Qatadə – rahmətullahi aleyhi – deyir ki: «Onlar Allahın rəhmətinin əhlidirlər. Ölkələri, bədənləri ayrı olsa da, cəmaat əhlidirlər. Allaha üsyan edənlər isə ölkələri və bədənləri bir yerdə olsa da ixtilaf və ayrılıq əhlidirlər»
[Muxtəsər İbn Kəsir 2/236.]
Allah mömin qullarına cəmaat olmaqlarını, bir-biri ilə qaynayıb yardımlaşmalarını əmr etmiş, onlara təfriqəni, ayrılığı və bir-birlərini didmələrini qadağan etmişdi. İbn Abbas - radıyallahu anhu – Allah – subhənəhu və təalə – nin: «Bəzi üzlər ağ, bəzi üzlərin isə qara olacağı gündə….». (Ali İmran 106) ayəsini təfsir edərkən demişdi: «Əhli Sünnə vəl Cəmaatın üzləri ağaracaq, bidət və təfriqə əhlinin üzləri isə qaralacaq»
[İbn Kəsir «Təfsir» 1/390.]
Numan b. Bəşir - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «…Və cəmaat rəhmətdir, ayrılıq isə əzabdır»
[Əhməd «Musnəd» 4/278-375 əl-Albani həsən.]
Çünki burada Sünnət bidətin qarşısında, Cəmaat da təfriqənin, ayrılığın qarşısındadır.
Allah – subhənəhu və təalə – Peyğəmbər – sallallahu aleyhi və səlləm – in peyğəmbər olaraq göndərilməsindən öncə cahiliyyə dövründə (İslamdan qabaq) olan ərəblər bölünmüş, parçalanmış, ixtilaf içində boğulmuş və insanların səbəbsiz yerə bir-birilərini öldürdükləri bir vəziy-yətdə idilər. Güclü zəifi əzər, hər bir qəbilə də (digər bir qəbiləni əzmək) üçün uyğun bir fürsəti axtarardı. Ərəblərin bu vəziyyətdə olduqları an Allah, Rəsulu Muhəmməd – sallallahu aleyhi və səlləm – i göndərdi. O, cəmaatlaşmağa üstünlük verdi və insanları da buna təşviq edərək vahid bir toplum, cəmaat halında birləşdirdi.
«Allaha və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbr edin, çünki Allah səbr edənlərlədir». (əl-Ənfal 46).
«Hamınız bir yerdə Allahın ipindən möhkəm yapışın, bir-birinizdən ayrılmayın! Allahın sizə verdiyi neməti xatırlayın ki, siz bir-birinizlə düşmən ikən o, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizə qardaş oldunuz. Siz oddan ibarət olan bir uçurumun kənarında ikən O, sizi oradan xilas etdi. Allah öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, bəlkə haqq yola yönəlmiş olasınız». (Ali İmran 103).
«Açıq-aydın dəlillər gəldikdən sonra, bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar». (Ali İmran 105).
Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Cəmaata möhkəm bağlanın. Ayrılıqdan çəkinin, çünki şeytan tək qalanla birlikdədir. O, iki nəfərdən uzaqdır. Kim Cənnətin geniş yerini istəyirsə həmən cəmaata möhkəm sarılsın»
[Tirmizi 2165, Həkim «Mustədrək» 1/114, İmam Əhməd «Musnəd» 1/18,26, əl-Albani – İbn Əbi Asimin «Sünnə» əsərində səhih olduğunu qeyd edir. Həmçinin də Ziləlul Cənnə 1/42-43 H. 88, Səhih Hədislər Silsiləsi H. 430. ]
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Şübhəsiz ki, Allah mənim ümmətimi sapıqlıq üzərində bir yerə cəm etməz. Allahın əli cəmaat üzərindədir. Kim ayrılarsa atəşə doğru ayrılmış olar»
[əl-Albani «Səhih Sünnən Tirmizi», Ziləlul Cənnə 1/41 H. 82, Səhihul Cəmi 1/367, H. 1786, Səhih Hədislər Silsiləsi 3/319 H. 1331]
Fadalə b. Ubeyd - radıyallahu anhu – deyir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Üç insan vardır ki, onlardan (hesab günü) sorğu-sual olunmaz. Müsəlmanların cəmaatını tərk edib imamına (idarəçisinə) üsyan edən və asi olaraq ölən kimsə, sahibindən qaçan və bu halı üzərə ölən kölə və əri yanında yoxkən (paltarı olduğu halda) açıq-saçıq geyinən qadın»
[əl-Albani «Ziləlul Cənnə» 1/43 H. 89, «Səhihul Cəmi» H. 3058, «Səhih Hədislər Silsiləsi» H. 542.]
