Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhih Müslim (Fitnələrin yaxınlaşması və pislik (fitnə, fəsad) çoxaldıqda həlakın gəlişi haqda.

Fitnələr Kitabitabı.
Birinci fəsil: Fitnələrin yaxınlaşması və pislik (fitnə, fəsad) çoxaldıqda həlakın gəlişi haqda.

Zeynəb bintu Cəhş (r.a) belə rəvayət edir: “Bir gün Peyğəmbər (s.a.v) yuxusundan belə deyərək oyandı: “Lə iləhə illəllah! Yaxınlaşan şərdən ərəblərin vay halına! Bu gün Yəcuc və Məcuc səddindən bu boyda dəlik açıldı.” (Sufyan əliylə on düyünü etdi.) Bunun üzərinə mən: “Ey Allahın Elçisi! İçimizdə saleh kimsələr olduğu halda, biz həlakmı olacağıq?” dedim. Peyğəmbər belə buyurdu: “Bəli, (fasiqlik, fahiş əməllər, əxlaqsızlıq, zülm kimi) pisliklər çoxaldığı zaman.”

Əbu Hüreyrə (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: “Bu gün Yəcuc və Məcuc səddindən bu boyda dəlik açıldı.” Vüheyb əliylə doxsan düyünü etdi.”

İkinci fəsil: Fitnələrin yağış yerləri kimi enməsi.

Üsamə ibn Zeyd (r.a) belə rəvayət edir: “Peyğəmbər Mədinənin qalalarının biri üzərinə çıxıb belə buyurdu: “Mənim gördüyümü görürsünüzmü? Mən sizin evlərinizin arasında fitnələrin yerlərini yağış yerləri kimi görürəm.”


Tarix: 24.04.2013 / 21:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 52 Bölmə: Maraqlı melumatlar
loading...