Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

DİN NEDİR?

DİN NƏDİR?

Din – peyğəmbərlərin Allah tərəfindən bəşəriyyəti hidayət etmək və onlara yol göstərmək üçün gətirdiyi bir sıra elmi, əxlaqi və əqidəvi göstərişlərdən ibarətdir. Bu əqidələrə e`tiqad bəsləyib onun göstərişlərini yerinə yetirmək insanın hər iki dünyada səadət və xoşbəxtliyini tə`min edir. Deməli, biz dindar olub Allahın, Peyğəmbərin göstərişlərinə tabe olsaq, həm müvəqqəti olan bu dünyada, həm də əbədi bir aləm olan axirət dünyasında sonsuz xoşbəxtliyə nail ola bilərik.

Bildiyimiz kimi, yalnız o şəxslər həqiqi xoşbəxtlik və səadətə nail ola bilərlər ki, həyatda düzgün hədəfə malik olsunlar, səhv və azğın yolda olmasınlar, yaxşı və bəyənilən əxlaqa, insani keyfiyyətlərə yiyələnsinlər, yaxşı işlər görərək, təlatümlə dolu olan dünya həyatında xatircəm, qüvvətli və aram qəlbə malik olsunlar.

İlahi din bizləri məhz həmin səadət və xoşbəxtliyə doğru aparır; din olmadıqda isə həqiqi səadət və xoşbəxtliyin gerçəkləşməsi mümkün deyildir. Dini əqidələr insanın qəlbində yerləşən və hər bir halda onunla olub, onu rəzalətlərdən, yaramaz əməllərdən saxlayaraq insani fəzilətlərə doğru sövq edən məxfi polisə bənzəyir.

İman insanın ən güclü, möhkəm və e`tibarlı sığınacağıdır. İmanlı şəxslər həyatın enişli-yoxuşlu yollarında heç vaxt qorxuya, qəm-qüssəyə düçar olmurlar. Allaha pərəstiş edənlər heç bir xoşagəlməz hadisə qarşısında özlərini itirmir, alçaqlıq və həqarət hissi də keçirmirlər; çünki onlar, Xaliqin qeyri-məhdud və mütləq qüdrətinə arxalanmışlar; bütün hallarda Onu yad edir və yalnız Ona sığınırlar. Belə insanlar həmişə xatircəm, aram və güclü qəlbə malik olurlar.

Dinimiz bizə gözəl əxlaqa, insani keyfiyyətlərə malik olmağı tövsiyə edir, mümkün qədər yaxşı və bəyənilən işlər görməyə çağırır.

Buna əsasən din üç hissəyə bölünür:

1. E`tiqadlar;

2. Əxlaq;

3. Əməl.

Qısa şəkildə qeyd olunan bu bəndlər əziz oxucular tərəfindən qəbul olunsun deyə, onları şərh etmək lazımdır.

E`TİQADLAR

Biz öz fitrətimizə və əql qüvvəmizə müraciət etdikdə başa düşьrьk ki, heyrətamiz bir quruluşa, dəqiq qanunauyğunluqlara malik olan varlıq dünyası öz-özünə, təsadüf üzündən yarana bilməz; həmçinin insanı heyrətə gətirən bu varlıqlar sistemi, onu nizamlayıb tənzim edən bir qüvvə olmadan vücuda gələ bilməz. Şübhəsiz, bunlar sonsuz qüdrət və elmə malik olan bir Yaradan tərəfindən xəlq edilmişdir. Belə ki, O, bu böyük və əzəmətli dünyanı yaratdıqdan sonra varlıq aləminin hər bir yerində dəyişilməz və sabit qanunlar bərqərar edərək yaradılış dünyasını çox dəqiq nizam əsasında idarə edir. O, heç bir şeyi əbəs yerə yaratmamışdır, heç bir varlıq dünyaya hakim kəsilən ilahi qanunlardan xaricdə deyildir.