Numan b. Bəşir - radıyallahu anhu – deyir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Cəmaat rəhmət, firqə (ayrılıq) isə əzabdır»
[əl-Albani «Ziləlul Cənnə» H. 93, «Səhihul Cəmi» H. 3109.]
Haris b. Bəşir - radıyallahu anhu – deyir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizə beş şeyi əmr edirəm. (İdarəçilərinizin əmr və istəklərinə) qarşı tam bir dinləmək və itaət, cəmaata bağlanmaq, hicrət və cihad»
[əl-Albani «Ziləlul Cənnə» H. 1036, «Mişkət» H. 3694.]
İbn Məsud - radıyallahu anhu – deyir ki: «Cəmaat Allaha itaətə uyğun gələn şey deməkdir, sən tək qalsan da belə»
[Lələkai 1/109.]
İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki: «Cəmaatın içində xoşlanmadığınız bir şey şübhəsiz ayrılıq halında sevdiyiniz bir şeydən xeyirlidir»
[Lələkai 1/108, əş-Şatibi «əl-İtisam» 2/261.]
Usamə b. Şərik - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allahın əli cəmaatın üzərindədir»
[İbn Əbu Asim «əs-Sünnə» 1/40 H. 81, əl-Albani «Təhricu İslahil Məsəcid» H. 61, Ziləlul Cənnə 1/40 H. 81, Səhihul Cəmi 2/1340 H. 8065.]
İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allahın əli cəmaatla birlikdədir»
[Tirmizi «Sünnən» 7/2166 həsən-qərib.]
İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim əmrindən xoşuna gəlməyən bir şey görərsə, ona səbr etsin. Çünki şübhə yoxdur ki, cəmaatdan bircə qarış ayrılandan sonra ölən kimsə mütləq cahiliyyə ölümü ilə ölər»
[Buxari, Müslim.]
Zeyd b. Sabit - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Üç xislət vardır ki, heç bir müsəlmanın qəlbi bunları yerinə yetirərkən qüsur göstərməz: «Əməli səmimi olaraq Allah üçün etmək, idarəçilərə nəsihət etmək və cəmaata bağlı qalmaq…»
[İbn Əbu Asim «əs-Sünnə» 1/45 əl-Albani səhih.]
Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bir yerdə yemək yeyin və dağılmayın. Çünki şübhə yoxdur ki, bərəkət cəmaatla birlikdədir»
[İbn Məcə 3287, 2/1093,1094 əl-Albani Səhih əl-Cəmi» 4/168. ]
Abdullah b. Məsud - radıyallahu anhu – deyir ki: «Cəmaat haqqa uyğun olandır. Tək də olsan haqqa uyğun hərəkət edirsən. Bil ki, cəmaat sənsən»
[əl-Laləkai «Şərhu Usuli Etiqadi Əhli Sünnə vəl Cəmaat» 1/108-109.]
əl-Auzai – rahmətullahi aleyhi – deyir ki: «Beş şey var ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in səhabələri ondan ayrılmamışlar. Cəmaata qatılmaq, sünnəyə tabe olmaq, məscidi abadlaşdırmaq, Quran oxumaq və Allah yolunda cihad etmək…»
[əl-Bəğavi «Şərhu Sünnə» 1/217. ]
Abdullah b. Mübarək – rahmətullahi aleyhi – dən cəmaat haqqında soruşduqda o, belə cavab vermişdir: «Əbu Bəkr və Ömər» – dir demişdir. Ona: «Əbu Bəkr və Ömər» vəfat ediblər deyə soruşanda, bu dəfə: «Filan və filankəsdir» demişdir. Yenə onların vəfat etdiyini xəbər verdikdə o: «Həmzə əs-Sukkəri bir cəmaatdır»
[əl-Bəğavi «Şərhu Sünnə» 1/216.]
Əbu Məsud əl-Əşaridən - radıyallahu anhu – dan fitnə ilə bağlı sual soruşduqda demişdir: «Sən cəmaatla birgə olmağa çalış. Şübhəsiz Allah Muhəmməd – sallallahu aleyhi və səlləm – in ümmətini zəlalət üzrə bir yerə yığmaz. Təfriqəçilikdən çəkin, şübhəsiz təfriqə zəlalətin özüdür» [əş-Şatibi «əl-İtisam» 2/261.]
Abidə b. Ömər əs-Sələmi – rahmətullahi aleyhi – Əli - radıyallahu anhu – belə demişdir: «Cəmaat halında sənin və Ömərin fikri, ayrılıq halında sənin tək başına olan fikrindən daha çox xoşuma gəlir»
[«Fəthul Bəri» 7/73]
Tarix: 10.04.2013 / 21:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 401 Bölmə: Maraqlı melumatlar