Üçüncü misal
Dünya nemətlərinə başları qarışıb axirətdən uzaqlaşdıqlarından peşmançılıq çəkənlərin halı gəmiyə minən bir dəstə sərnişinin halına bənzəyir.
Belə ki, cəmi bir adaya çatdıqda kapitan onlara təbbi ehtiyaclarını ödəmələri üçün göstəriş verir, onları gecikməmələri barədə xəbərdarlıq edir və əks halda gəminin onları buraxıb getməsi ilə qorxudur. Sərnişinlər də hərəsi adanın bir tərəfinə dağılır. Onlardan bəziləri təbii ehtiyacını ödəyib tələsik gəmiyə qayıdır, gəmidə yerlər boş olduğundan istəyinə uyğun ən geniş və ən yumşaq yerdə əyləşir. Bəziləri isə adada qalıb oranın çəmənliklərinə, heyrətamiz gözəlliklərinə baxır, quşların nəğmələrini dinləyir. Adadakı daşların və qayalıqların gözəlliyi onları mat qoyur. Sonra gəminin tez gedəcəyini xatırlayıb dərhal gəmiyə gəlirlər. Lakin gəmidəki yerlər tutulduğundan onlar dar bir yerə çəkilib orada əyləşmək məcburiyyətində qalırlar. Sərnişinlərdən bəziləri isə adanın gözəl daşları, bahalı çiçəkləri ilə yüklənib gəmiyə qayıdarlar. Lakin gəmidəki bütün yerlər dolduğu üçün çox çətinliklə dar bir yerdə qalarlar. Əşyalarını isə nə atmağa əlləri gəlir, nə də qoymağa bir yer tapa bilirlər. Boyunlarında daşımağa məcbur olurlar. Onları götürməyə peşman olurlar, lakin son peşmançılıq fayda verməz. Sonra çiçəklər solmağa, öz təravətini itirməyə başlayır. İyindən isə əziyyət çəkirlər. Bəzi sərnişinlər isə həmin piyalədən içib gəmini unudur və ondan xeyli uzaqlaşarlar. Hətta, gəminin kapitanı gəmi yola düşərkən onları səsləsə belə, onların başı əyləncəyə qarışdığı üçün kapitanın səsinə səs vermirlər. Gah adanın meyvəsindən yeyir, gah onun təravətli çiçəklərini iyləyir, gah da ağacların gözəlliyinə dalırlar. Onlar bu cür əylənərkən vəhşi bir heyvan onların üzərinə hücum çəkər. Ondan qaçarkən tikana ilişib paltarlarını çırar və lüt qalarlar. Tikan onların bədənini yaralayar. Vəhşi heyvanın dəhşətli səsi onların canına vəlvələlə salar. Sonra onlardan bəzisi gəmiyə çatsalar da, yer tapa bilmədikləri üçün sahildə ölər, bəziləri vəhşi heyvanlara yem olar, bəziləri isə oralarda həlak olanadək başlarını götürüb gəzərlər. Bəli, dünya əhli də belədir. Onların da başı dünyanın nəqd olan nemətlərinə qarışdığından haradan gəlib hara getdiklərini unudurlar. Ağıllı insanı daşların və quru bitkilərin aldatması necə də pisdir. Bütün bunlar onun başını qatıb əbədi nicatdan uzaqlaşdırar.
Tarix: 15.04.2013 / 20:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 133 Bölmə: Maraqlı melumatlar