Namazın sünnə əməlləri:
Namazın sünnələri iki qismə bölünür: Deyilən və edilən.
Deyilən sünnələr aşağadakılardır:
1. İstiftah duası:[1]
Bu duanın ən yaxşısı Əbu Hureyrənin rəvayət etdiyi duadır. Demək o deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) təkbir gətirib namaza başlayarkən Quran oxumadan öncə bir az susardı. Mən ona dedim: Ey Allahın elçisi, atam, anam sənə fəda olsun. Sən təkbirlə Quran oxumaq arasında bir an susursan. Həmin vaxt nə deyirsən? Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: Mən həmin vaxt belə deyirəm:
«اللَّهُمَّ بَاعِدْ بَيْنِى وَبَيْنَ خَطَايَاىَ كَمَا بَاعَدْتَ بَيْنَ الْمَشْرِقِ وَالْمَغْرِبِ اللَّهُمَّ نَقِّنِى مِنْ خَطَايَاىَ كَمَا يُنَقَّى الثَّوْبُ الأَبْيَضُ مِنَ الدَّنَسِ اللَّهُمَّ اغْسِلْنِى مِنْ خَطَايَاىَ بِالثَّلْجِ وَالْمَاءِ وَالْبَرَدِ »
«Allahummə bəid beyni və beynə xətayəyə, kəmə baədtə beynəl məşriqi vəl məğrib. Allahummə nəqqini min xətayəyə kəmə yunəqqəs sovbul əbyadu minəd dənəs. Allahumməğsilni min xətayəyə bis səlci vəl məi vəl bərəd»[2].
Duanın tərcüməsi belədir: «Allahım, şərqlə qərbi biri-birindən necə uzaq etmisənsə, məni də günahlarımdan elə uzaq et. Ağ paltar çirkabdan necə təmizlənirsə, mənim günahlarımı da elə təmizlə. Allahım mənim günahlarımı qar, yağış və buz ilə yu».
2. İstiazə (“Əuzu billahi minəş-şeytanır-rəcim” sözlərini deməklə şeytanın şərrindən Allaha sığınmaq):
Uca Allah buyurur: «(Ya Rəsulum!) Quran oxumaq istədiyin zaman məlun Şeytandan Allaha sığın! (“Əuzu billahi minəş-şeytanır-rəcim” sözlərini de!)»[3].
Əbu Səid əl-Xudri deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) namaza başlayarkən istiftah duasını oxuyar və sonra belə deyərdi: “Əuzu billəhi əs-səmi əl-əlim minəş şeytanir rəcim. Min həmzihi və nəfxihi və nəfsih”[4]».
Duanın tərcüməsi belədir: “Məlun şeytandan, onun törədə biləcəyi dəlilikdən, təkəbbürlükdən və pis sözlərdən, eşidən və bilən Allaha sığınıram”.
3. Amin demək:
Vail ibn Hucr deyir ki, «Peyğəmbər “Vələddallin” sözünü dedikdən sonra, uca səslə amin deyərdi»[5].
Əbu Hureyrə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «İmam amin dedikdə siz də amin deyin. Həqiqətən kimin amin deməsi mələklərin amin demələri ilə üst-üstə düşərsə, keçmiş günahları bağışlanar»[6].
4. Fatihədən sonra Quran oxumaq:
Əbu Qatadə deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) zöhr namazının ilk iki rükətində fatihə surəsini və əlavə iki surə oxuyardı. Birinci rükəri uzadar, ikinci rükəti isə qısaldardı. Bəzən oxuduğu ayəni (bir az uca səslə oxuyub) başqalarına eşitdirərdi. Əsr namazında da fatihə surəsini və iki surə oxuyardı. Sübh namazının birinci rükətini uzadar, ikinci rükətini isə qısaldardı»[7].
Əbu Qatadə başqa hədisdə deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) zöhr və əsr namazlarının ilk iki rükətində fatihə surəsini və bir surə oxuyardı. Bəzən oxuduğu ayəni (bir az uca səslə oxuyub) bizə eşitdirərdi. Son iki rükətdə isə fatihə surəsini oxuyardı»[8].
