Əbu Musadan (belə demişdir): Peyğəmbər (S.A.V.): "Mömin ilə mömin (bir-birinə qarşı) divar kimidir, bir-birini bərk-bərk tutarlar" buyurdu, bunu söyləyərkən barmaqlarını bir-birinə keçirib sımsıxı bağladı.
(Səhihi Buxari və Tərcüməsi, Mütərcim: Məhməd Sofuoğlu, Ötükən Yayınları, İstanbul 1987, Cild 2 s.569)
Əbu Musa (əl-Əşari-R) rəvayət edilmişdir: Peyğəmbər (S.A.V.) " Möminin möminə həmrəyliyi, hissələri bir-birinə bağlanıb qüvvətləndirilən bina kimidir" buyurdu.
(Səhihi Buxari və Tərcüməsi, Mütərcim: Məhməd Sofuoğlu, Ötükən Yayınları, İstanbul 1987)
"Allaha və son günə iman edən qonşusuna əziyyət verməsin".
(Səhihi Buxari və Tərcüməsi, Mütərcim: Məhməd Sofuoğlu, Ötükən Yayınları, İstanbul 1987, Cild 13 s.6009)
Əbu Hurəyrə belə demişdir: Rəsulullah (S) belə buyurdu: "Allaha və son günə iman edən qonaqlarına güzəştə getsin. Yenə Allaha və son günə iman edən hər insan xeyir söyləsin yaxud sussun".
(Səhihi Buxari və Tərcüməsi, Mütərcim: Məhməd Sofuoğlu, Ötükən Yayınları, İstanbul 1987, Cild 13 s.6009)
Əbu Hurəyrədən xəbər verdi ki, Peyğəmbər (S) belə buyurmuşdur: "Sizləri zəndən qoruyuram. Çünki zənlə söylənən sözlər yalanı daha çox olanıdır. Bir-birinizin əksikliyini görməyə və eşitməyə çalışmayın, xüsusi və məhrəm həyatınızı da araşdırmayın. Bir-birinizə həsəd etməyin, bir-birinizə arxanizi çevirib küsməyin, bir-birinizə etiraz və düşmənlik də etməyin. Ey Allahın qulları, bir-birinizlə qardaş (məsafəsində) olun!".
(Səhihi Buxari və Tərcüməsi, Mütərcim: Məhməd Sofuoğlu, Ötükən Yayınları, İstanbul 1987, Cild 13, s.6046)
"Kim bir işə girişmək istədikdə bir Müsəlman ilə müşavirə edərsə Allah onu işlərin ən doğrusunda müvəffəq qılar.'
(Əlauddin Əliyyul-Müttəqi, a.g.e. 3, 409, Kitabi Sittə, 16. Cild)
"Həsəddən qaçın. Çünki o, atəşin odu yeyib tükəndirdiyi kimi, bütün xeyirləridə tükəndidər."
(Əbu Davud, Ədəb 52, kitabi sittə, 6.cild s. 325)
"Kim dünyada bir möminin ayıbını örtərsə, qiyamət günü Allah da onun ayıbını örtər."
(Ukbə r.a. Kitabi Sittə, 1.cild, s. 368)
"Qardaşını gülər üzlə qarşılamağın, öz qabından qardaşının qabına su verməyin bir mərifətdir."
