Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zaviyə məscidi

Zaviyə məscidi — Naxçıvan şəhərində Heydər Əliyev prospekti və Təbriz küçəsinin kəsişdiyi yerdə, Zaviyə məhəlləsində tarixi-memarlıq abidəsi.Mündəricat
1 Tarixi
2 Quruluşu
3 Xarici keçidlər
4 Mənbə
5 Həmçinin bax


Tarixi

Ərəbcə guşə, künc, bucaq mənasmı verən zaviyə sufi təriqətlərinə mənsub məskənlərin adlarmdan biridir. Xanəgahlar kimi zaviyələrdə də ayrı-ayrı təriqətlərə mənsub dərvişlər yaşamış və ətraflarma müridlər toplayaraq öz ideyalarmı yaymışlar. İslam dininin yarandığı ilk yüzilliklərdə xristian ra- hiblərinin hücrələrini, kiçik müsəlman məscidlərini və ya ibadətxanalarmı da zaviyə adlandırırdılar. Məğrib ölkələrində zaviyə məsciddən, məktəbdən, övliya məqbərəsindən, mehmanxanadan ibarət dini binalar kompleksi kimi fəaliyyət göstərirdi. Sonralar Şimali Afrika övliyaları öz şagirdləri və ardıcılları ilə birlikdə yaşadıqları binaları da zaviyə və ya ribat adlandırmağa başladılar. Ümumiyyətlə, orta əsrlər zamanı zaviyə sufı qardaşlıqları ardıcıllarmm məskənlərinin adlarmdan biri olmuşdur. Onlar həm də ayin və mədəni-maarif mərkəzləri sayılırdı. Orta əsrlərdə Naxçıvanda mövcud olan bəzi təriqət tərəfdarları məscidlərə getmir, özləri üçün ayrıca təkyələr, zaviyələr tikir, orada yaşayır və zikrlə məşğul olurdular. Hürufı təriqətçiləri belə zikr yerlərini xanəgah, bəktaşi və nəqşibəndilər isə zaviyə adlandırırdılar.

Quruluşu

Naxçıvan memarlıq məktəbinə aid edilən məscidin zahiri memarlıq siması, plan quruluşu və özünəməxsus kompozisiyası onun 17-18 əsrlərin zəngin inşaat ənənələrinin məhsulu olduğunu göstərir. 17-18 əsrlərdə Azərbaycan memarlığında əvvəlki dövrün ənənələri ilə yanaşı yeni tikinti meylləri də özünü göstərirdi. İnşaat tiplərindəki bu dəyişiklik əsasən dini tələbatm daha geniş şəkildə ödənilməsi ilə əlaqədar idi. Zaviyə məscidinin binası ilk baxışdan düzbucaqlı formada görünsə də mürəkkəb memarlıq quruluşuna malikdir. Bina yerdən 1 m hündürlükdəki kürsülük üzərində yerləşdirilmişdir. Ümu- mi sah. 212 m2-dir, divarlarm qalmlığı 0,9 – 1,5 marasında dəyişir. Əsas qalınlıq 90 cm-dir. Bişmiş kərpic və əhəng məhlulu ilə inşa edilmişdir. Kərpiclər iki ölçüdədir. 20 x 20 x 5 sm olan sarı rəngli kərpiclərdən binanın əsas tikintisində istifadə olunmuşdur. 19 əsrin 2-ci yarısmda məscidin əsaslı tə- miri zamanı 26 x 13 x 5 cM-lik qırmızı rəngli kərpic- lərdən daha çox istifadə edilmişdir. Bu kərpiclərə sonradan tikilən şərq və şimal divarlarda, otaqların arakəsmələrində, minarənin və binanın başına əlavə olunmuş antamblementdə, parapetdə və eləcə də binanm fasadında da geniş yer verilmişdir. Zaviyə məscidi istər plan quruluşu, istərsə də ayrı-ayrı hissələrin formasma görə Naxçıvandakı digər dini binalardan tamamilə fərqlənir. Çox güman ki, 19 əsrin axırlarında aparılan təmir işləri zamanı yeni tikintilər və formalar əlavə olunduğundan binanın memarlıq quruluşu xeyli dəyişdirilmiş, əvvəlki zamanların tikintisində istifadə olunan çatma tağlar və sferik gümbəzlər əvəzinə, 19 əsrin mürəkkəb xətli tağları və düz dam örtüyü ilə əvəz edilmişdir. Ona görə də binanm tikilmə tarixinin dəqiqləşdirilməsi çətindir. Binanın indiki interyer quruluşu böyük ibadət salonundan, ona bitişik vestibüldən, ikimərtəbəli üç yardımçı otaqdan və dolama pilləkənləri olan minarədən ibarətdir. Salonun və digər tikililərin sferik gümbəzləri dağıdıldığmdan, 19 əs- rin sonlarmda düz xətli örtüklə əvəz edilmişdir. Binaya üç tərəfdən: qərbdən və şimaldan bir, şərq tərəfdəki həyətdən isə üç giriş qapısı var. Əsas giriş qərbdəndir. Qərb tərəfdəki düz xətli portal eyvan şəklində qurulmuşdur. Eyvana mərmər pilləkənlərlə qalxılır. Giriş portaldakı qapıdan bir tərəfı üçbucaqlı formada olan vestibülə daxil olunur. Vestibülün sahəsi 19,8 m2-dir. Vestibüldən sağda hünd. 5,5 m, sah. 88 m2 olan hücrə tipli ibadət salonu yerləşir. Salona ş. tərəfdən də giriş var. Salonun ş. və q. divarlarmın hər birində 0,9 x 3,2 m ölçüdə üç ədəd şəbəkəli pəncərə qoyulmuşdur. İbadət salonunun mehrabı 1,7 x 5,15 x 5,5 m ölçüdə c. divarda ayrıca bölmə şəklində yerləşdirilmişdir. Mehrabm çatma tağlı taxçası və digər bəzəkləri çoxsaylı təmir nəticəsində suvaqla doldurularaq düz səthə çevrilmişdir. Vestibüldən solda iki qapı var. Qapılardan biri minarənin dolama pilləkənlərinə, digəri isə yardımçı otaqlara açılır. Qadınlar üçün nəzərdə tutulmuş ikinci mərtəbədəki otaqlara taxta pilləkənlərlə qal- xılır. Buradakı ibadət otağı ilə əsas salon arasmda pəncərə var. Binanm əsas fasadı mərkəzdə yerləşdirilmiş eyvanlı portaldan, üç ədəd uzunsov şəbəkəli pəncərədən və çox da hündür olmayan minarədən ibarətdir. Əsas fasadla uzlaşmayan antamblement və tikintinin başmı dövrələyən çatma tağ motivli parapet binaya sonradan əlavə edilmişdir. Antamblementdəki dörd düzbucaqlı sütun çıxmtıları və mərkəzdə yerləşdirilmiş dairəvi boşluqlar binanın fasadmda tamamilə yad element kimi görünür.

20 əsrdə binadan klub, pionerlər evi, dini idarə və s. məqsədlər üçün istifadə olunmuşdur. 2007-ci ilədək Naxçıvan MR Qadınlar Məclisi burada yerləşmişdir. 2008-ci ildə əsaslı təmir və bərpa olunmuşdur.


Tarix: 25.02.2013 / 22:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 410 Bölmə: Məscidlər
loading...