Bəzi hallarda son iki rükətdə fatihədən əlavə surə oxumaq sünnədir. Demək Əbu Səid deyir ki, «Peyğəmbər zöhr namazının ilk iki rükətində otuz ayə miqdarında Quran oxuyardı. Son iki rükətdə isə on beş ayə miqdarında, yaxud, əvvəl oxuduğunun yarısı qədər oxuyardı. Əsr namazının ilk iki rükətində on beş ayə miqdarında oxuyardı. Sonr iki rükətində isə əvvəl oxuduğunun yarısı qədər oxuyardı»[9].
Sünnəyə görə Məğrib və İşa namazlarının ilk iki rükətlərində və sübh namazında Quran səslə oxunmalıdır. Məğribin üçüncü rükətinin, İşanın son iki rükətinin, Zöhr və Əsr namazlarının səssiz oxunması sünnədir.
5. Rüku və səcdədə təsbih etmək (Uca Allahı eyiblərdən pak tutmaq):
Huzeyfə deyir ki, «mən Peyğəmbərlə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) birlikdə namaz qılırdım. O, rükuda “Sübhanə rəbbiyəl azim”, səcdədə isə “Sübhanə rəbbiyəl alə” deyərdi»[10].
Utbə ibn Amir deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) rükuda üç dəfə, “Sübhanə rəbbiyəl azim və bihəmdihi” deyərdi. Səcdədə isə üç dəfə “Sübhanə rəbbiyəl alə və bihəmdihi” deyərdi»[11].
6. Rükudan qalxarkən “Rəbbənə ləkəl həmd” sözünə, aşaqdakı dualardan birini əlavə etmək sünnədir.
Duaların biri belədir:
«مِلْءَ السَّمَاوَاتِ وَمِلْءَ الأَرْضِ و مَا بَيْنَهمَا، وَمِلْءَ مَا شِئْتَ مِنْ شَيْءٍ بَعْدُ»
«Mil-əs-səməvati və mil-əl-ardi və mə bəynəhumə və milə mə şitə min şeyin bəd».
«(Allahım Sənə) Göylər və yer dolusu, onların arasında və Sənin istədiyin qədər Sənə həmd olsun»[12].
Namazqılan istəsə bu əlavə ilə kifayətlənər, istəsə aşaqdakı duanı da əlavə edə bilər.
»أَهْلَ الثَّنَاءِ وَالْمَجْدِ أَحَقُّ مَا قَالَ الْعَبْدُ وَكُلُّنَا لَكَ عَبْدٌ لاَ مَانِعَ لِمَا أَعْطَيْتَ وَلاَ مُعْطِىَ لِمَا مَنَعْتَ وَلاَ يَنْفَعُ ذَا الْجَدِّ مِنْكَ الْجَدُّ«
«Əhlus sənəi vəl məcd. Əhəqqu mə qaləl əbdu və kullunə ləkə abdun. Lə maniə limə atəyt vələ mutiə limə mənət vələ yənfəu zəl cəddi minkəl cədd».
«(Ey Allahım) Tərifə layiq olan Sənsən. Bəndələrin – biz hamımız Sənin bəndələrinik, dedikləri ən yaxşı söz belədir: Sənin əta etdiyinə heç kəs mane ola bilməz. Sənin qadağan etdiyini isə heç kəs əta edə bilməz. (mal dövləti və cah-cəlalı ilə) Güclü olan insan, bununla Səndən (Sənin əzabından) qurtula bilməz»[13].
«Rabbənə və ləkəl həmdu həmdən kəsiran tayyibən mübarəkən aleyh. Kəmə yuhibbu rabbunə və yərda».
«Ey Rəbbimiz, həmd-səna Sənə məxsusdur, Sənə çoxlu gözəl və mübarək həmd-səna olsun. Rəbbimiz necə sevir və razı qalırsa elə»[14].
7. İki səcdə arasında dua etmək.
Huzeyfə deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) iki səcdə arasında belə deyərdi:
« رَبِّ اغْفِرْ لِى رَبِّ اغْفِرْ لِى »
«Rabbiğfirli, rabbiğfirli»[15].
Duanın tərcüməsi isə belədir: «Ey Rəbbim məni bağışla, ey Rəbbim məni bağışla».
