Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Onlar kar, lal və kordurlar, doğru yola qayıtmazlar

Sual: Bu ayənin açıqlaması nədir?

“Onlar kar, lal və kor olduqlarına görə doğru yola qayıtmazlar”. (əl-Bəqərə 2:18)

صُمٌّ بُكْمٌ عُمْيٌ فَهُمْ لاَ يَرْجِعُونَ

Cavab: Bunlar Qüdrətli Allahın münafiqləri vəsf etdiyi üç sifətdir:
Kardırlar, onlar haqqı dinləmirlər, ona qulaq asmırlar və yaxud haqqı eşitmirlər;
Laldırlar: onlar haqqı söyləmirlər;

Kordurlar: Onlar haqqın nə olduğunu görmürlər və yaxud onlar (məsələlərə) haqq tərəfdən baxmırlar.

Onların duyğuları (görmək, eşitmək, danışmaq) beləcə elm almaqdan pərdələnir (elm almalarının qarşısı alınır), onlar sərsəri həyat keçirməkdən və öz nifaqlarından dönməzlər.


Tarix: 13.04.2013 / 17:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 74 Bölmə: Maraqlı melumatlar
loading...