Alimlər ana bətnindəki körpənin DNT-ni ananın beynində aşkarlayıblar. Bu izlər uzun müddət beyində qalır. New Scientist bildirir ki, dölün hüceyrələri dəri, qaraciyər və böyrəyə də düşür. Bu effekt "fetal mikrohimerizm" adlanır.
Professor Li Nelsonun apardığı araşdırmalar göstərir ki, ana bətnindəki uşağın DNT-si hematoensefalik səddi asanlıqla keçir.
Ana olan qadınlarda müxtəlif xəstəliklərin, o cümlədən Alsgeymer xəstəliyinin yaranmasını bu faktla da izah etmək olar.
Aralarında 33 Alsgeymer xəstəsi olan 59 qadının beyin nümunələrinin autopsiyası göstərir ki, onların 63 faizində Y xromosom olub.
Florida Universitetinin professoru Edvard Skott isə hesab edir ki, ana orqanizmində uşaq hüceyrələrinin varlığı ana bədəninə uşağı "tanımağa" və bu hüceyrələri rədd etməməyə imkan verir.
Yeni kəşf uşaqlardan valideynlərə və ya valideynlərdən uşaqlara orqan transplantasiyasını asanlıqla aparmağa imkan verəcək.
Alimlər indi uşağın DNT hüceyrələrinin ana beynində oynadığı rolu araşdırırlar.
Tarix: 09.01.2015 / 11:24 Müəllif: Aziza Baxılıb: 14 Bölmə: Maraqlı Məlumatlar