İbn Abbas deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) iki səcdə arasında belə deyərdi:
« اللَّهُمَّ اغْفِرْ لِى وَارْحَمْنِى وَاجْبُرْنِى وَاهْدِنِى وَارْزُقْنِى »
«Allahumməğfir li vərhəmni, vəcburni, vəhdini, vərzuqni».
Duanın tərcüməsi isə belədir: «Ey Allahım məni bağışla, mənə rəhm et, Öz xəzinəndən məndən aldıqlarının əvəzini ver, məni hidayət yoluna yönəlt və ruziləndir»[16].
8. Birinci təşəhhüddən sonra Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) salavat demək. Çünki Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) də belə edərdi.
Demək Aişə deyir ki, «biz Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) üçün misvak və dəstəmaz suyu hazırlayırdıq. Allah, gecə istədiyi vaxt onu oyatdırar, o da qalxıb misvaklanar və dəstəmaz alardı. Sonra doqquz rükət namaz qılardı. Rükətlərin heç birində əyləşməzdi. Yalnız səkkizinci rükətdə oturar və Rəbbinə dua edər, Peyğəmbərinə salavat deyərdi. Sonra salam vermədən ayağa qalxardı. Sonra doqquzuncu rükəti qılar və oturardı. Sonra Rəbbinə həmd edər, Peyğəmbərinə salavat deyər, dua edib salam verərdi...»[17].
9. Birinci və ikinci təşəhhüdlərdən sonra dua etmək.
Birinci təşəhhüddən sonra belə deyilir: Demək İbn Məsud deyir ki, həqiqətən Muhəmməd (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Hər iki rükətdən sonra oturduqda belə deyin:
»التحيات لله والصلوات والطيبات السلام عليك أيها النبي ورحمة الله وبركاته السلام علينا وعلى عباد الله الصالحين أشهد أن لا إله إلا الله وأشهد أن محمدا عبده ورسوله«
«Əttəhiyyatu lillahi vəs səlavatu vət tayyibatu, əssəlamu aleykə əyyuhən nəbiyyu və rəhmətullahi və bərəkətuhu, əssəlamu aleynə və alə ibadillahis salihin. Əşhədu əllə iləhə illəllah və əşhədu ənnə Muhəmmədən abduhu və rəsuluhu».
Duanın tərcüməsi isə belədir: «Ən gözəl salamlar, namazlar və yaxşı işlər Allaha məxsusdur. Ey Allahın Peyğəmbəri, sənə Allahın salamı,rəhməti və bərəkəti olsun. Bizə və Allahın əməlisaleh bəndələrinə Allahın salamı olsun. Mən şəhadət verirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur. Şəhadət verirəm ki, Muhəmməd Allahın qulu və elçisidir».
Bunu dedikdən sonra itədiyiniz duanı seçin və onunla Rəbbinizə dua edin»[18].
İkinci təşəhhüddən sonra isə belə deyilir. Demək Əbu Hureyrə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Sonuncu təşəhhüdü bitirdikdən sonra dörd şeydən Allaha sığının: Cəhənnəm əzabından, qəbr əzabından, diri və ölülərin fitnəsindən, Məsih Dəccalın şərrindən[19]»[20].
10. İkinci salam: Demək Peyğəmbər iki dəfə salam verərdi. Necə ki, bu haqda İbn Məsuddan rəvayət nəql olunur. Rəvayətdə deyilir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sağ və sol tərəfinə, «əs-salamu aleykum və rəhmətullah», «əs-salamu aleykum və rəhmətullah» - sözləri ilə salam verərdi. O salam verərkən, (arxadan baxdıqda) yanaqları görsənərdi»[21].
Bəzi hallarda isə yalnız bir tərəfə salam verməklə kifayətlənərdi. Demək Aişə deyir ki, «Peyğəmbər namazda üzünü bir az sağ tərəfə çevirib yalnız bir salam verərdi»[22].
Feli sünnələr:
1. Təkbirətul ihramı deyərkən, rükuya gedərkən, rükudan qalxarkən və birinci təşəhhüdü dedikdən sonra qiyama qalxarkən əlləri qaldırmaq: İbn Ömər deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) namaza başlayarkən, təkbir edib rükuya gedərkən və başını rükudan qaldırarkən əllərini çiyinləri səviyyəsinə qaldırardı»[23].
