Məkkə məscidi Heydərabadda, Pəncabdakı ən qədim məscidlərdəndir. Həmçinin o, Hindistanın ən böyük məscidlərindəndir. Məkkə məscidi Heydərabadın qədim irsinə daxildir. Məhəmməd Qulu Qütb Şah “Qütb şahilər” nəslinin 5-ci hökmdarı olmuşdur. Onun təşəbbüsü ilə Məkkədən daşlar gətirilir və məscidin inşasına başlanır. Sonradan məscidə Şahın adı verilir. Məscid binası Şahın saldıracağı şəhərin mərkəzində olacaqdı. Məkkə məscidi şahın elə öz hakimiyyəti dövründə də inşa edilir. Üç tağlı fasad tək parça qranitdən yonulub. Onun hazırlanması 5 il vaxt alıb. İnşaat işlərinə 8000 işçi cəlb olunub. İnşaatın təməlini Məhəmməd Qulu şah özü qoyub. Lakin məscidin istifadəyə verilməsi Monqolların Heydərabadı işğal etməsindən sonar hakimiyyətə gələn Auqanzrebin dövrünə təsadüf edir. Məscidin əsas zalının uzunluğu 180 fut, eni isə 220 fut təşkil edir. Bu ərazi 10000 nəfərin ibadət etməsi üçün kifayətdir. 15 tağ əsas zalın tavanını saxlayır.
Tarix: 24.02.2013 / 18:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 369 Bölmə: Məscidlər