Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şahbulaq məscidi

Şahbulaq məscidi — Azərbaycanın Ağdam rayonunda, Şahbulaq deyilən ərazidə Pənahəli xan tərəfindən 1751-1752-ci illərdə inşa etdirilən məscid.

Memarlıq quruluşu

Bütövlükdə yerli əhəng daşı ilə inşa edilmiş Şahbulaq məscidi üç tağlı eyvandan və bir ibadət zalından ibarətdir. Eyvanın tağları mütənasib qamətli bir cüt daş sütunlara söykənir. Tavanı isə tağbənd şəklində tamamlanır. İbadət zalı kvadrat şəkilli olduğundan tavanı interyer tərəfdən gümbəz şəklində tamamlanmış, bayır tərəfdən isə gümbəz üzərinə yeni örtük materialları əlavə etməklə dam örütüyü iki yamaclı formaya salınmışdır. Bu da təbii suları dərhal yanlara axmasına əlverişli şərait yaratması üçün idi.

Ümumi divar hörgülərinin qalınlığı bir metrə çatan məscidin plan ölçüləri 9,38x7,18 metrdir. Məscid maili yerdə inşa edildiyindən onun arxa tərəfdən dam örütüyünə qədər olan məsafəsi 4,37m, baş fasad tərəfdən isə 5,40 metrə qədərdir.

Şahbulaq məscidinin memarlıq baxımından belə sadə həll olunmasına baxmayaraq bu məscid sonralar Qarabağda çoxsaylı məscidlər tikmiş Memar Kərbəlayi Səfixan Qarabaği yaradıcılığında bir örnək rolunu oynamaşdır. [1]

Ağdamın Paprəvənd kəndindəki məsciddə də plan etibarı ilə Şahbulaq məscidinin memarlıq ideyası davam olunur.


Tarix: 24.02.2013 / 18:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 248 Bölmə: Məscidlər
loading...