Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Müdrik Kəlamlar

Din mənəviyyatın özəyi,mənəviyyat isə əxlaq,elm və mədəniyyətdir.

Din birlik deməkdir,onu şaxələndirmək özümüzə xələl gətirməkdir.

Dindən uzaqlaşmaq həyatdan məhrum olmaqdır.

İslam Allah dərgahına gedən yol,Qurani-Kərim onun xəritəsidir.

Din ölülər üçün yox,dirilər üçündür.Ondan uzaqlaşmaq bu dünyada cəhalətə,axirətdə
isə cəhənnəm oduna düçar olmaqdır.

***
Dini olmayanın imanı,imanı olmayanın həyası,həyası olmayanın insafı,insafı olmayanın
qeyrəti,qeyrəti olmayanın namusu,namusu olmayanın milləti,milləti olmayanın vətəni
olmaz.

***
Dinsizlik acgözlüyə,imansızlıq vəhşiliyə,haqsızlıq şərə,insafsızlıq
qarətə,qeyrətsizlik qorxaqlığa,namussuzluq süləyənə xidmət edər.

***
Dindən uzaqlaşmaq həyatdan məhrum olmaqdır.

***
İslam Allaha məxsusdur,ona tabe olan xoşbəxt,olmayan bədbəxt olar.

***
İslam Allaha xidmət,Allaha xidmət isə insanlığa xidmətdir.


***
Öz halal malından sədəqə verən və ya xalqla bölüşən,xalqın malını yeməyən imanlı
kəsdir.

***
Haqq sənin görən gözün,eşidən qulağın,danışan dilin,hiss edən qəlbindir.Bundan
məhrum olanlar bu dünyanın tullantıları,axirətin isə odunudurlar.

***
Enişi görən yoxuşda büdrəməz,əgər haqqı görərsə.

***
Tənhalıq böyük dərddir,nadanlıq zülmət,
Yoxsulluq,qəriblik,varlılıq xislət,
Möminlik rahatlıq,böyük fəzilət.

***
Ey insan,qəribsən bu dünyada sən,
Qəriblik gözəldir,möminsənsə sən.

***
Savab sahibləri sönmüş çıraqları yandırarlar,onların çırağını isə Allah yandırar.

***
Mədəniyyət sənin zahirin,mənəviyyat batinin,əxlaq isə qiyamətindir.

***
Ruh bir tumurcuq,bədən isə şitillik.Sağlam şitil Cənnət ağacı,solmuş isə Cəhənnəm
odunu olar.

***
Namaz qeydiyyatdır,namaz hesabat,namaz sağlamlıqdır,namaz qiyamət.

***
Mizan elmdir,mizan tarazlıq,
Mizan ünsiyyətdir,mizan bağlılıq,
Mizan şəfaətdir,böyük varlılıq.


Tarix: 11.04.2013 / 20:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 180 Bölmə: Maraqlı melumatlar
loading...