Nafi deyir ki, «İbn Ömər namaza başalayarkən təkbir edib əllərini qaldırardı. Rükuya gedərkən və “səmiəllahu limən həmidəh” deyib rükudan qalxarkən əllərini qaldırardı. İkinci rükətdən (üçüncü rükətə) qalxarkən əllərini qaldırardı. İbn Ömər bu əməlini Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ünvanlayırdı»[24].
Namaz zamanı hər dəfə əyilib durarkən hərdən-bir əlləri qaldırmaq sünnəyə uyğundur. Demək Malik ibn əl-Huveyris deyir ki, «mən, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) namaz qılarkən əllərini qaldırdığını görmüşəm. O rüku edərkən, rükudan qalxarkən, səcdəyə gedərkən, başını səcdədən qaldırarkən əllərini qulaqları səviyyəsinə qaldırardı»[25].
2. Sağ əli sol əlin üstünə qoyub sinə üzərinə yerləşdirmək:
Səhl ibn Səəd deyir ki, «insanlara, namaz əsnasında sağ əllərini sol dirsəkləri üzərinə qoymaları əmr olunurdu». Əbu Hazim deyir ki, mən yəqinliklə bilirəm ki, o bu əmri Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ünvanlayır[26].
Vail ibn Hucr deyir ki, «mən Peyğəmbərlə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) birlikdə namaz qılırdım. O sağ əlini sol əlinin üstünə qoyub, sinəsi üzərinə yerləşdirdi»[27].
3. Səcdə yerinə baxmaq:
Aişə deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Kəbəyə daxil olarkən oradan çıxana qədər gözünü səcdə etdiyi yerdən çəkmədi»[28].
4. Rükuda, aşağıdakı hədislərdə deyilənlərə riayət etmək:
Aişə deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) rüku edərkən başını nə tam dik tutar, nə də tam əyərdi, orta vəziyyətdə saxlayardı»[29].
Əbu Humeyd Peyğəmbərin namazını vəsf edərək deyir: «O, rüku edərkən əllərini dizlərinə bərkidər, sonra belini tam düz tutardı»[30].
Vail ibn Hucr deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) rükuda əl barmaqlarını aralı tutardı»[31].
Əbu Humeyd deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) rüku etdi və sanki dizlərini qucaqlamış kimi, əllərini dizlərinə qoydu. Qollarını tam açıb, böyürlərindən uzaq tutdu»[32].
5. Səcdəyə gedərkən əllərin dizlərdən öncə yerə qoyulması:
Əbu Hureyrə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kimsə səcdəyə gedərkən dəvə oturduğu kimi oturmasın. Əllərini dizlərindən öncə yerə qoysun»[33].
6. Səcdədə, aşağıdakı hədislərdə deyilənlərə riayət etmək:
Əbu Humeyd Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) namazını vəsf edərək deyir: «O, səcdə edəndə dirsəklərini yerə qoymaz və ovuclarını bükməzdi. Ayaq barmaqlarını da qibləyə tərəf yönəldərdi»[34].
Bəra Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Səcdə edərkən ovuclarını yerə qoy, dirsəklərini qaldır»[35].
Abdullah ibn Malik ibn Buheynə deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) namaz qılarkən, (səcdə zamanı) qollarını aralayardı hətta qoltuqaltı vəziləri görsənərdi»[36].
Aişə deyir ki, «bir gün Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) mənim yatağımda idi. Birdən onun yoxa çıxdığını görüb onu axtarmağa başladım. Gəlib gördüm ki, dabanlarını dik tutmuş, barmaqlarını da qibləyə yönəltmiş halda səcdə edir»[37].
Vail ibn Hucr deyir ki, «mən Mədinə şəhərinə gəldim və (öz-özlüyümdə) dedim: Mən mütləq Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) necə namaz qıldığına baxmalıyam. O hədisin bir hissəsini danışır və sonra deyir: Sonra əyilib səcdəyə getdi. Başını əlləri arasına qoydu... »[38].
Vail ibn Hucr deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səcdə edərkən əl barmaqlarını birləşdirərdi»[39].
