Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Abşeronda məscidlər

XI-XII əsr dini tikililər içərisində Sınıq qala adı ilə tanınan Məhəmməd məscidini qeyd etmək olar. Şəhərin XIV əsr memarlığını özündə əks etdirən dini abidələrdən Bakı Cümə məscidi xüsusi yer tutur. İçərişəhərdə yerləşən Aşur məscidi el arasında "Ləzgi məscidi" adı ilə tanınır. Üzərində olan kitabədən məscidin hicri tarixi ilə 567-ci ildə (1169-cu il) ustad Aşur İbrahim oğlu tərəfindən tikildiyi qeyd olunur.

XV əsr dini tikililəri içərisində dövrünün memarlıq üslubu xüsusiyyətləri ilə diqqəti çəkən bir neçə abidələr içərisində Mərdəkan kəndindəki yerləşən Tübaşahi məscidini xüsusi qeyd etmək olar. Girişin üstündəki kitabədə onun inşasının hicri tarixi ilə 886-cı ildə (1481-1482-ci il) aparıldığı və sifarişçisi Tübaşahın adı qeyd olunur. Nardaran kəndindəki Hacı Baxış məscidi XVII əsr Abşeronun ən səciyyəvi tikililərindən biridir. Abidənin üzərində olan kitabədə onun 1662-1663-cü illərdə ustad-memar Muradəli tərəfindən tikildiyi qeyd olunur.

XIII-XIV əsrdə Bakı və Abşeronun bəzi iri kəndlərində Xıdır məscidi (1301-ci il), Mirzə Əhməd məscidi (1345-ci il), Gilək məscidi (XIV əsr), Çin məscidi (XIV əsr) və b. kimi məhəllə məscidləri də tikilmişdir.Onların çox az hissəsi öz əvvəlki görkəmini qoruyub saxlamışdır.[17]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Təzəpir məscidi dövlət hesabına təmir edilmişdir.[18].[19].

Həmçinin İmamzadə kompleksinin və bir söra bölgələrdəki tarixi abidə sayılan digər məscidlərin də təmiri hal-hazırda dövlət hesabına aparılır


Tarix: 24.02.2013 / 18:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 423 Bölmə: Məscidlər
loading...