(Tirmizi, Hz. Cabirdən rəvayət etdi, Kitabi Sittə2. Cild)
...Əbu Hüreyrədən (Radiyallahü anh) rəvayət edildiyinə görə Rəsulullah (Səllallahü Aləyhi və Səlləm) belə buyurmuşdur:
“Kim bir müsəlmanın dünya kədərlərindən bir kədərini aradan qaldırarsa Allah onun axirət günü kədərlərindən bir kədərini aradan qaldıracaqdır. Kim bir müsəlmanı örtərsə Allah onu dünya və axirətdə örtəcəkdir. Və kim bir kasıb borcluya asanlıq göstərərsə, Allah ona dünyada və axirətdə asanlıq göstərəcəkdir. Qul, (din) qardaşının köməyində olduğu müddətdə Allah da onun köməkçisidir. Kim bir yola gedərək orada elm axtararsa, bu səbəblə Allah ona Cənnətə bir yolu asanlaşdıracaqdır. Allahın evlərindən birinə toplanıb Quran oxuyaraq onu bir-birlərinə öyrədən hər camaatı mələklər ziyarət edər, onların ətrafından dönərlər, o insanların üzərinə iç sakitliyi və rahatlığı enər, ilahi rəhmət onları bürüyər, qatında olan mələklər yanında Allah onları (tərif ilə) anar. (İbni Macə/ 1. cild/ s.389)
Peyğəmbərimiz (S.A.A,) Təvəkkül Barədə
Əbu Hureyrə (r.a.) Rəsulullahın belə buyurduğunu xəbər vermişdir: "Qüvvətli mömin, Allah Qatında zəif mömindən daha xeyirli, (daha üstün) və daha sevimlidir. (Bununla bərabər) hər ikisində də xeyir vardır. Sənə yararlı olan şeyi əldə etməyə çalış. Allahdan yardım dilə və əsla aciz olma. Başına bir şey gəlirsə, ''Əgər (kaş) belə etsəydim, belə olardı!'' deyə heyfslənmə. ''Allahın təqdiri budur. O, nə diləyirsə edər.'' de. Çünki "Əgər (kaş)" kəlməsi, şeytanı məmnun edən işlərin qapısını açar."
(Müslim, Qədər 34. Tərcümə: İsmail L. Çakan, Hədislərlə Gerçəklər, Ərkam Yayınları, İstanbul
"Bir şeyi istədiyin zaman yalnız Allahdan istə. Yardım dilədiyin zaman Allahdan dilə. Bunu yaxşı bilin ki, bütün yaradılmışlar birlikdə sənə bir mənfəət bəxş etmək istəsələr, Allahın sənə yazdığından daha artığını bəxş edə bilməzlər. Yenə də bütün yaradılmışlar birlikdə sənə bir zərər yetirmək istəsələr, Allahın sənə təqdir etdiyindən artığını edə bilməzlər."
(Tirmizi, Sünən, fi sıfatil-Qıyamə, 60)
"Ey Əbu Hureyrə! Allahdan başqa heç bir şeyə ümid bağlama. Allaha təvəkkül eylə. Bir arzun varsa Allah Təala Həzrətlərindən istə. Allahu Təalanın adəti, ilahiyyəsi (işi, qanunu) belədir ki; her şeyi bir səbəb altında yaradar. Bir iş üçün səbəbindən yapışmaq və sonra Allah Təalanın yaratmasını gözləmək lazımdır. Təvəkkül də bundan ibarətdir
"Mömin bir insanın vəziyyəti necə də təəccüblüdür ! Hər işi onun üçün xeyirdir. Bu vəziyyət sadəcə möminə xasdır, başqasına deyil : Ona məmnun olacağı bir şey gəlsə şükür edər, bu isə xeyirdir: bir zərər gəlsə səbr edər bu da xeyirdir."
(Suhəyb İbnu Sinan r.a. kitabı sıttə, 2. Cild , S. 208)
Peyğəmbər Əfəndimiz (S.A.V.) Təvazökarlıq barədə
"Allah Təala Həzrətləri, mənə: Təvazökar olun, elə ki, kimsə kiməsə zülm etməsin, kimsə kiməsə qarşı təkəbbürlənməsin." deyə tövsiyə etdi
(İyaz İbnu Himar r.a.: Əbu Davud, Ədəb 48, Kitabi Sittə, 16. Cild , s. 360)
…Malikə İbn Umərdən belə xəbər verirdilər: Rəsulullah (S): "Geyimini qürurla yerlərdə sürüyənə Allah (mərhəmət baxışı ilə) baxmaz" buyurmuşdur.
(Səhihi Buxari, Cild 13, s.5846)
...Harisə ibnu Vəhb əl-Huzai belə demişdir: Mən Peyğəmbərdən (S) eşitdim: "Sizə cənnət əhlinə dəlalət edib bildirim: Hər zəif olan insanlar tərəfindən zəif görünən (təvazökar) mömindir. O Allaha and içsə, Allah şübhəsiz andını gerçək çıxarar. Sizə cəhənnəm əhlini bildirim: O da hər an qəddar ürəkli, təkəbbürlü və hiyləgərdir." Buyurdu.
