Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dırnıs məscidi

Dırnıs məscidi — Ordubad rayonunun Dırnıs kəndinin Yuxarı məhəlləsində, Mirzə küçəsində tarix-memarlıq abidəsi.

Tarixi

Kənddə həcminə görə ən iri məscid olduğundan el arasında Böyük məscid adlanır. Came məscididir. Girişi qərbdəndir. Qadınlar üçün giriş şərq tərəfdəndir. Таvan 5x2=10 dirəyin üstündə dayanıb. Şərq və şimal divarın qarşısında qadınlar üçün ikinci mərtəbə-balkon düzəldilib. Şərq divarda 3, qərb divarda 2, cənub divarında isə 3 böyük pəncərə var.

Məscidin dirəklərindən birinin sütun başlığı üzərində qara rənglə yazılan kitabədən aydın olur ki, məscid hicri 1339-cu ildə (1920-21) təmir olunmuş, təmir işlərini Ordubadlı usta Həsən həyata keçirmişdir. 1999-cu ildə əhalinin vəsaiti ilə yenidən təmir olunmuş, bu zaman məscidin qərbdən giriş qapısının qarşısında balkon düzəldilmiş və minarə hörülmüşdür. Memarlıq-konstruktiv quruluşuna görə XVII əsrə aid edilir.


Tarix: 25.02.2013 / 22:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 331 Bölmə: Məscidlər
loading...