Əbu Bəkr (Allah ondan razı olsun!) rəvayət edir ki, bir kişi peyğəmbərin (s) yanında başqasını təriflədi. Peyğəmbər (s) dedi: “Vay olsun sənə! Sən dostunun boynunu vurdun, sən dostunun boynunu vurdun. Kim qardaşını yersiz yerə tərifləyərsə, belə desin: Hesab edirəm ki, fılankəs bu cürdür. Mən onu Allah qarşısında təmizə çıxarmıram. Onda belə xislət olduğuna görə, onu belə insan tanıyıram”. (Buxari 3/158 Müslim 4/2296 Bax; “əl-Lulu val Mərcan” 2/328)
Əbu Musa (Allah ondan razı olsun!) rəvayət edir ki, peyğəmbər (s) bir kişinin başqa bir kişini tərifləməsini eşidir və deyir: “Həmin kişinin belini yerə vurdunuz və onu həlak etdiniz”. (Buxari 3/158 Müslim 4/2297 Bax; “əl-Lulu val Mərcan” 3/328)
İbn Bəttal deyir ki, kim başqasını olmayan keyfiyyətinə görə tərifləyərsə, təriflədiyi adama xeyir gətirməz. Çünki, təriflənən onda belə bir keyfiyyətin olmasını zənn edərək xeyir əməllərdən və inkişafdan əl çəkə bilər. Peyğəmbər (s) buyurur: “Məddahların üzlərinə torpaq tökün!” (Müslim 4/2297) Ömər (Allah ondan razı olsun!) deyir ki, tərif qurban verməkdir. (“Fəthul Bari” 10/477)
Həmmam bin əl-Haris rəvayət edir ki, bir kişi Osmanı mədh edirdi. Miqdad bunu görüb kiçik daş dənəciklərini onun sifətinə atdı. Osman dedi: “Sən nə edirsən?” O, dedi: Həqiqətən, Allahın rəsulu buyurdu: “Əgər məddahlar görsəniz, onların sifətlərinə torpaq atın!” Başqa bir rəvayətdə Miqdad deyir ki, Allahın rəsulu (s) bizə məddahların sifətinə torpaq atmağımızı əmr etdi. (Müslim 4/2297)
Tarix: 17.04.2013 / 13:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 47 Bölmə: Maraqlı melumatlar