Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məscidə daxil olmanın qaydaları

Boynunda qüsl olan insanın məsciddə qalması günah hesab olunur. Bu cür insanlar ancaq məsciddən bir şey götürmək üçün oraya daxil olub dərhal çıxmalıdır.
Məscidə sağ ayaqla daxil olub, sol ayaqla çıxmaq müstəhəbdir.
Müsafirin geyimi müvafiq olmazsa, o paltarının üstündən xalat və ya hicab, qadınlar isə baş örtüyü salmalıdırlar.
Məscidlərin yanında mütləq dəstəmaz almaq üçün yer olur. Məsciddə namaz qılmaq istəyən şəxs əvvəldən əl və üzünü yumalıdır.
Məscidin ibadət zalına daxil olmamışdan ayaqqabılar çıxarılmalıdır.
Məscidlərdə cümə günü cümə namazından əvvəl xütbə, başqa vaxtlarda vəzlər oxunur.

Məscidlərə daxil olmamışdan əvvəl əl yumaqla bağlı xüsusi ritualların yerinə yetirilməsi məscidlərin həyətlərində hovuzların yaranmasına səbəb oldu.

Məscidlərin ilk funksiyası namaz üçündür. Digər fəaliyyətlər isə zərurətdən asılı olub. Buna görə də İslamın ilkin dövrlərində idarəçilik, təlim-tərbiyə mərkəzi və sair məqsədlər üçün istifadə edilməsinə baxmayaraq onun əsl funksiyası məbəd olmasıdır.


Tarix: 24.02.2013 / 18:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 301 Bölmə: Məscidlər
loading...