Bəra deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səcdə edərkən əllərini yerə qoyar, ovucları və barmaqlarını qibləyə tərəf tutardı».[40]
7. İki səcdə arasında olan oturuşun aşağıdakı hədislərdə deyilən qaydada olması:
Aişə deyir ki, «O, sol ayağını yerə yatırar, sağ ayağını isə dik tutardı»[41].
İbn Ömər deyir ki, «sağ ayağı dik tutmaq və barmaqlarını qibləyə yönəltmək, sol ayağın üzərində oturmaq namazın sünnələrindəndir»[42].
Tavus deyir ki, «biz iki səcdə arasında dabanlar üzərində oturmaq haqqında İbn Abbasdan soruşduq və o bunun sünnə olduğunu dedi. Biz dedik ki, bəs biz bunu insan üçün narahatlıq sayırıq. İbn Abbas dedi: Əksinə, bu sənin Peyğəmbərinin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sünnəsidir»[43].
8. Səcdədən qiyama qalxarkən oturmaq, sonra durmaq:
Əbu Qilabə deyir ki, Malik ibn əl-Huveyris əl-Leysi bizə deyirdi ki, «O, Peyğəmbəri (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) namaz qılarkən görmüşdü. O namazının tək rükətlərini bitirər (səcdədən qalxar) və oturar sonra (ikinci rükəti qılmaq üçün ağaya) durardı[44]».
9. Rükətdən qalxarkən yerə dayaqlanmaq:
Əyyub, Əbu Qilabədən rəvayət edir. Rəvayətdə deyilir ki, «Malik ibn əl-Huveyris bizim yanımıza gəldi və bu məscidimizdə bizə namaz qıldırdı və dedi: Mən sizə namaz qıldırıram, amma məqsədim bu deyil. Sadəcə olaraq mən istəyirəm sizə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) necə namaz qıldığını göstərim. Əyyub deyir: Mən Əbu Qilabəyə dedim: Bəs onun namazı necə idi? O dedi: Bax bizim bu şeyximizin, yəni, Amr ibn Sələmənin - namazı kimi. Əyyub deyir: O şeyx təkbiri bitirir, ikinci səcdədən başını qaldırarkən oturar, sonra yerə dayaqlanıb ayağa qalxardı»[45].
10. Hər iki təşəhhüd zamanı aşağıdakı hədislərdə deyilən kimi oturmaq:
Əbu Humeyd Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) namazının vəsfində deyir: «İkinci rükətdə oturarkən sol ayağı üzərində oturar, sağ ayağını isə dik tutardı. Sonuncu rükətdə oturduqda isə sol ayağını (sağ ayağının altına doğru) irəli çıxarar, sağ ayağını isə dik tutar və oturacağı üzərində oturardı»[46].
İbn Ömər deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) namazda oturarkən sağ ovucunu sağ baldırının üzərinə qoyar, əl barmaqlarının hamısı bükər və yalnız şəhadət barmağı ilə işarə edərdi. Sol ovucunu da sol baldırının üzərinə qoyardı»[47].
Nafi deyir ki, Abdullah ibn Ömər namazda oturarkən əllərini dizləri üzərinə qoyar, (şəhadət) barmağı ilə işarə edər və gözlərini barmağına dikərdi. Sonra İbn Ömər deyərdi ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə deyirdi: «Bu, yəni, şəhadət barmağı - şeytan üçün dəmirdən (dəmir alətlə vurulan zərbədən) də pisdir»[48].
_____________________________________________________________________
[1] Digər bir istiftah duası da belədir:
«Sübhanəkə Allahummə və bihəmdikə və təvarəkə ismukə və təalə cəddukə və lə iləhə ğəyrukə».
«Ey Allahım, Sən naqisliklərdən paksan. Sənə həmd edirik. Sənin adın müqəddəs, cəddin ucadır. Səndən başqa haqq ilah yoxdur».
[2] Buxari: 2/ 227/ ? 744. Müslim: 1/ 419/ ? 598. İbn Macə: 1/ 264/ ? 805. Əbu Davud: 2/ 485/ ? 766.
[3] ən-Nəhl: 98.
