Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qarabağ məscidləri

Qarabağ məscidləri deyəndə ilk növbədə gözlərimizin önündə Şuşanın, Ağdamın qoşa minarəli məscidləri, eləcə də Bərdənin dörd minarəli məscidi canlanır. Əlbətdə, memar Kərbəlayi Səfixan Qarabağinin yadigarları olan bu məscidlər son zamanlar bir növ Qarabağın embleminə çevrilib. Tarixi baxımdan bu məscidlərin tikilməsi XIX-XX əsrin əvvələrinə təsadüf edir. Lakin Qarabağ bölgəsində elə məscidlər var ki, onlar XVIII, XVII və XVI hətta, XIII əsrin yadigarları kimi yarıuçuq vəziyyətdə olsa da, müasir dövrümüzə qədər gəlib çatmışdır. Onlardan biri Ağdamın Şahbulaq deyilən ərazisində Pənah xan tərəfindən 1751-1752-ci illərdə tikdirilmiş Şahbulaq məscididir.[15]

Ağdamın Paprəvənd kəndindəki məsciddə də plan etibarı ilə Şahbulaq məscidinin memarlıq ideyası davam olunur. Paprəvənd məscidindən fərqli olaraq Qubadlı rayonunun Dondarlı kəndindəki məscid dövrümüzə qədər yaxşı vəziyyətdə gəlib çatmışdır. (Erməni işğalından sonrakı vəziyyəti bilinmir). Qubadlı rayonunun Dəmirçilər kəndindəki məscid də xarici görünüşü ilə Dondarlı məscidini yada salır. Qarabağın zaman etibarı ilə qədim məscidlərindən biri də Füzuli rayonunun Qarğabazar kəndində yerləşir. El arasında Şah Abbas məscidi kimi tanınan bu məscid elmi ədəbiyyatlarda Hacı Qiyasəddin məscidi kimi öz əksini tapmışdır.

Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında 800-dək məscid dağıdıblar.


Tarix: 24.02.2013 / 18:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 404 Bölmə: Məscidlər
loading...