Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məscid tipləri

Yarandığı VII əsrin axırlarına təyinatından asılı olaraq məscidlər arasında müəyyən fərqlər yaranmağa başladı :
məhəllə məscidi — gündəlik beşdəfəlik məscid üçün nəzərdə tutulanlar;
cümə məscidi — kollektiv şəkildə cümə namazı üçün nəzərdə tutulanlar;
kəbirə — mərkəzi şəhər məscidi;
müsəllə — açıq meydanlı Qurban bayramıı üşün nəzərdə tutulan ümumşəhər məscidi.

Cümə məscidi Omeyyadlar dövründə geniş yayılır. Onun memarlıq formaları və dekorativ bəzəkləri hökmdarların əzəmətini və maddi imkanlarını nümayiş etdirməli idi. Bununla yanaşı sadə məscidlər daha müxtəlif olur və məhəllələrdə yerləşməklə gündəlik fərdi dualara şərait yaradır və daha çox yasları yola verirlər.

Bütün məscidlər ancaq Məkkəyə, Kəbəyə yönəlirlər və bütün dualar ora istiqamətlənərək icra edilir. Ora istiqamətlənmə qiblə( tərcümədə "əks tərəfdə yerləşən" deməkdir) adlanır. Məscidlərdəki Məkkəyə yönələn divar da qiblə adlanır.


Tarix: 24.02.2013 / 18:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 376 Bölmə: Məscidlər
loading...