Sual: Peyğəmbərin sallallahu aleyhi və səlləm sözləri nə üçün dəlil hesab edilir?
Hədis terminin mənası-peyğəmbərdən sallallahu aleyhi və səlləm rəvayət olunan sözlər, əməllər, təsdiq və vəsflərdir.
Hədis həm Qurani Kərimdə zikr olunan namaz, zəkat və s. şeyləri təsdiq edir, həm də Quranda hər bir namazda rəkətlərin sayı, zəkat ödəmək üçün hədd, həccə dair təfsilatlı məlumatlar və s. kimi ümumi məlumat verilən məsələlər haqqında müfəssəl məlumat verir. Həmçinin Qurani Kərimdə zikr olunmayan, məsələn eyni zamanda bir qadına və qadının (ata və ana tərəfindən) xalasına, bibisinə evlənməyin qadağan olunması kimi hökmləri açıqlaya bilər.
Allah Quranı Öz rəsulu Muhəmməd sallallahu aleyhi və səlləmə nazil etmişdir və Quranı insanlara izah etməyi ona əmr etmişdir. Allah təala buyurur (mənaca tərcümədə): “Biz onları (peyğəmbərliklərinin doğru olduğunu sübut edən) açıq-aşkar möcüzələr və kitablarla göndərdik. Sənə də Quranı nazil etdik ki, insanlara onlara göndəriləni (hökmləri, halal-haramı) izah edəsən və bəlkə, onlar da düşünüb dərk edələr!” (Nəhl 16:44)
Rəsulullahın sallallahu aleyhi və səlləm hədisləri onun Rəbbi tərəfindən nazil olan vəhydir. Allah təala buyurur: “Sizin yoldaşınız (Muhəmməd əleyhissəlam) nə haqq yoldan sapmış, nə də azmışdır!
3 - O, kefi istəyəni (havadan) danışmır.
4 - Bu, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir”.
(ən-Nəcm 53:2-4)
Allah təala Öz rəsulu Muhəmmədi sallallahu aleyhi və səlləm insanları yalnız Allaha ibadət etməyə və Ondan başqa olan bütün batil ilahları inkar etməyə çağırmağa, dəvət etməyə, cənnət ilə müjdələmək və cəhənnəmdən həzər etdirmək, onunla xəbərdarlıq etmək üçün göndərmişdir.
Allah təala buyurur: “Ya Peyğəmbər! Həqiqətən, Biz səni (ümmətinə) bir şahid, bir müjdəçi və bir qorxudan kimi göndərdik!
46 - (Biz səni) Allahın izni ilə Ona tərəf çağıran və nurlu bir çıraq olaraq göndərdik!” (əl-Əhzab 33:45-46)
Allahın elçisi sallallahu aleyhi və səlləm ümmətinə görə narahatlıq keçirirdi: bildiyi elə bir xeyir yox idi ki, onu ümmətinə çatdırmış olmasın və bildiyi elə bir şərr yox idi ki, ümmətini ondan çəkindirmiş, xəbərdarlıq etmiş olmasın.
Allah təala buyurur: “Ey ümmətim!) Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona ağır gəlir, o sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, möminlərlə şəfqətli, mərhəmətlidir!” (Tövbə 9:128)
Hər bir peyğəmbər öz ümmətinə, millətinə göndərilmişdi, lakin Allah öz rəsulu Muhəmməd sallallahu aleyhi və səlləmi bütün bəşərə göndərmişdir.
Allah təala buyurur: Səni də (Ya Rəsulum!) aləmlərə (bütün insanlara və cinlərə) ancaq bir rəhmət olaraq göndərdik”. (əl-Ənbiya 21:107)
Rəbbi tərəfindən ona nazil olan vəhyi, xəbəri insanlara çatdırdığına görə Allah rəsuluna tabe olmaq, itaət etmək vacibdir. Həqiqətən də, ona itaət elə Allaha itaət etmiş sayılır. Allah təala buyurur: “Peyğəmbərə itaət edən kimsə, şübhəsiz ki, Allaha itaət etmiş olur. Kim üz döndərsə (qoy döndərsin)! Biz ki səni onların üzərində gözətçi olaraq göndərməmişik”. (ən-Nisa 4:80)
Allah və Onun rəsuluna itaət nicat, xilas və qələbəyə gedən yoldur, bu dünya və axirətdə səadətə nail olmaqdır.