Mərhəmətli Allahın öz yaratdıqlarına qarşı bu qədər lütf və mehribanlıq göstərməsini nəzərə alaraq, Onun, yaradılış aləminin şah əsəri olan insanı öz başına buraxmasını təsəvvür etmək olarmı?! Görəsən insan adlı həddən artıq mürəkkəb bir məxluqa yol göstərmədən, bəşər cəmiyyətini, onun əksər hallarda nəfsani istəklər əsiri olan, nəticədə azğınlığa, bədbəxtliyə düçar olan əqlinə həvalə etməsi mümkündürmü?! Əlbəttə, bu sualların cavabı hamıya gün kimi aydındır.

Deməli, Allah-taala bəşəriyyəti düzgün yola istiqamətləndirmək üçün, hər növ səhv və xətadan uzaq olan peyğəmbərlər göndərməlidir ki, insanlar o göstərişlərdən istifadə etməklə əbədi səadət və xoşbəxtliyə nail olsunlar.

İnsan, bu dünyada dini göstərişlərə əməl etməyin fayda və tə`sirlərinin tam şəkildə aşkar olmadığını, yaxşı əməl sahiblərinin öz həqiqi mükafatlarını almadığını, eləcə də zalım və pis insanların öz əməllərinin nəticəsini görmədiyini müşahidə etdikdə, hər bir şeyin öz ədalətli həllini tapması üçün bu dünyanın yetərli olmadığını başa düşьr; belə hökm edir ki, başqa bir aləm də olmalı və orada insanların əməlləri dəqiq şəkildə araşdırılmalıdır; xeyir işlərə görə mükafatlanmalı, çirkin və yaramaz işlərə görə isə cəzalanmalıdır. İlahi dinlər insanları bu və sonradan müfəssəl şəkildə bəyan olunacaq sair haqq e`tiqadlara təşviq edir və onları cəhalət, nadanlıq və qəflətdən uzaqlaşdırır.

ƏXLAQ

Dini tə`limlər bizə öyrədir ki, həyatda bəyənilən sifətlərə və gözəl əxlaqa malik olaq, özümüzü gözəl insani səciyyələrlə zinətləndirək, öz vəzifə və məs`uliyyətlərimizi başa düşьb xeyirxah olaq, insanları sevək, mehriban, vəfadar, xoşəxlaq, gülərüz və ədalətli olmağa çalışaq, haqqımızı müdafiə edək, öz hüquqlarımızın həddini aşmayaq, xalqın canına, malına və namusuna toxunmayaq, elm və ədəb öyrənmək yolunda əlimizdən gələni əsirgəməyək, nəhayət ədalət və mö`tədilliyi həyatımızın bütün yönlərində tətbiq edək.

ƏMƏL

Dini tə`limlərdə bizə göstəriş verilir ki, həyatda insanın həm özünün, həm də cəmiyyətin mənafeyinə uyğun olan bə`zi işləri yerinə yetirək, fitnə-fəsad və azğınзılıq yaradan işlərdən uzaq olaq; bundan əlavə, bizə əmr olunur ki, Allaha sitayiş edərək namaz qılıb oruc tutaq və Allaha itaət və bəndəçilik nişanələri olan müəyyən əməlləri yerinə yetirək.

Mə`lum olduğu kimi, dinin gətirdiyi və insanları ona tərəf də`vət etdiyi qayda-qanunların bə`ziləri e`tiqad, bə`ziləri əxlaq və bə`ziləri isə əməllə əlaqədardır ki, onların qəbul və ya əməl edilməsi əbədi xoşbəxtliyin yeganə vasitəsidir. Əks təqdirdə, insan həqiqətdən uzaqlaşaraq, gözəl əxlaq və yaxşı əməllərdən məhrum olar, heç vaxt həqiqi səadətə nail ola bilməz.

