Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qırıxlı məscidi

Qırıxlı məscidi — Gəncə şəhərində məscid. Məscidin adı Əfşar tayfalarının Qırıxlı adı ilə bağlıdır. Güman edilir ki, binanın tikilməsində bilavasitə həmin tayfadan olan şəxslər təşəbbüskar olub. Bina qırmızı kərpic vəgil-əhəng qatışığından tikilib. Məscid günbəzlidir. 18-ci əsr abidəsidir. Hazırda məscid kimi fəaliyyət göstərir. Məscid dövrün nüfuz sahibi olan Hacı Qasım adlı xeyriyyəçinin vəsaiti hesabına tikilib başa gəlmişdir. Vaxtilə "yaşıl aptek" kimi istifadə edilmişdir. 2003-cü ildə təmir-bərpa işləri aparılmışdır. Binadan hazırda məscid kimi istifadə olunur.


Tarix: 25.02.2013 / 21:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 110 Bölmə: Məscidlər
loading...