(Səhihi Buxari, Cild 14, s.6537)
... Əbu Səiddən (Hudri) (r.a.) rəvayət edildiyinə görə; Rəsulullah (S.A.V.) belə buyurdu, demişdir: "Kim Allah Sübhanəhu (rizası) üçün bir dərəcə təvazökarlıq edərsə Allah onu buna qarşılıq olaraq bir dərəcə yüksəldər. Kim də Allah (rizası) xilafına bir dərəcə təkəbbürlük edərsə Allah onu təkəbbürlüyünə qarşılıq olaraq bir dərəcə alçaldar ki, nəhayət onun aşağıların ən aşağısında qılar."
(Macə Cild 10, S.448)
... İyaz bin Himardan (r.a.) rəvayət edildiyinə görə: Peyğəmbər (S.A.V.) onlara bir dəfə belə buyumuşdur:
"Allah (Əziz və Cəlil): Bir-birinizə qarşı təvazökar olun ki, heç kimə üstünlük verilməsin, deyə mənə vəhy etdi.”
(Macə Cild 10, S.453
Peyğəmbər Əfəndimiz (S.A.A.) Qədər Barədə
"Bir nəfsə təqdir edilmiş şey mütləq olur !"
(Hz. Cabir r.a. Kitabi Sittə, 16. Cild, S. 499)
"Qul, xeyir və şəri ilə, şirinliyi və acılığı ilə qədərə inanmadıqca iman etmiş olmaz."
(Hz. Ənəs r.a. Kitabi Sittə, 2. Cild s. 133)
Peyğəmbər Əfəndimiz (S.A.A.) Ölüm Barədə
"Ölümünü ən çox zikr edən və özlərinə gəlməzdən əvvəl onun üçün ən yaxşı hazırlıq edənlər. Ağıllılar bunlardır."
(Hz. Ənəs r.a.: İbnu Macə, Zuhd 31, Kitabi Sittə, 16. Cild , S. 330)
Peyğəmbər Əfəndimiz (S.A.A.) Gözəl Əxlaq Barədə
“ Allah təqva və gözəl əxlaq.” (Nəyin insanı cənnətə aparacağını soruşurlar.)
(Tirmizi, Birr 62, Kitabi Sittə, 16. Cild , s. 329)
Möminin mizanında ən ağır gələn şey gözəl əxlaqdır. Əlbət ki, Allah Təala işi və sözü çirkin olan və həyasızca danışan birinə etiraz edər"
G.Əhməd Ziyaüddin, Ramuz Əl Hədis, 1. cild, Gonca Yayınevi, İstanbul, 1997, 15/9
İmanın kamalı, gözəl əxlaqdır.
G.Əhməd Ziyaüddin, Ramuz Əl Hədis, 2. cild, Gonca Yayınevi, İstanbul, 1997, 344/4
Gözəl əxlaq xətaları əridər, suyun buzu əritdiyi kimi. Pis əxlaq da əməli pozar. Sirkənin balı pozduğu kimi.
(Hz.İbni Abbas r.a.) Ramuz əl-Hədis s.215
"Sizlər insanları mallarınızla məmnun edə bilməzsiniz, onları gülər üz və gözəl davranışla xoşnud edərsiz."
Bəzzar, Əbu Yala, Təbərani; Huccətül İslam İmam Qəzəli, İhyau Ulumiddin, 3. cild, Çevirən: Dr. Sidqi Güllə, Huzur Yayınevi, İstanbul 1998, s. 111
"Harada olursan ol Allahdan çəkin və pisliyin arxasından yaxşılıq et, bu onu yox edər. İnsanlara gözəl axlaqla davran."
(Hz. Əbu Zərr r.a. : Tirmizi, Birr 55 Kitabi sittə, 16. Cild , s. 328)
"Yeyin, geyinin. Fəqət bunları edərkən israf və təkəbbürlük etməyin".