Allah təala buyurur: “(Əgər belə etsəniz, Allah) əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar”. (əl-Əhzab 33:71)
Nəticə etibarilə, bütün insanların Allah və Onun rəsuluna itaət etməsi vacibdir. Çünki səadət və nicat bundadır. Allah təala buyurur: “Allaha və peyğəmbərə itaət edin ki, bəlkə, bağışlanmış olasınız!” (Ali İmran 3:132)
Kim Allah və Onun rəsuluna asilik edərsə, üsyan edərsə yalnız özünə zərər toxundurmuş olur, Allaha heç zərrə qədər belə zərər vermir.
Allah təala buyurur: “Hər kəs Allaha və Peyğəmbərinə itaət etməyib Onun hədlərini aşarsa, (Allah da) onu həmişəlik Cəhənnəmə daxil edər. Onu rüsvayedici əzab gözləyir”. (ən-Nisa 4:14)
Allah və Onun rəsulu bir məsələ haqqında hökm verdikləri təqdirdə, o məsələdə heç kəsin seçim etməyə və yaxud buna etiraz etməsinə dair haqqı yoxdur; əksinə buna tabe olmaq və haqqa iman gətirmək vacibdir.
Allah təala buyurur: “Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək (öz ixtiyarları ilə ayrı cür hərəkət etmək) yaraşmaz. Allaha və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, (haqq yoldan) açıq-aydın azmışdır!” (əl-Əhzab 33:36)
Allah və Onun rəsulunu sevməyənə qədər bir insanın imanı kamil hesab edilmir və məhəbbət, sevgi itaəti vacib edir. Hər kim Allahın onu sevməsini və onun günahlarını bağışlamasını diləyirsə, ona vacibdir ki, Allah rəsuluna itaət etsin. Allah təala buyurur: “(Ya Rəsulum!) De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!” (Ali İmran 3:31)
Allah rəsulunu sevmək sadəcə təkrar olunan sözlərdən ibarət deyil, əksinə bu sevgi iman və əməl məsələsidir. Yəni, onun sallallahu aleyhi və səlləm əmr etdiklərinə itaət etmək, onun söylədiklərinə iman gətirmək, qadağan etdiklərindən çəkinmək, Allaha onun əmr etdiyi qaydadan başqa şəkildə ibadət etməkdən çəkinmək.
Allah təala bu dini kamil etdikdə və rəsulu Rəbbinin xəbərini çatdırdıqdan sonra, Allah təala onu öz dərgahına qaldırmışdır. Allah rəsulu sallallahu aleyhi və səlləm bu ümməti onda heç bir qaranlıqlıq, anlaşmazlıq olmayan açıq-aydın dəlillərlə tərk etdi. Bundan üz döndərən yalnız həlak olar.
Allah təala buyurur: “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi (Məkkənin fəthi, islamın mövqeyinin möhkəmlənməsi, Cahiliyyət dövrünün bir sıra zərərli adətlərinin aradan qaldırılması və i. a.) tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim. Kim aclıq üzündən naçar qalarsa (çətinliyə düşərsə), günaha meyl etmək niyyətində olmayaraq (zəruri ehtiyacını ödəyəcək qədər bu haram ətlərdən yeyə bilər). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!” (əl-Maidə 5:3)
Allahın lütfü sayəsində, səhabələr (Allah onlardan razı olsun) rəsulullahın sallallahu aleyhi və səlləm hədislərini qorudular, sonra onların ardınca gələn saleh sələflərimiz, əcdadlarımız həmin hədisləri kitab şəklində tərtib etdilər, bir yerə yığdılar. Bu kitablar Səhihlər, Sünənlər, Müsnədlər kimi bilinməkdədir. Bunların arasında ən səhihləri Səhih əl-Buxari, Səhih Müslim, dörd Sünən, İmam Əhmədin Müsnəd əsəri, İmam Malikin Muvatta əsəridir.
Allah bu dini kamil etmişdir. Allah rəsulu sallallahu aleyhi və səlləm bildiyi hər bir xeyiri ümmətinə öyrətmişdir, bildiyi hər bir zərərdən ümmətini çəkindirmişdir. Ona görə də, hər kim bu dinə bir şey əlavə edərsə, ölülərdən istəmək və yaxud onların qəbirlərini təvaf etmək, və ya cinlərdən və övliyalardan kömək istəmək və dində Allah və Onun rəsulu tərəfindən əmr olunmayan şeylər kimi bidət və yaxud əfsanələr uydurarsa bütün bunların hamısı rədd olunacaq və qəbul olunmayacaqdır. Necə ki, bunu peyğəmbər sallallahu aleyhi və səlləm özü demişdir: “” (Müslim 1718)
Usul əd-Din əl-İsləmi, Şeyx Muhəmməd ibn İbrahim əl-Tüveyciri
Tarix: 14.04.2013 / 13:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 254 Bölmə: Maraqlı melumatlar