İNSANIN ALLAHLA ƏLAQƏDAR VƏZ

İFƏSİ(ALLAHI TANIMAQ)



Mütəal Allah qarşısındakı vəzifəmiz bütün vəzifələrin ən mühümdür, biz pak qəlblə, xalis niyyətlə onun yerinə yetirilməsinə çalışmalıyıq. Həm də bu, öz Rəbbini tanıyan insanın ilkin vəzifəsidir. Çünki Allah bütün varlıq aləminin mənşəyi, hər bir həqiqi varlığı yaradan olduğuna görə Onu tanımaq və Onun varlığı barəsində elm kəsb etmək də hər bir gerçəklik görən gözə nuranilik bəxş edir. Bu həqiqətə e`tinasız yanaşmaq hər növ cəhalətin və bəsirətsizliyin mənşəyidir. Hər kəs haqq barəsində mə`rifət kəsb etməyə e`tinasız qalsa və nəticədə öz vicdanının aydın çırağını söndürsə onun həqiqi insani xoşbəxtliyi əldə etmək üçün heç bir yolu olmayacaqdır.

Gördüyümüz kimi Allahı tanımaqdan üz döndərən və öz həyatlarında bu məsələyə əhəmiyyət verməyən insanlar insani mə`nəviyyatdan ümumiyyətlə uzaq düşmьşlər, onların yırtıcılıq və yeyib-içməkdən başqa bir şey bilməyən heyvanların məntiqindən başqa məntiqləri yoxdur. Mütəal Allah Öz kəlamında buyurur: "Allahı yad etməkdən üz döndərən, dünya həyatı, yemək və yatmaqdan başqa bir məqsədləri olmayanlardan üz döndər. Çünki bu cür insanlar dünyada yemək və yatmaqdan başqa bir şey bilmirlər."

Əlbəttə qeyd olunmalıdır ki, insan üçün – həqiqət görən və istidlal qərizəsinə malik olan bir insan üçün Allahı tanımaq zəruri və təbii bir işdir. Çünki o, özünün Allah verən şüuru ilə yaradılış aləminin hər bir guşəsinə nəzər salsa Allahının vücudunun əsərlərini, elm və qüdrətini müşahidə edəcəkdir. Buna əsasən Allahı tanımağın mə`nası bu deyildir ki, insan Allahşьnaslığı özü üçün vücuda gətirsin, əksinə məqsəd bundan ibarətdir ki, insan heç bir pərdə ilə örtülə bilməyən bu aydın həqiqətə e`tinasızlıqla yanaşmasın, onu hər an Allaha doğru də`vət edən vicdanına müsbət cavab versin və bu mə`rifəti əldə etməkdə hər növ şəkk və tərəddüdü qəlbindən çıxarsın.

ALLAHA PƏRƏST

İŞETMƏK



Allahı tanıdıqdan sonra bizim növbəti vəzifəmiz Ona pərəstiş etməkdir. Çünki haqqı tanımaqla aydın olur ki, bizim yeganə hədəfimiz olan əbəbdi səadət və xoşbəxtlik mehriban Allahın bizim həyatımız üçün tə`yin etdiyi və Öz peyğəmbərləri vasitəsilə bizə çatdırdığı proqramların icra olunması və onlara əməl edilməsindən ibarətdir. Deməli, Allahın fərmanlarına itaət və Onun hüzurunda bəndəçilik etmək yeganə bir vəzifədir ki, sair vəzifələr onun müqabilində çox əhəmiyyətsiz və kiçik görünür.

Mütəal Allah buyurur: "Allahın əmr və göstərişi budur ki, Ondan başqa heç kimə pərəstiş etməyin və başqasına itaət etməyin."

Yenə buyurur: "Ey insanlar! Sizə fərman vermədikmi və sizinlə əhd-peyman bağlamadıqmı ki, sizin aşkar düşməniniz olan şeytana itaət etməyin və yalnız Mənə itaət və bəndəçilik edin?! Düz yol elə budur."