(İbnu Amr İbnl-As r.a. : Nəsai, Zəkat 66 : Buxari, Libas 1, Kitabi sittə, 16. Cild S. 361)
"(Zarafatla da olsa) haqdan başqa bir şey söyləmərəm."
(Musnədi Əhməd, 2,340 : Tirmizi, Birr 57 Kitabi Sittə, 16. Cild)
...Abdullah ibn Ömər belə demişdir: Kimsə Peyğəmbərə (S.A.V.): Mən alış-veriş işlərində aldanıram dedi. Peyğəmbər də ona: “Sən bir şey almaq istəyəndə: (İslamda) aldatma yoxdur, de” buyurdu. Bundan sonra artıq o zat bu sözü söylər oldu.
(Səhihi Buxari, Cild 5, s.2225)
...Ənəs bin Malik (Radiyallahüdən):
Rəsulullahın (Səllallahu Aləyhi və Səlləm) belə buyurduğunu rəvayət etmişdir:
“Sizin heç biriniz öz nəfsi üçün arzuladığını (din) qardaşı üçün də, yaxud buyurdu ki, qonşusu üçün də istəmədikcə (tam) iman etmiş olmazsınız."
(İbni Macə/ 1. cild/ s.113
... Cərir bin Abdillah əl-Bəcəlidən (r.a.) rəvayət edildiyinə görə; Rəsulullah (S.A.V) belə buyurdu, demişdir: "Kim yumuşaqlıqla davranmaqdan məhrum olarsa xeyirdən məhrum olar.
(Macə Cild 9, S.475)
“... Abdullah bin Əmr bin əl-Asdan (r.a.) rəvayət edildiyinə görə ; Rəsulullah (S.A.V.) belə buyurmuşdur.
İslam dininə çatdırılan, yetəcəyi dərəcədə ruzisi verilən, bununla kifayətlənən biri əlbət ki, xeyir tapmışdır.”
(Macə Cild 10, S.415)
... Əmr bin Şüaybın dədəsi (Abdullah bin Əmr bin əl-Asdan) (r.a.) rəvayət edildiyinə görə; Rəsulullah (S.A.V.) belə buyurdu, demişdir:
"Yeyin, için, sədəqə verin və geyinin, buna israf və təkəbbür qarışmadıqca.”
(Macə Cild 9, S.385)
Peyğəmbər Əfəndimiz (S.A.V.) Sevgi, Mərhəmət və Ədalət Barədə
“ Qardaşını gülər üzlə qarşılamağın, öz qabından qardaşının qabına su verməyin bir mərifətdir.”
Tirmizi, Hz. Cabirdən rəvayət ətti kitabı sıttə, 2. Cild
“ Mömin insan, başqa möminə divar kimidir, bir-birilərini qoruyarlar.”
(Nəsai kitabı sittə, 2. Cild , S. 374)
Mömin özü üçün sevdiyini qardaşı üçün də arzulayar."
Buxari və Müslim; Huccətül İslam İmam Qəzəli Ulumiddin, 3. cild, Çevirən: Dr. Sidqi Güllə, Huzur Yayınevi, İstanbul 1998, s. 152
"Bir-birinizi qısqanmayın, bir-birinizə kin tutmayın, bir-birinizə çirkin sözlər söyləməyin, bir-birinizdən üz çevirməyin, bir-birinizə quyu qazmayın. Allahın qulları, qardaş olun."
Buxari və Müslim; Huccətül İslam İmam Qəzəli, İhyau Ulumiddin, 3. cild, Çevirən: Dr. Sidqi Güllə, Huzur Yayınevi, İstanbul 1998, s. 315
"Sizdən əvvəlkilərin dərdi sizə də bulaşdı: Həsəd və kin. Kin bəsləmək kökdən qazan bir şeydir. Allaha and içirəm ki, iman etmədikcə cənnətə girə bilməzsiniz. Bir-birinizi sevmədikcə iman etmiş olmazsınız. Sizə bir-birinizi sevəcəyiniz bir şeyi xəbər verimmi? Aranızda salamı yayın."
(Tirmizi;)
Möminlər bir-birilərinə məhəbbətli və xeyirlidir, evləri və bədənləri ayrı olsa da. Fəcirlər isə bir-birilərinə aldadıcıdırlar. Evləri və bədənləri birlikdə olsa da, bir-birləri ilə mübarizə edərlər.
