Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kiril və Metodius

Kiril və Metodius (yunan. Κύριλλος και Μεθόδιος) — IX əsrdə Saloniki şəhərində doğulmuş Bizanslı yunan qardaşlar. Moraviya və Panoya ərazilərində Xristianlığın yayılması üçün misyonerlik fəaliyyəti ilə məşğul olmuşdular. Qardaşların misyonerlik fəaliyyəti nəticəsində Slavyan xalqlarının mədəni və dini inanclarında bəzi yeniliklər baş vermiş və bunu nəticəsində Kril və Metodius qardaşlarına Slavyanların Öndərləri fərxi adı verilmişdir. Qardaşlar Qlaqolitik əlifbasının dahada genişləndirmiş və həmin əlifbadan Qədim Slav dilinin yazılması üçün istifadə etmişdilər. Bu əlifba Slav dilinin yazılması üçün hazırlanmış ilk əlifba idi. Kiril əlifbası bu əlifbanın əsasında hazırlanmışdır və bu gündə slavyan xalqları arasında geniş istifadə edilir. Kiril əlifbasıda iki qardaşdan birinin şərəfinə adlandırılmışdır. Kiril və Metodiusun ölümündən sonra, onların dini və elmi fəaliyyətlərini şagirdləri davam etdirmişdilər. Şərq Pravoslav Kilsəsi Kiril və Metodiusu On iki həvariyə bərabər tutmuş və onları əbədi müqəddəs adlandırmışdır. 1880-cı ildə Roma Papası XIII Leo Kiril və Metodiusun bayramlarını Roma-Katolik kilsəsinin rəsmi təqviminə saldırmışdır. 1980-cı ildə II İoann Pavel Kiril və Metodius qardaşlarını Avropanın müdafiəçisi elan etmişdir.


Tarix: 09.03.2013 / 23:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 160 Bölmə: Kilseler
loading...