Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

I Gelasi

I Gelasi (Gelasius) (?-?)— 492-496–cı illər pontifikatı, Roma papası.Mündəricat
1 Həyatı
2 İstinadlar
3 Həmçinin bax
4 Xarici keçidlər


Həyatı

Papa (Roma yepiskopu) I Gelasi (Gelasius, 492-496–cı illər pontifikatı ) Bizans imperatorundan asılı vəziyyətdə idi. Bu situasiyada o, hər iki hakimiyyətin (potestates) Tanrıdan qaynaqlanması və deməli, eyni dərəcədə legitim olması barəsində təlim irəli sürərək, faktiki olaraq kilsəni müdafiə etdi. Bu təlim təsdiq edirdi ki, hakimiyyətin müxtəlif vəzifələri vardır: kilsə - mənəvi, dövlət isə dünyəvi hakimiyyəti həyata keçirir. Hər iki hakimiyyət bir-birini dəstəkləməlidir. 800-900-cu illər ərzində bu doktrina həm kilsə, həm də dövlət tərəfindən qəbul olunmuşdu. Lakin çox tezliklə məlum oldu ki, onlar arasındakı razılıq reallıqdan daha çox, sözdədir. Məsələ ondadır ki, iki hakimiyyət və ya "qılınc" haqqında doktrina müxtəlif şəkildə şərh oluna bilər. Gelasini çətin ki, onda günahlandırmaq olar ki, onun təlimi qeyri-dəqiq və ikimənalı idi. Anlaşılmazlığın kökü işlərin həqiqi vəziyyətində idi, bu vəziyyəti isə heç bir doktrina dəyişdirə bilməzdi (hətta əgər onun məqsədi iki hakimiyyətin yanaşı mövcudluğunu mümkün və legitim etmək idisə də). "Mənəvi" və "dünyəvi" hakimiyyətlər arasındakı real sərhədlər əslində haradan keçir? İncil sirlərinin və moizəsinin həyata keçirilməsi mənəvi məsələlər sırasına aiddir. Amma bu mənəvi əməllər mülkiyyət üzərində, monastırlar və kilsə qurumları üzərində nəzarətə dair müəyyən hüquqların mövcudluğunu nəzərdə tutur. Başqa sözlə, mənəvi hakimiyyət dünyəvi hakimiyyətin müəyyən payına da mütləq malik olmalıdır.

Digər tərəfdən, dünyəvi siyasətdə iştirak müəyyən fundamental dəyərlərə əsaslanan əməlləri nəzərdə tutur. Əgər əxlaq (dəyərlər) mənəvi hakimiyyətin nəsibidirsə, onda bu hakimiyyətə istinad etmədən dünyəvi siyasətlə məşğul olmaq mümkün deyildir. Roma imperiyasından orta əsr cəmiyyətinə keçid zamanı baş verən bəzi sosial dəyişiklikləri oxucuya xatırlatmaq gərəkdir. Roma imperiyası bir çox münasibətlər baxımından mərkəzləşdirilmiş dövlət idi, o, bir neçə böyük şəhərin (hər şeydən öncə Romanın) ətrafında mərkəzləşdirilmişdi. Bu şəhərlər ictimai, iqtisadi və inzibati mərkəzlər olaraq fəaliyyət göstərirdilər. Eyni zamanda əhalinin əsas məşğuliyyəti isə kənd təsərrüfatı idi. Orta əsr cəmiyyəti daha çox mərkəzləşdirilmiş idi və onun iqtisadiyyatı Romada olduğundan daha artıq bir dərəcədə kənd təsərrüfatına əsaslanmışdı. Qərbi Avropanın orta əsr cəmiyyəti mənəvi mənada ümumi dinə malik olan böyük cəmiyyət, xristian respublikası (respublica Christiana) idi. Ehtimal ki, belə demək daha düzgün olardı ki, din bu cəmiyyətdə real qüvvə idi. Hər şeydən əlavə, bu cəmiyyət əsasən barter iqtisadiyyatına istinad edirdi və ünsiyyətin nisbətən az inkişaf etmiş vasitələrinə malik idi. Elə buna görə də, o, kiçik regionlara parçalanmışdı.


Tarix: 08.03.2013 / 14:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 227 Bölmə: Kilseler
loading...