Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhih Müslim (İman kitabı ) Şəfaət

Altmışıncı fəsil: Şəfaət.

Əbu Hüreyrə (r.a) belə rəvayət edir: “Bir gün Peyğəmbərə -s.a.v (bişmiş) ət gətirdilər. Ona qol tərəfindən bir parca verdilər. Çünki Peyğəmbər (s.a.v) qol tərəfini çox xoşlayardı. Ondan bir tikə dişlədikdən sonra belə buyurdu: “Qiyamət günü insanların ağası mənəm, bilirsinizmi nə üçün? Allah-Təala qiyamət günü gəlib getmiş hər bir kəsi bir yerdə toplayacaq. Çağıranın səsi hər kəsə eşitdiriləcək, göz hər kəsi görə biləcək və günəş yaxınlaşacaq. İnsanlar tab gətirə bilmədikdə, qəm-qüssə və kədər icində olacaqlar. İnsanlar bir-birinə belə deyəcəklər: “Halınızı görmürsünüzmü? Başınıza gələni görmürsünüzmü? Rəbbinizin yanında sizə şəfaətçi olacaq birini axtarmırsınızmı?” Və insanlardan bəziləri bir-birinə belə deyəcək: “Adəmin yanına gedin.” Sonra Adəmin yanına gəlib ona belə deyəcəklər: “Ey Adəm, sən insanların atasısan, Allah-Təala səni Öz əlləri ilə yaradıb. Sənə öz ruhundan üfürüb, Mələklərə sənə səcdə etməyi əmr edib. Rəbbin yanında bizim üçün səfaətçi ol, məgər halımızı görmürsənmi, başımıza gələni görmürsənmi?” Adəm onlara belə cavab verəcək: “Həqiqətən, Rəbbim bu gün elə gəzəblənib ki, bundan əvvəl belə qəzəblənməyib və nə də bundan sonra belə qəzəblənməyəcək. Mənə ağaca yaxınlaşmağı qadağan etmişdi, mən asilik etdim. Nəfsim, nəfsim, məndən başqasının yanına gedin, Nuhun (aleyhissələm)yanına gedin.” gedin.” Onlar Nuhun yanına gəlib belə deyəcəklər: “Ey Nuh, sən yer üzünə göndərilən ən birinci Elçisən, Allah-Təala səni şükr edən qul adlandırıb. Rəbbin yanında bizim üçün səfaətçi ol, məgər halımızı görmürsənmi, başımıza gələni görmürsənmi?” Nuh onlara belə cavab verəcək: “Həqiqətən, Rəbbim bu gün elə gəzəblənib ki, bundan əvvəl belə qəzəblənməyib və nə də bundan sonra belə qəzəblənməyəcək. Həqiqətən, mənim bir duam vardı ki, onu da tayfam üçün bəd dua etdim. Nəfsim, nəfsim, İbrahimin( aleyhissələm) yanına gedin.”Və İbrahimin yanına gəlib deyəcəklər: “Sən Allahın Peyğəmbərisən, dünya əhlindən olan Xəlilisən (dostusan). Rəbbin yanında bizim üçün səfaətçi ol, məgər halımızı görmürsənmi, başımıza gələni görmürsənmi?” İbrahim onlara belə cavab verəcək: “Həqiqətən Rəbbim bu gün elə gəzəblənib ki, bundan əvvəl belə qəzəblənməyib və nə də bundan sonra belə qəzəblənməyəcək, sonra yalan danışdığnı onlara xatırladacaq və belə deyəcək: “Nəfsim, nəfsim, məndən başqasının yanına gedin,Musanın (aleyhissələm) yanına gedin.Və onlar Musanın yanına gələrək belə deyəcəklər: “Ey Musa, sən Allahın Elçisisən, Allah-Təala səni risalətləri ilə və səninlə danışmaqla insanlardan üstün etmişdir. Rəbbin yanında bizim üçün səfaətçi ol, məgər halımızı görmürsənmi, başımıza gələni görmürsənmi?” Musa onlara belə cavab verəcək: “Həqiqətən, Rəbbim bu gün elə gəzəblənib ki, bundan əvvəl belə qəzəblənməyib və nə də bundan sonra belə qəzəblənməyəcək. Mən öldürməsi əmr olunmayan bir nəfsi öldürmüşəm. Nəfsim, nəfsim, İsanın yanına gedin.” İsanın (aleyhissələm) yanına gəlib belə deyəcəklər:“Ey İsa, sən Allahın Elçisisən, insanlarla beşikdə ikən danışmısan, Allahın Məryəmə qoyduğu bir kəlmə və ruhsan. Rəbbin yanında bizim üçün səfaətçi ol, məgər halımızı görmürsənmi, başımıza gələni görmürsənmi? İsa onlara belə cavab verəcək: “Həqiqətən, Rəbbim bu gün elə gəzəblənib ki, bundan əvvəl belə qəzəblənməyib və nə də bundan sonra belə qəzəblənməyəcək (Heç bir günah söyləmir). Nəfsim, nəfsim, məndən başqasının yanına gedin. Muhəmmədin (s.a.v) yanına gedin.” Sonra onlar mənim yanıma gələrək deyəcəklər:“Ey Muhəmməd, sən Allahın Elçisisən, Peyğəmbərlərin sonuncususan, Allah-Təala sənin keçmiş və gələcək günahlarını bağışlayıb, Rəbbin yanında bizim üçün səfaətçi ol, məgər halımızı görmürsənmi, başımıza gələni görmürsənmi?” Və durub gedəcəyəm. Ərşin altına çatıb Allaha səcdəyə qapılacağam. Sonra Allah-Təala mənə məndən qabaq heç bir kəsə etmədiyi bir açılış edəcək və mənə öz gözəl həmd-sənaları ilə ruhlandıracaq. Sonra belə buyuracaq: “Ey Muhəmməd, başını qaldır, istə ki, istədiyin verilsin, şəfaəat dilə ki, şəfaət diləmə haqqı verilsin.” Mən başımı qaldırıb
belə deyəcəyəm: “Ey Rəbbim: “Ümmətim! Ümmətim!” Mənə belə deyiləcək: “Ey Muhəmməd, ümmətindən haqq-hesabı çəkilməyən kəsləri Cənnətin sağ qapılarının birindən Cənnətə daxil et. Onlar bu qapıdan başqa qalan qapılarda da insanlarla şərikdilər.” Muhəmmədin nəfsi əlində olana and olsun ki, sizə verilən Cənnətin iki dirəyinin arası Məkkə ilə Həcər şəhərinin arası qədərdir (və ya Məkkə ilə Bəsrə arası qədər)”.


Tarix: 24.04.2013 / 22:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 78 Bölmə: Maraqlı melumatlar
loading...