Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dilini qoru! Cəhənnəm odundan qorunasan-deyə

Allahu təalə insana bir ağız, iki qulaq vermişdir. Atalar demişlər: ”Bunun mənası:”Bir danış, iki dinlə!”-deməkdir və ya “Çox söz yalansız, çox pul haramsız olmaz!”-söyləmişlər. Bu barədə çox deyimlər var. Danışmaq insanın öz hislərini izah edə bilmək qabiliyyətidir. Müdrik insan yalnız zərurətdə danışar, əks halda isə susar.Çünki susmaq dilə edilən ən gözəl tərbiyədir.
Peyğəmbərimiz (SallAllahu aleyhi və səlləm) Əbu Zərə (ra) nəsihət edərək buyurur:
-“Sən çox vaxt susmağı üstün tut! Bu sənin dində köməkçin olub şeytanı qovar.”

Harada oluruqsa olaq dilimizi pis, çirkin və kobud sözlərdən uzaq tutmalıyıq. Allahu təalə Ənkəbut surəsi, 6-cı ayədə buyurur:” İçərilərindən zülm edənlər istisna olmaqla Kitab əhli ilə ən gözəl tərzdə mübahisə edin və deyin: “Biz həm özümüzə nazil olana, həm də sizə nazil olana iman gətirdik. Bizim də məbudumuz, sizin də məbudumuz birdir. Biz yalnız Ona itaət edirik”.
Demək ki, müsəlman olan kimsə hətta kitab əhli ilə belə mübarizəni ən gözəl bir şəkildə etməli və dilini pis sözlərdən qorumalıdır. Başqa bir ayədə buyurulur:
-“Ər-Rəhmanın qulları o kəslərdir ki, onlar yer üzündə təvazökarlıqla gəzər, cahillər onlara (xoşagəlməz) bir söz dedikdə: “Salam!”- deyərlər. (Furqan surəsi, 63)
Başqa bir ayədə:
-“Onlar lağlağı eşitdikləri zaman ondan üz çevirib: “Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam olsun! Biz cahillərə qoşulmaq istəmirik!”– deyirlər. (Qəsəs surəsi,55)
Bəzi insanların işi boşboğazlıqdır.Onlar hər bir kəs ilə mübahisəyə girərlər.Onlar yerli-yersiz danışarlar.Dediyi kəlimələr isə heç kəsə fayda verməz. Allah Rəsulu (SallAllahu aleyhi və səlləm) bir hədisində buyurur: “Hidayət üzərində olan bir qövm mübahisəyə girmədən zəlalətə düşməz. (İbn Macə)
Başqa bir hədisdə buyurulur: “Biz dini mövzu üzərində mübahisə edərkən Rəsulullah (SallAllahu aleyhi və səlləm) gəlib çıxdı.Qəzəblənərək buyurdu: “Ey Muhəmməd ümməti, özünüzə gəlin! Mübahisəni tərk edin! Çünki mübahisənin zərəri açıq-aydındır. Mübahisəni tərk edin! Çünki mübahisəni sevən adama Qiyamət günü şəfaətçi olmaram.Mübahisəni tərk edin! Çünki mübahisəni tərk edənlərə Cənnətdə üç köşk veriləcəkdir.Bunların ən yüksəyi isə haqlı olduğu halda mübahisəni tərk edən üçündür. Mübahisəni tərk edin! Çünki bütlərə tapınmaqdan sonra Allahın mənə nəhy etdiyi ilk şey mübahisədir!” (Təbərani)
Onun üçün gəlin dilimizə sahib çıxaq. Dili düzgün istifadə etməmək, həm bu dünyada, həm də Axirət həyatında insanı zəlil edər, alçaldar. Belə bir aqibəti yaşamamağımız üçün ağızda olan o kiçik ət parçasını nəzarətdə saxlamalıyıq. Bununla da özümüzü qorumuş olarıq. Şair nə gözəl söyləmiş:

Sükut edibdirsə dil,
İnsan salamatdır, bil!


Tarix: 11.04.2013 / 20:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 237 Bölmə: Maraqlı melumatlar
loading...