhənnəm hərarətinin çıxmasına, Cənnət ab-havasının daxil olmasına yer qalmayacaqdır».
Bəzi sələflər «…qapalı Cəhənnəm…» ifadəsini belə təfsir edirlər: «Cəhənnəm əhlinin əyninə əridilmiş misdən libaslar geyindiriləcək. Aldıqları nəfəslərini isə geri qaytara bilməyəcəklər. Beləliklə, içlərinə nəfəs kimi aldıqları atəş bədənlərini yandıracaqdır. Belə bir şəraitdə Cəhənnəmin qapıları artıq onların üzlərinə bağlanmış olacaq və bütün tanrıların tanrısı olan Allahın qəzəbinə düçar olmuş olacaqlar».


Tarix: 04.05.2013 / 13:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 134 Bölmə: Maraqlı melumatlar
loading...