Buna əsasən bizim vəzifəmiz bundan ibarətdir ki, özümüzün bəndəçilik məqamımızı və ehtiyaclarımızı tanıyaq, Allahın qeyri-məhdud əzəmətini nəzərə alaq və Onun hər bir cəhətdən özümüzə əhatəli olduğunu bilək, yalnız Onun əmr və fərmanlarına itaət edək, mütəal Allahdan başqa heç nəyə pərəstiş etməyək – alim Allahın onlara itaət etməyi bizə əmr verdiyi imam və peyğəmbərlərdən başqa.

Mütəal Allah buyurur: "Allaha, Onun peyğəmbərinə və din rəhbərlərinə (imamlara) itaət edin."

Əlbəttə, Allaha və din rəhbərlərinə itaət etmək nəticəsində əməli olaraq Allaha mənsub edilən hər bir şeyə tam ehtiramla yanaşmalı, Allahın mübarək adını, din rəhbərlərinin adını ədəbdə yad etməli, Allahın kitabına (Qur`ana), Kə`bəyə, məscidlərə, ilahi övliyaların məqbələrinə də ehtiram göstərməkdə çalışmalıyıq. Belə ki, Allah-taala Qur`anda buyurur: "Hər kəs Allahın nişanələrini və şüarlarını (ehtiramla yad edib onlara) tə`zim etsə, öz batini pəhrizkarlığını izhar edər."İNSANIN ÖZÜ İLƏ ƏLAQƏDAR VƏZİFƏSİ



İnsan öz həyatında hər hansı üslubu seçsə, hər bir yolu keçsə həqiqətdə özünün səadət və xoşbəxtliyindən başqa heç bir şey istəmir. Səadət yolunu tanımaq onun özünü tanınmasından sonrakı növbədə gəlir (yə`ni özümüzü tanımayınca, öz həqiqi ehtiyaclarımızın nədən ibarət olduğunu bilməyəcəyik, halbuki, bizim səadətimiz onların tə`min olunub aradan qaldırılmasındadır). Buna görə də insanın ən mühüm və lazımlı vəzifəsi budur ki, özünü tanısın və bununla da özünün həqiqi səadət və xoşbəxtliyini dərk etsin, ixtiyarında olan vasitələrlə ehtiyaclarını tə`min etməyə çalışsın, onun yeganə sərmayəsi olan ömrünü əbəs işlərə sərf edərək müftə əldən verməsin.

Peyğəmbəri-əkrəm (s.ə.v.v) buyurur: "Hər kəs özünü tanısa Rəbbini də tanıyar."

Əli (ə) buyurur: "Hər kəs özünü tanısa mə`rifətin ən yüksək mərhələsinə çatmış olur."

İnsan özünü tanıdıqdan sonra başa düşьr ki, onun ən mühüm vəzifəsi insaniyyət gövhərini əzizləməkdir. O, belə bir gövhəri tapdalamamalı, onun zahiri və batini cəhətdən təmiz saxlanılmasına çalışmalıdır ki, ləzzət və şirinliklə yanaşı olan əbədi bir həyata nail ola bilsin.

Əli (ə) buyurur: "Hər kəs özünü əzizləsə nəfsin göstərişləri (nəfsani istəklər) onun nəzərində alçaq və dəyərsiz olacaqdır."
İnsanın varlığı iki şeydən təşkil olunmuşdur: ruh və bədən. İnsan onun hər ikisinin səhhətinin qorunub-saxlanmasında çalışmalıdır. Müqəddəs islam dinində bu iki yönün hər ikisinə dəqiq fikir verilmiş, bu barədə kifayət qədər göstərişlər verilmiş və buyurulmuşdur ki, insan həm ruhunun, həm də bədəninin sağlamlığı üçün çalışmalıdır.


Tarix: 03.01.2013 / 14:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1307 Bölmə: Maraqlı melumatlar
loading...