(Hz. Ənəs r.a.) Ramuz Əl-Hədis s.233
Mərhəmət edin, mərhəmət olunsun sizə. Əfv edin, əfv olunasız. Təəssüf olsun, söz əbəsi olanlara. Təəssüf olsun günahlarını bilərək davam edib, istiğfar etməyənlərə.
G.Əhməd Ziyaüddin, Ramuz Əl Hədis, 1. cild, Gonca Yayınevi, İstanbul, 1997, 70/10
Allah yolunda bir-birilərini sevənlər, Ərşin kölgəsindən başqa kölgə olmayan o gündə, ərşin kölgəsindədirlər. Nurdan minbərlər üzərində. Onların məkanlarına Nəbilər və Siddiqlər qibtə edərlər.
(Hz. Muaz r.a.) Ramuz Əl-Hədis s.233
"Sənə zülm edəni əfv et. Səninlə küsənin yanına get, sənə pislik edənə yaxşılıq et. Əleyhinə də olsa haqqı söylə."
Kitabi Sittə, Müxtəsəri Tərcümə və Şərhi, Prof. Dr. İbrahim Canan, 16. cild, Akçağ Yayınları, Ankara, s. 317
"Zülmdən qaçın. Zülm, Qiyamət günü qaranlıq olacaqdır. Xəsislikdən qaçın, xəsislik sizdən əvvəlkiləri həlak etmiş, onları bir-birilərinin qanlarını tökməyə, haramlarını halal saymağa sövq etmişdir.
Müslim, Birr 56; Kitabi Sittə, Müxtəsəri Tərcümə və Şərhi, Prof. Dr. İbrahim Canan, 16. cild, Akçağ Yayınları, Ankara, s. 357
"Ey insanlar diqqət edin! Rəbbiniz təkdir. Ərəbin ərəb olmayana, Ərəb olmayanın ərəbə, qaranın qırmızıya, qırmızının qaraya, təqvadan başqa, heç bir üstünlüyü yoxdur. Şübhəsiz Allah Təala qatında ən üstününüz, Allah Təaladan ən çox qorxanınızdır.
Müsnəd-i Əhməd b. Hanbəl, 5/411
Peyğəmbər Əfəndimiz (S.A.V.) Səbr Barədə
“...Yanımda olan xeyirdən (yəni maldan) heç bir şeyi sizlərdən məhrum etmirəm. Kim istəməyib iffətli qalmaq istəyirsə, Allah onu iffətli qılar. Kim səbr etməyə çalışarsa, Allah ona səbr ehsan edər. Sizlərə səbrdən daha xeyirli və səbrdən daha geniş heç bir vəzifə əsla verilməmişdir!” buyurdu.
(Səhihi Buxari, Cild 14, s.6401)
Peyğəmbər Əfəndimiz (S.A.V.) Quran və Sünnət Barədə
Hz. Peyğəmbər (S.A.V.), "sizə əmr etdiklərimi yerinə yetirin, qadağan etdiklərimi də gücünüz çatdığı qədər tərk edin" buyurmuşdur.
(Müslim, sf. 412; İbn Macə, Müqəddimə, 1)
Əfəndimiz (S.A.V.) sünnətinə əməl edilməsini əmr etdiyi kimi, öz əshabına da əməl edilməsini əmr buyurmuşdur: "İçinizdə məndən sonra yaşayanlar bir çox ayrılıqlara şahid olacaqdır. Sizə sünnətimi, hidayətə çatdırılmış, doğru yolu tapmış xəlifələrin sünnətini (yolunu) tövsiyə edirəm. Ona bərk sarılın, adətən dişlərinizlə tutun, sonradan çıxan şeylərdən qorunun. Çünki hər uydurma bidət, hər bidət isə azğınlıqdır.”
(Əbu Davud, Sünnə, 5)
"Ümmətimin fəsadı zamanı, unudulmuş sünnətlərimdən birini yaşadana yüz şəhid savabı verilər"
(İbn-i Macə)
Sizə iki şeyi əmanət edirəm. Bunlara əməl etdiyiniz müddətdə əsla azmayacaqsınız: Allahın Kitabı və Rəsulunun sünnəti.