[4] Hədis səhihdir. əl-İrva: ? 342. Əbu Davud: 2/ 476/ ? 760. Tirmizi: 1/ 153/ ? 242.
[5] Hədis səhihdir. Sifətus Salət: səh. 82. Əbu Davud: 3/ 205/ ? 920. Tirmizi: 1/ 157/ ? 248.
[6] Buxari: 2/ 262/ ? 780. Müslim: 1/ 307/ ? 410. Nəsai: 2/ 144. Əbu Davud: 3/ 211/ ? 924. Tirmizi: 1/ 158/ ? 250. İbn Macə: 1/ 277/ ? 851.
[7] Hədis səhihdir. Səhih Sünən Nəsai: ? 932. Buxari: 2/ 243/ ? 759.
[8] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: ? 286. Müslim: 1/ 333/ ? 421.
[9] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: ? 287. Müslim: 1/ 334/ ? 452.
[10] Hədis səhihdir. Səhih Sünən Nəsai: ? 1001. Nəsai: 2/ 190. Əbu Davud: 3/ 123/ ? 857. Tirmizi: 1/ 164/ ? 261.
[11] Hədis səhihdir. Sifətus Salət: səh. 127. Əbu Davud: 3/ 121/ ? 856. Beyhəqi: 2/ 86.
[12] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: ? 292. Müslim: 1/ 347/ ? 477-478. Əbu Davud: 3/ 82/ ? 832. Nəsai: 2/ 199.
[13] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: ? 292. Müslim: 1/ 347/ ? 477-478. Əbu Davud: 3/ 82/ ? 832. Nəsai: 2/ 199.
[14] Hədis səhihdir. Sifətus Salət: səh. 119.
[15] Hədis səhihdir. Səhih Sünən İbn Macə: ? 731. İbn Macə: 1/ 289/ ? 897.
[16] Hədis səhihdir. Səhih Sünən İbn Macə: ? 732. Tirmizi: 1/ 175/ ? 283. Əbu Davud: 3/ 87/ ? 835. İbn Macə: 1/ 290/ ? 898.
Diqqət! Əbu Davudun rəvayətində «vəcburni» yəni, «Öz xəzinəndən məndən aldıqlarının əvəzini ver» sözünün əvəzində, «və afini» yəni, «məni əfv et» - deyilir. İbn Macənin rəvayətində isə «vəhdini» yəni, «məni hidayət yoluna yönəlt» sözləri əvəzində, «vərfəni» yəni, «məni ucalt» - deyilmişdir. Bütün bu sözləri duanın tərkibində demək müstəhəbdir. Demək mətndə deyilən duaya belə əlavə olunur: «və afini vərfəni».
[17] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: 390. Müslim: 1/ 512/ ? 746.
[18] Hədis səhihdir. əl-İrva: ? 336. Nəsai: 2/ 238.
[19] Demək dua ərəbcə belə deyilir: «Allahummə inni əuzu bikə min azəbi cəhənnəm, və min azəbil qabr, və min fitnətil məhya vəl məmat, və min şərri məsihid dəccal».
[20] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: ? 306. Səhih Sünən İbn Macə: ? 741. Müslim: 1/ 412/ ? 588. Əbu Davud: 3/ 273/ ? 968. İbn Macə: 1/ 294/ ? 909.
[21] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: ? 878. Əbu Davud: 3/ 288/ ? 983. Nəsai: 3/ 62. İbn Macə: 1/ 296/ ? 914. Tirmizi: 1/ 181/ ? 294. Onun rəvayətində sonuncu cümlə qeyd olunmur.
[22] Hədis səhihdir. Səhih Sünən ət-Tirmizi: ? 242. Tirmizi: 1/ 182/ ? 295.
[23] Buxari: 2/ 218/ ? 735. Müslim: 1/ 292/ ? 390. Tirmizi: 1/ 161/ ? 255. Nəsai: 2/ 122.
[24] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: ? 663. Buxari: 2/ 222/ ? 739. Əbu Davud: 2/ 439/ ? 727.
[25] Hədis səhihdir. Səhih Sünən ən-Nəsai: ? 1040. Nəsai: 2/ 206. Əhməd: 3/ 167/ ? 493.
