Təzəpir məscidi — Abşeron ərazisində yerləşən, bütün Şərqdə nadir gözəlliyi ilə diqqəti cəlb edən, yaşı bir əsrdən çox olan tikili.
Bu abidə təkcə Azərbaycanın deyil, bütün Qafqazın dini mərkəzi hesab olunur. Təsadüfi deyil ki, Qafqaz Müsəlmanları İdarəsi də məhz burada yerləşir. Bu əzəmətli tikilinin həm də maraqlı tarixçəsi var. Bu tarix isə bir daha sübut edir ki, Təzəpir məscidi ziyarətgah timsallı memarlıq abidəsidir. Buranın müqəddəsliyinə tapınan insanlar zaman-zaman bu yeri ziyarət ediblər. Qəbrin itməsinə baxmayaraq həmin türbə bu günə qədər də qorunub-saxlanılır. Müqəddəs türbəyə daxil olmaq üçün pilləkənlərlə məscidin altına düşmək lazım gəlir.Mündəricat
1 Tarixi
2 Layihəsi
3 Memarlıq incisi
4 Mənbə
Tarixi
Poçt markası (1997).
Ziyarətgahın tarixi olduqca qədimlərə, XIV-XV əsrlərə gedib çıxır. Tədqiqatçılar təsdiq edirlər ki, məscidin dərin suxur qatları altında mövcud olan türbəsi, zəmanəsinin görkəmli alimi və övliyası Əbu Seyid Abdullaya məxsus olub. Ziyarətgahın yerləşdiyi məkan ötən əsrin ortalarına qədər "Xəlfədam" adı ilə tanınırdı. Hazırda isə bu yer Təzəpir məscidinin yerləşdiyi ərazidir. Zaman keçdikcə Əbu Seyid Abdullanın türbəsi dağıntılara məruz qalıb. Lakin pirin kəramətinə böyük etiqad göstərən insanlar onun tamamilə dağılmasına imkan verməyiblər.
Ziyarətgah zaman-zaman Bakı əsilzadələri tərəfindən təmir olunub. 1817-ci ildə sonuncu Bakı xanı Hüseynqulu xanın kürəkəni Qasım bəy məscidi əsaslı bərpa etdirib. İbadətgahın əsl tikintisi isə XX əsrin əvvəllərində başlayıb. Belə ki, məscidin əsaslı bərpasından təxminən 90 il sonra zəngin möminlərdən sayılan Nabat xanım Xocabəy qızı Aşurbəyli-Rzayeva birmərtəbəli məscid binasının yerində yeni ibadətgahın tikintisinə başlayır. Deyilənlərə görə, Seyid Yəhya Bakuvinin nəslindən olan bu qadın belə bir məscid tikdirməyi əhd edibmiş və əhdinə sadiq qalaraq, sonunucu zinət əşyasına qədər satıb binanın inşa etdirir. Türbə üzərində yeni məscid tikildiyinə görə xalq arasında bu günə qədər də bu tikili Təzəpir məscidi adlanır.
Məscid Nabat Aşurbəyli-Rzayevanın vəsaiti ilə Zivərbəy Əhmədbəyovun layihəsi əsasında 23 iyul 1905-ci ildə tikilib.
Layihəsi
Məscidin ən cəlbedici yeniliyi onun interyeridir. Burada ümumi sahəsi 1400 kvadratmetr olan divarlarda və günbəz altında Azərbaycan nəqqaşlıq məktəbinin və Şərq ornamentinin nadir nümunələrindən istifadə olunub. Mehrab kaşı və mərmərdən yığılmış, günbəzin pəncərə konstruksiyaları təzələnərək şəbəkəli taxta pəncərələrlə əvəzlənib. Qeyd edək ki, günbəzə ağırlıq gətirən iki tonluq çilçıraq əvəzinə müasir texnologiyalı işiqlandırma sistemləri quraşdırılıb. Eyni zamanda, əsas zalda 52, qadınların ibadət etdiyi hissədə 5 divar çilçırağı asılıb.
