Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bayan monastırı

Bayan monastırı - Daşkəsən rayonunun Bayan kəndində yerləşən qədim alban monastırı.Mündəricat
1 Tarixi
2 1980-1990-cı illərə aid şəkillər
3 Mənbə
4 Xarici keçidlər
5 Həmçinin bax


Tarixi

Azərbaycanda qədim alban mədəniyyətinin və memarlıq sənətinin inkişafından xəbər verən tikililərdən biri də Daşkəsən rayonunun Bayan kəndi ərazisində yerləşən IV - V əsrdə tikildiyi güman edilən monastırdır. Bu alban məbədi tarixin ötən çağlarında xristian dininin təbliği ilə bağlı tikilib. Böyük bir tarixi özündə əks etdirən məbəd hazırda qəza vəziyyətindədir.

Ərazi baxımından rayonda olan digər monastırlardan böyüklüyü ilə seçilən tikilinin əsas binasından başqa həyətdə çoxlu sayda otaqlar, sədd divarları, təsərrüfat damları və çay daşlarından tikilmiş xeyli sayda quyular var. Mərkəzdə böyük bir meydan yerləşir. Bu isə vaxtilə burada dini ayinlərin keçirildiyini deməyə əsas verir.

Monastırın özü ağ və qırmızı rəngli qaya daşlarından inşa olunub. Sütunların inşasında istifadə olunan daşların üzərinə döyülən xaç işarələri bu günədək qalmaqdadır. Daşların üzərində alban əlifbası ilə yazılmış kiçik kitabələr də var. Bunu isə yalnız mütəxəssislər və tədqiqat işləri müəyyən edə bilər. Böyük bir tarixi özündə əks etdirən manostır təəssüflər olsun ki, hazırda qəza vəziyyətindədir.

V əsrə aid edilən məbəd baxımsızlıqdan uçmaq təhlükəsi ilə üzləşib. Məbədin inşası zamanı səs akustikasını yaratmaq üçün divarlarına içi boş küplər yerləşdirilib. Bunun qızıl küpləri olacağını güman edənlər tarixi əhəmiyyətli abidənin divarlarını uçurmaqdan və ətrafını qazmaqdan belə çəkinməyiblər. Turizmin inkişafı üçün abidə haqda məlumat toplanaraq, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunub. Gələcəkdə burada turizm kompleksinin yaradılması nəzərdə tutulur.


Tarix: 09.03.2013 / 23:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 290 Bölmə: Kilseler
loading...