[26] Hədis səhihdir. Müxtəsər Səhih əl-Buxari: ? 402. Buxari: 2/ 224/ ? 740. Malik: 111/ 376.
[27] Hədis səhihdir. əl-İrva: ? 352. İbn Xuzeymə: 1/ 243/ ? 479.
[28] Hədis səhihdir. Sifətus Salət: səh. 69. Hakim: 1/ 479.
[29] Hədis səhihdir. Sifətus Salət: səh. 111. Müslim: 1/ 357/ ? 498. Əbu Davud: 2/ 489/ ? 768.
[30] Hədis səhihdir. Sifətus Salət: 110. Buxari: 2/ 305/ ? 828. Əbu Davud: 2/ 427/ ? 717.
[31] Hədis səhihdir. Sifətus Salət: 110. İbn Xuzeymə: 1/ 301/ ? 594.
[32] Hədis səhihdir. Səhih Sünən ət-Tirmizi: ? 214. Əbu Davud: 2/ 429/ ? 720. Tirmizi: 1/ 163/ ? 259.
[33] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: ? 746. Əbu Davud: 3/ 70/ ? 825. Nəsai: 2/ 207. Əhməd: 3/ 276/ ? 656.
[34] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: ? 672. Buxari: 2/ 305/ ? 828. Əbu Davud: 2/ 427/ ? 718.
[35] Hədis səhihdir. Sifətus Salət: səh. 126. Müslim: 1/ 356/ ? 494.
[36] Buxari: 2/ 294/ ? 807. Müslim: 1/ 356/ ? 495. Nəsai: 2/ 212.
[37] Hədis səhihdir. Sifətus Salət: səh. 126. İbn Xuzeymə: 1/ 328/ ? 654. Beyhəqi: 2/ 116.
[38] Hədisin sənədi səhihdir. İbn Xuzeymə: 1/ 323/ ? 641.
[39] Hədis səhihdir. Sifətus Salət: səh. 123. İbn Xuzeymə: 1/ 324/ ? 642. Beyhəqi: 2/ 112.
[40] Hədisin sənədi səhihdir. Sifətus Salət: səh. 123. Beyhəqi: 2/ 113.
[41] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: ? 302. Müslim: 1/ 357/ ? 498. Əbu Davud: 2/ 489/ ? 768.
[42] Hədis səhihdir. Səhih Sünən Nəsai: ? 1109. Nəsai: 2/ 236.
[43] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: ? 303. Müslim: 1/ 380/ ? 536. Əbu Davud: 3/ 79/ ? 830. Tirmizi: 1/ 175/ ? 282.
[44] Hədis səhihdir. Müxtəsər Səhih əl-Buxari: ? 437. Buxari: 2/ 302/ ? 823. Əbu Davud: 3/ 78/ ? 829.
[45] Hədis səhihdir. Müxtəsər Səhih əl-Buxari: ? 437. Buxari: 2/ 303/ ? 824. Beyhəqi: 2/ 123. Şafii: 1/ 116. Sonra Şafii deyir: «Biz bu dəlili əsas götürürük. Səcdədən, yaxud namazda oturaq vəziyyətdən qalxana, qalxarkən sünnəyə uyğun olaraq, iki əli ilə birlikdə yerə dayaqlanmasını əmr edirik. Həqiqətən bu, təvazükarlıq üçün daha əlverişli, namazqılanın namazı üçün rahatdır. Həmçinin onun yıxılmaq və ya yıxılmağa meyllənmək hallarının olmamasına səbəbdir. Bundan başqa şəkildə qalxmağı isə məkruh sayıram (bəyənmirəm). Amma buna görə həmin insan namazını yenidən qılmır, nə də səhv səcdəsi etmir». əl-Umm: 1/ 117.
[46] Hədis səhihdir. Müxtəsər Səhih əl-Buxari: ? 448. Buxari: 2/ 305/ ? 828.
[47] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: ? 851. Müslim: 1/ 408/ ? 580. Əbu Davud: 3/ 277/ ? 972.
[48] Hədis həsəndir. Sifətus Salət: səh. 140. Əhməd: 4/ 15/ ? 721.
Tarix: 01.05.2013 / 18:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 575 Bölmə: Maraqlı melumatlar