Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Parçalanmanın səbəbləri və onların həlli

Məzəmmət olunmağa layiq təəskübkeşlik (inadkarlıq, tərslik): Bu bəzi insanların digər dəstəyə qarşı həva və arzuları səbəbi ilə inadkarlıq göstərməsidir; Bu ya bir irqə və yaxud bir dəstə insanlara qarşı təəskübleşlikdən dolayı yaranan nifrət dolu tayfabazlıq, ya dünyəvi fayda və yaxud münaqişə edən tərəflərin nifrətindən meydana çıxmaqdadır. Ona görə də, bu səbəblərdən dolayı elm tələbəsinə vacibdir ki, o müstəqil olsun, öz əməllərini Allah rizası üçün etsin və digər insanlara, onların mövqeyinə və yaxud onların səviyyəsinə baxmasın. Çünki “haqq kişilərə görə bilinmir, əksinə kişilər haqqa görə bilinir”. Ona görə də haqqın ortaya çıxmasına kömək edilməli, o cümlədən haqqı danışana da kömək edilməlidir, hətta o insan aşağı təbəqədən olan bir insan olsa belə.

Dedi-qodu yaymağa çalışmaq: İnsanlar arasında, xüsusilə də ixtilaflı məsələlərdə dedi-qodu, söz yaymaq bu ixtilafları genişləndirən məsələlərdəndir. Hamınız bilirsiniz ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dedi-qodunu, qiybəti və həddindən artıq sual verməyi qadağan etmişdir. “Filan və filankəs bunu dedi, filan və filan belə dedi, belə və bu cür dedi, filankəs haqqında belə dedi, filankəsdən belə dedi” və.s bu cür sözlər söyləmək və sonra isə bu cür əməllər etməyi davam etdirdməyə çalışmaq və dedi-qoduyla çox vaxt keçirmək ixtilafın səbəblərindəndir. Bu səbəb ən çox qəlblərin daşlaşmasına səbəb olur, ixtilafları artırır, islamda qardaşlar arasında nifrət, acı hisslər və düşmənçilik oyadır. Ona görə də elm tələbəsinə vacibdir ki, öz dilini saxlasın və həddindən həddini aşmış, həddindən çox dedi-qodu, kəlam söyləməsin, faydasız olaraq həddindən artıq danışmasın.

Cahillik, Allah məhv etsin cahilliyi: Bəzi insanlar, aralarında ixtilaf olan kəslər arasında söz gəzdirir, sağa-sola vurur. Bunun səbəbi cahillikdəndir. Ya haqq barəsində cahillik, ya da haqq əhli haqqında cahillik. Haqq barəsində cahilliyə gəldikdə bu o deməkdir ki, həmin cahil insan haqqın kiminlə olduğunu bilmir. Məsələn, əgər iki nəfər və yaxud iki dəstə arasında ixtilaf varsa, o zaman bir başqası gəlir və həmin məsələdə haqqın nə olduğunu bilmir, nə də onların ixtilaf etdikləri məsələdə düzgün rəyin nə olduğunu bilmir, beləcə batilə kömək etməyə yönəlir.

Haqq əhlini tanımamağa gəldikdə isə, mənası odur ki, insan haqqı bilir, haqqa dair dəlilləri də bilir, lakin müəyyən bir şəxsin tutduğu mövqedən xəbəri olmur. Beləcə bəzi tələbələr gəlir və deyirlər: “Filankəs və filan belə dedi”. Alim ona nəql olunanlara (ona çatan hadisələrə) görə öz rəyini verir. Ona görə də insanlar arasında ixtilafları nəql edən şəxsə vacibdir ki, həmin insan nəql etdiyi məsələdə əmin, etibarlı olsun. Niyyət edilməyən, nəzərdə tutulmayan, qəsd olunmayan hər hansı bir şeyi insanların şərh etməsi onların işi deyil. Və yaxud heç vaxt söylənməyən hadisələri xəbər vermək, müəyyən bir rəyin nəticələrini nəql etmək həmçinin onların işi deyil. Onlar bu ixtilafları sadəcə olduğu kimi eynilə nəql etməlidirlər. Beləcə haqq əhlini tanımamaq nə alimlərə zərər verir, nə də onları tənqid etmək mənasına gəlmir.

İslah etmək məsələsi:

1. İnsanlar arasını islah etmək üçün doğru, həqiqi niyyət: Allah təala bir kişi və onun həyat yoldaşı arasında hökm verən iki kişi hakim haqqında belə buyurur:

"(Ey möminlər!) Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, o zaman kişinin adamlarından bir nəfər və qadının adamlarından da bir nəfər münsif (vasitəçi) təyin edib (onların yanına) göndərin. Əgər onlar (bu iki vasitəçi ər-arvadı) barışdırmaq istəsələr, Allah da onların köməyi olar. Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər işdən) xəbərdardır! " Nisa: 35.

Gördüyünüz kimi əgər bu ayə kişi ilə onun həyat yoldaşının arasını islah etmək, barışdırmaq haqqında isə, elə isə insanların, Müsəlmanların arasını barışdırmaq, islah etmək üçün çalışan insan haqqında necə! Ona görə də bu məsələdə həqiqi və doğru niyyət məhz bu ixtilfları aradan qaldırır.

2. Qardaşlarımız üçün dua etmək: İxtilafları aradan qaldırmaq, islah etmək və qəlbləri yaxşılıq və təqva üzərində birləşdirməsi üçün Allaha qardaşlarımız üçün dua etmək və duamızda ixlasli, səmimi olmaq.

3. Xəta edənə nəsihət etmək: Biz ona belə deyirik: “Sən xəta, səhv etdin”. Onu haqq üzərində olmağa həvəsləndiririk və təşviq edirik; “Sən xəta etdin və haqqa qayıtmalısan”. Lakin bunu o kəslər edir ki, nəsihət etməyi bacarır. Bununla belə nəsihət etməyi bacarmayanların üzərinə bu məsuliyyət düşmür.


4. Doğru olan kəsə nəsihət etmək: Doğru olan insana gəldikdə isə, o zaman bizim ona nəsihətimiz onu səbr üzərində olmağa təşviq etməkdir. Biz ona belə deyərdik: “Qardaşına və əhli sünnədən olanlara dəstək ol. Onların səninlə olan ixtilafları sənə nifrət etmələrindən dolayı deyil və bu mənaya gəlmir. Bu o demək deyildir ki, onlar haqqı istəmirlər, sadəcə onlar səhv etmişdirlər. Allah Rəsulunun sallallahu aleyhi və səlləm səhabələri öz dövrlərində problemlərə səbəb olan məsələlərdə ixtilaf edirdilər. Onlardan hər biri digər səhabə qardaşına belə deyərdi: “Biz nə imanda, nə də təqvada sizdən üstün deyilik”. Osman radiyallahu anhudan sonra qalan ən yaxşı, fəzilətli insan Əli radiyallahu anhu belə deyərdi: “Biz imanda və təqvada sizlərdən üstün deyilik”, həqiqət isə bu idi ki, o onların ən yaxşısı idi.


Şeyx İbrahim ibn Amir ər Ruheyli


Tarix: 14.04.2013 / 14:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 264 Bölmə: Maraqlı melumatlar
loading...