Kitabi Sittə, Müxtəsəri Tərcümə və Şərhi, Prof. Dr. İbrahim Canan, 2. cild, Akçağ Yayınları, Ankara, s. 328
Peyğəmbər Əfəndimiz (S.A.V.) Dua Barədə
... Bir şeyi istəyəndə Allahdan istə. Yardım istəsən Allahdan istə. Qullar, Allahın yazmadığı halda sənə faydalı olmaq üçün bir yerə gəlsələr, bu faydanı verməyə nail ola bilməzlər. Allahın yazmadığı bir zərəri sənə vermək üçün bir yerə gəlsələr, buna da nail ola bilməzlər.
(Kitabi Sittə, )
Qəbul olacağına əmin olaraq Allaha dua edin.
(Kitabi Sittə)
Dua ibadətdən ibarətdir. Allah buyurur ki: “Mənə dua edin, Mən qəbul edim.”
(Hz.Numan İbni Bəşir r.a.) Ramuz Əl-Hədis s.207
Dua, möminin silahıdır və dinin dirəyidir. Göylərin və yerin nurudur.
(Hz.Əli r.a.) Ramuz Əl-Hədis s.207
Əbu Musa əl-Əşaridən belə rəvayət etdi: Peyğəmbər (S.A.V.) bu dua ilə dua edirdi:……… "Ey Rəbbim! Mənim günahımı, bilmədiklərimi, hər işimdə israfımı və məndən daha yaxşı bildiyin qüsurlarımı bağışla! Ya Allah! Mənim xətalarımı, qəsdən və bilmədən etdiklərimi, zarafatlarımı bağışla! Bunların hamısı məndə vardır. Ya Allah! Əvvəlcədən etdiyim, sonradan edəcəyim; gizlətdiyim, aşkara çıxartdığım bütün günahlarımı Sən bağışla! Önə aparan ancaq Sənsən, sonraya qoyan ancaq Sənsən. Sən hər şeyə gücü yetənsən!)".
(Səhihi Buxari və Tərcüməsi, Mütərcim: Məhməd Sofuoğlu, Ötükən Yayınları, İstanbul 1987, Cild 14 s.6336)
" Ey qəlbləri möhkəmlədən Rəbbimiz ! Qəlblərimizi din üzərində möhkəmlət."
(Nəvvas Ibnu Səman əl-Kitabi Sittə, 16. Cild, S. 536)
Peyğəmbər Əfəndimiz (S.A.V.) Ailə Barədə
“... (Abdullah) bin Abbasdan (r.a.) rəvayət edildiyinə görə: Rəsulullah (S.A.V.) belə buyurdu:
"Sizin ən xeyirliniz, ailəsi ilə ən yaxşı olanıdır. Mən də ailəmə yaxşı olanınızam.”
(Macə, Cild 5, S.461)
"Bir ata övladına gözəl əxlaqdan daha üstün bir sərvət verə bilməz."
(Kitabi Sittə,)
"Ən kamil imana sahib mömin xasiyyəti gözəl və ailəsinə qarşı ən lütfkar olanıdır."
(Nəsai, Tirmizi və Hakim)
"Ən xeyirliniz, xanımlarına ən xeyirli olanınızdır. Mən də xanımlarına qarşı ən yaxşı olanınızam."
(Tirmizi)
Peyğəmbər Əfəndimiz (S.A.V.) Dünya Tamahından Qaçmaq Barədə
... Ata Əbi Rəbah belə demişdir: Mən ibn Abbasdan eşitdim, belə deyirdi: Mən Peyğəmbərdən (S.A.V.) eşitdim, belə buyururdu: “Adəm oğlunun iki xəzinə malı olsa, əlbəttə ki, üçüncüsünü də istəyər. Adəm oğlunun içindəki boşluğu (tamahkar qəlbini) torpaqdan başqa heç bir şey doldura bilməz. Allah (tamahdan) tövbə edən insanın tövbəsini qəbul edər.”
