Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bibliya

Bibliya — Xristianlığın Müqəddəs Kitablar toplusu. Bibliya Əhdi-Ətiq və Əhdi-Cədid adlı toplulara bölünür. Onların hərəsi, öz növbəsində, çoxlu kitablardan ibarətdir. Əhdi-Ətiq xristian kilsəsi tərəfindən qəbul edilən qədim yəhudi dininin Müqəddəs Kitablarıdır.[1] Bibliya 66 kitabdan ibarətdir. Bunlardan 39-u Əhdi-Ətiqə, 27-si Əhdi-Cədidə daxildir. Başqa dillərə tərcümə nöqteyi-nəzərindən Bibliya dünyada birinci yeri tutur. 2007-ci ilin sonunadək Bibliya dünyada mövcud olan 6900 dildən tam surətdə 438 dilə, yalnız Əhdi-Cədid olmaqla qismən 1168 dilə tərcümə olunmuşdur. Bu kitab son zamanlar yeni dillərə daha sürətlə tərcümə edilir.[2]

Dünya ədəbiyyatı və incəsənətində Bibliya mövzuları geniş yayılmışdır. Kitabdakı obrazlardan (Adəm, Həvva, Davud, Süleyman, İsa və s.) Şərq, o cümlədən Azərbaycan ədəbiyyatında geniş istifadə edilmişdir.Mündəricat
1 Əhdi-Ətiq kitabları
2 Əhdi-Cədid kitabları
3 Bibliyanın Azərbaycan dilinə tərcümələri
4 Nümunə
5 İstinadlar
6 Xarici keçidlər
7 Həmçinin bax


Əhdi-Ətiq kitabları
Yaradılış kitabı
Çıxış Kitabı
Levililər Kitabı
Saylar Kitabı
Qanunun Təkrarı
Yeşuanın Kitabı
Hakimlər Kitabı
Rut Kitabı
Birinci Şamuel Kitabı
İkinci Şamuel Kitabı
1 Padşahlar Kitabı
2 Padçahlar Kitabı
1 Salnamələr Kitabı
2 Salnamələr Kitabı
Ezra Kitabı
Nehemya Kitabı
Ester Kitabı
Əyyub Kitabı
Zəbur
Süleymanın Məsəlləri
Vaiz Kitabı
Nəğmələr Nəğməsi Kitabı
Yeşaya Peyğəmbərin Kitabı
Yeremya Peyğəmbərin Kitabı
Mərsiyələr Kitabı
Yezekel Peyğəmbərin Kitabı
Daniel Peyğəmbərin Kitabı
Huşə Peyğəmbərin Kitabı
Yoel Peyğəmbərin Kitabı
Amos Peyğəmbərin Kitabı
Avdiya Peyğəmbərin Kitabı
Yunus Peyğəmbərin Kitabı
Mikeya Peyğəmbərin Kitabı
Nahum Peyğəmbərin Kitabı
Habbaqquq Peyğəmbərin Kitabı
Sefanya Peyğəmbərin Kitabı
Haqqay Peyğəmbərin Kitabı
Zəkəriyyə Peyğəmbərin Kitabı
Malaki Peyğəmbərin Kitabı

Əhdi-Cədid kitabları
Matta Müjdəsi
Mark Müjdəsi
Luka Müjdəsi
Yəhya Müjdəsi
Həvarilərin İşləri
Romalılara məktub
Korinflilərə 1-ci məktub
Korinflilərə 2-ci məktub
Qalatiyalılara məktub
Efeslilərə məktub
Filipililərə məktub
Koloslulara məktub
Saloniklilərə 1-ci məktub
Saloniklilərə 2-ci məktub
Timofeyə 1-ci məktub
Timofeyə 2-ci məktub
Titusa məktub
Filimona məktub
İbranilərə məktub
Yaqubun məktubları
Peterin 1-ci məktubu
Peterin 2-ci məktubu
Yəhyanın 1-ci məktubu
Yəhyanın 2-ci məktubu
Yəhyanın 3-cü məktubu
Yəhudanın məktubu
Yəhyanın Vəhyi

Bibliyanın Azərbaycan dilinə tərcümələri

Bibliyanın Azərbaycan dilinə ilk tərcüməsi 1842-ci ilə aiddir. 1842-ci ildə İsveçrənin Bazel şəhərindəki missioner cəmiyyəti Mirzə Fərrux və Feliks Zarembanın tərcüməsində İncilin (Əhdi Cədid) bir kitabı olan Mattanın İncilini Londonda çap etmişdir. 1878-ci ildə Əhdi-Cədid tam şəkildə tərcümə edilmiş və Londonda nəşr olunmuşdur. 1975-ci ildə İsveçin paytaxtı Stokholmda yerləşən Bibliyanı Tərcümə İnstitutu Mirzə Xəzərə müraciət edib, Bibliyanın müasir Azərbaycan dilinə yeni tərcüməsini hazırlamaq işini ona tapşırmışdır. 1982-ci ildə Bibliyanı Tərcümə İnstitutu Mirzə Xəzərin tərcüməsində Əhdi-Cədidin yeni tam mətnini Zaqreb şəhərində çap etdirib. Bu tərcümə sonrakı illərdə beş dəfə yenidən nəşr edilib. Mirzə Xəzər Əhdi-Ətiqin tərcüməsini 1984-cü ildə bitirib, lakin onun tərcüməsi indiyədək çap olunmadan qalır. Əhdi-Ətiqin Müqəddəs Kitab Şirkəti tərəfindən yeni tərcüməsi 2004-cü ildə çap edilib. 2009-cu ildə Müqəddəs Kitab Şirkəti Əhdi-Cədidin yeni tərcüməsini tamamlayıb Bibliyanı bütövlükdə nəşr etmişdir.[3]

NümunəTərcüməIncil, Matta 6:9–13
Mirzə Xəzərin tərcüməsi, 1982Ey göylərdə olan Atamız! İsmin müqəddəs tutulsun. Padşahlığın gəlsin. Göydə olduğu kimi, yerdə də Sənin iradən olsun. Gündəlik çörəyimizi bizə bu gün ver; Və bizə borclu olanları bağışladığımız kimi, bizim borclarımızı da bizə bağışla; Və bizi imtahana çəkmə, fəqət bizi hiyləgərdən xilas et. Çünki padşahlıq, qüdrət və izzət Əbədi olaraq Sənindir. Amin.


Tarix: 12.03.2013 / 20:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 436 Bölmə: Kilseler
loading...