Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şah Abbas məscidi (Gəncə)

Bu adın digər istifadə formaları üçün, bax: Cümə məscidi.ŞAH ABBAS MƏSCİDİ


Xəritədə yeri


Şah Abbas məscidi
Məlumatlar

ÖlkəAzərbaycan
BölgəGəncə
Yerləşdiyi əraziŞah İsmayıl Xətai prospekti
Dinİslam
Tikildiyi dövr1606
StatusuMəscid


Şah Abbas məscidi — 1606-cı ildə memar Şeyx Bahəddin Məhəmməd Amilin layihəsi əsasında inşa edilmişdir. Şah Abbas məscidi Cümə məscidi kimi də tanınır.

Layihəsi

Məscidin kəsiyi və planı

Şah Abbas məscidi XVII əsr Azərbaycan memarlığı üçün səciyyəvi olan qiymətli abidədir. Ümumi həcmi kub şəklində olan bu abidənin böyük diametrli günbəzlə örtülməsi, ümumiyyətlə, həcm cəhətdən diqqəti cəlb edən quruluş yaradır. Burada binanın həcminin həllinə daha çox diqqət yetirilmiş, xaricə açılan portal-eyvanlar sadə, lakin dərin həcmli verilmişdir. Şah Abbas məscidinin ətrafında yerləşən mədrəsə hazırda dağılmışdır. Məscidin qarşısında qoşa minarə XVIII əsrin sonlarında inşa edilmişdir. Məşhur Azərbaycan şairi və tarixçisi Abbasqulu ağa Bakıxanov Şah Abbas məscidinin məşhur alim və memar Şeyx Baəddin tərəfindən tikildiyini məlumat verir.

Binanın tikintisində yumurta ağı ilə gil-əhəng qatışığından və qırmızı kərpicdən istifadə edilib. 1776-cı ildə binaya əlavə olaraq qoşa minarə də tikilib. 1920-ci ildə rus bolşevikləri tərəfindən şəhərə və ətrafa atılan mərmilərin təsirindən minarələrin biri əyilmişdir. Həmin il Gəncə şəhər Xeyriyyə Cəmiyyəti tərəfindən bərpa işləri aparılsa da, əyilmiş minarəni tam bərpa etmək mümkün olmur. Gəncə şəhəri Ş.İ.Xətai prospekti və Gəncə küçələrinin kəsişməsində yerləşən bina hazırda məscid kimi fəaliyyət göstərir.

Şah Abbas məscidinin salonu öz dövrünə görə ən iri ibadət məkanlarından olub. Məscidin salonunda möhkəm palıddan hazırlanmış bir minbər var. Özlüyündə unikal bir incəsənət əsəri olan, şəbəkə üsulu ilə, bircə mismar belə işlədilmədən hazırlanmış minbərin üzərindəki yazılardan aydın olur ki, yaşı məscidlə təxminən eyni olan, müxtəlif vaxtlardakı düşmən hücümları zamanı xəsarət görmüş bu minbəri 1897–ci ildə Gəncə hakimi Cavad xan Şahverdi xan oğlu Ziyadoğlu–Qacar təmir etdirib. Şücayəti ilə Azərbaycanın qəhrəmanlıq rəmzinə çevrilmiş Cavad xanın məqbərəsi də Şah Abbas məscidinin yaxınlığındadır. Ümumiyyətlə, Ziyadoğlu nəslindən olan digər xanların da qəbirləri bu ərazi də olub. Sovet dövründə aparılan rekonstruksiya işləri nəticəsində onlar ləğv edilib. [1] Amma Şah Abbas məscidi ətrafında tarixcəsini hələ çoxlarının bilmədiyi başqa məzarlarda mövcüd olub.

Məscidin Axundları
Həsən Mollazadə Gəncəvi (1905-1918)
Həsən Mollazadə Gəncəvi (1905-1918)
Şeyxülislam Axund Məhəmməd Fərəculla Pişnamazzadə (1892-1919)
Hacı Seyid Rza (1919-1920)
Seyid Həsən Seyidzadə (1920-1929)
Hacı İsgəndər Məmmədov (2000-?)


Tarix: 25.02.2013 / 22:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 243 Bölmə: Məscidlər
loading...