(Səhihi Buxari, Cild 14, s.6373)
... Mən Abdullah ibnuz Zubəyrdən Məkkədə minbər üzərində xütbə söyləyərkən eşitdim; o belə deyirdi: - Ey insanlar! Peyğəmbər (S.A.V.) belə buyurdu: "Əgər Adəm, oğluna qızıl ilə dolu bir xəzinə verilsəydi, ikinci xəzinənin də verilməsini istəyərdi. İkinci bir xəzinə verilsəydi, üçüncüsünü də istəyərdi. Adəm oğlunun içindəki boşluğu ancaq torpaq doldurar. Allah da (tamahdan) tövbə edən insanın tövbəsini qəbul edər. ".
(Səhihi Buxari, Cild 14, s.6374)
“... (Abdullah) bin Abbasdan (r.a.) rəvayət edildiyinə görə: Rəsulullah (S.A.V.) belə buyurdu:
"Sizin ən xeyirli olanınız, ailəsinə ən yaxşı olanınızdır. Mən də ailəmə yaxşı olanınızam.”
(Macə, Cild 5, Syf.461)
…. Hakim ibn Hizam belə demişdir: Mən Peyğəmbərdən (S.A.V.) istədim; O da mənə verdi. Sonra yenə istədim, O da mənə verdi sonra yenə istədim, yenə verdi. Bundan sonra: “Bu mal….” Buyurdu.
……….Peyğəmbər (S.A.V.) mənə: “Ya Hakim! Şübhəsiz bu mal yaşıldır, şirindir. Hər kim bu malı nəfs gözəlliyi ilə tamahsız alarsa, o mal bərəkətli olar. Kim malı nəfs ilə, tamahla alarsa, mal alan üçün bərəkətsiz olar. O tamahkar insan yeyib heç doymayan (köpək aclığı xəstəliyinə tutulmuş) biri kimi olur. Yüksək əl, alçaq əldən xeyirlidir!” buyurdu.
(Səhihi Buxari, Cild 14, s.6376)
Peyğəmbər Əfəndimiz (S.A.V.) Gözəl Söz Söyləmək Barədə
Əbu Hureyrə, Peyğəmbərdən (S.A.V.), “Gözəl və xoş söz sədəqədir” buyurduğunu nəql etmişdir.
(Səhihi Buxari, Cild 13, s.6013)
... Adiyy ibn Xatim belə demişdir: Peyğəmbər (S.A.V.) atəşi zikr etdi və ondan Allaha sığındı və üzünü ondan çevirdi. Sonra yenə atəşi yəni cəhənnəmi zikr etdi, ondan sığındı və üzünü döndərib çevirdi……..
- “Sizlər tək xurmanın yarısı ilə, bunu da tapmayan gözəl bir sözlə də olsa atəşdən qorunun” buyurdu.
(Səhihi Buxari, Cild 13 s.6013)
…Əbu Hurəyrə, Rəsulullah (S.A.V.) belə belə buyurarkən eşitmişdir: “Qul bəzən nə olduğu bəlli olmayan (yəni pisliyini və necə nəticə verəcəyini) bir söz söylər, o söz görə atəşin içinə, günəşin doğulduğu yer ilə batdığı yer arasında daha uzaq bir dərinliyə itib gedər!”.
(Səhihi Buxari, Cild 14, s.6405)
“... Əbu Hürəyrədən (r.a.) rəvayət edildiyinə görə: Rəsulullah (S.A.V.) belə buyurdu, demişdir:
'Biriniz oruclu halda çirkin söz söyləməsin. Və cahilliklə bir şey istəməsin . Əgər kimsə ona qarşı cahilcəsinə davranarsa; Mən orucluyam desin.'”
(Macə Cild 4, S.592
“... İbni Ömərdən (r.a.) rəvayət edildiyinə görə; Rəsulullah (S.A.V.) belə buyurdu demişdir:
Bir (mömin) qulun sırf Allah rizası üçün udduğu bir qəzəbdən Allah qatında savab baxımından daha böyük bir şey yoxdur.”
(Macə, Cild 10, S.462)
Tarix: 18.04.2013 / 14:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 497 Bölmə: Maraqlı melumatlar