Məscidin tamamlayıcı dekorativ elementlərinin üstü, minarələrin başı və kəmərbənd yazıları ən yüksək əyarlı qızıl lövhələrdəndir. Günbəzin üstü isə Qızılqaya daşı ilə üzlənmiş, burada dekorativ elementlərlə bərabər, yuxarı hissədə "La İlahə İlləllah" kəlməsi 6 dəfə təkrar olunub. Dekorativ oyma detallarının və yazılı kəlmələrin üzəri yüksək əyarlı qızıl təbəqə ilə örtülüb. Günbəzin üstü isə hündürlüyü 1,6 metr olan daş sancaqla tamamlanıb.
Təzəpir məscid kompleksinin ərazisindəki birmərtəbəli yöndəmsiz tikililər sökülərək yerində Qafqaz Müsəlmanları İdarəsi üçün beşmərtəbəli inzibatı bina inşa edilib.
Ümumi sahəsi 4100 kvadratmetr olan inzibati binada xidməti otaqlar, 50 yerlik kiçik konfrans zalı yerləşir. Birinci mərtəbədə sahəsi 340 kvadratmetr olan 6000 kitablıq kitabxana var. Kitabxananın interyeri ağac materialı ilə bəzədilmiş, tavanda 32 çilçıraq quraşdırılıb. Kitabxananın bir hissəsində dini verilişlərin hazırlanması üçün ministudiya da qurulub. Kompyuterlərlə təchiz edilmiş kitabxananın zəngin kitab fondu var.
Ərazidə 900 kvadratmetr sahəsi olan 250 yerlik müasir tipli konfrans zalı inşa edilib. Zalın ayrıca havalandırma sistemi var. Tavan və günbəzin altı dekorativ ağac detallarla bəzədilib.
Məscidin qarşısında sürüşmənin qarşısını almaq üçün xüsusi dəmir-beton konstruksiya quraşdırılıb və torpaq qatı yol səviyyəsindən 1 metrə qədər götürülüb.
Memarlıq incisi
Təzəpir məsçidi
Mustafa Sübhi küçəsində baş portala yaxın hissədə bir sıra köhnə tikililər sökülərək ibadətə gələnlərin rahatlığı üçün 50 yerlik avtomobil dayanacağı yaradılıb. 2000 kvadratmetrə yaxın divar Ağlay daşı ilə üzlənib və boşaldılmış ərazidə müasir elektrik şəbəkəsi binası inşa edilib. Yöndəmsiz hala düşmüş Lev Tolstoy küçəsi yenidən qurularkən 4000 kubmetrə yaxın torpaq işi görülmüş, qonşu binaların 1400 kvadratmetr fasadı bərpa edilmiş, yerə 2500 kvadratmetrə yaxın səki daşı döşənib. Məscidin ərazisinə iri avtomobillərin girişi üçün Mustafa Sübhi və Bəşir Səfəroğlu küçələrinin kəsişməsində ayrıca metal darvaza quraşdırılıb. Bir sözlə, Təzəpir məscid kompleksi əsrarəngiz memarlıq incisinə çevrilib[1].
Bu abidə özünün həcm-məkan memarlıq həllinə görə tək Bakının şəhərsalma strukturunda deyil, həm də Abşeronun dini tikililəri arasında xüsusi yerlərdən birini tutur. Təzəpir məscidi digər yerli memarların yaradıcılığından fərqli olaraq, Avropa təhsili görmüş, yüksək təfəkkürə malik professional bir memarın əməyidir. Ona görə də bu abidə dini tikililər arasında özünəməxsusluğu ilə seçilir.
Ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə məsciddə aparılan əsaslı təmir-bərpa işlərindən sonra isə abidə daha da gözəlləşərək əsl memarlıq incisinə çevrilib
Tarix: 25.02.2013 / 21:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 536 Bölmə: Məscidlər