Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Birinci Nikeya Kilsə Məclisi

Roma imperatoru I Konstantin tərəfindən Nikeya şəhərində 325-ci ildə çağırılmışdır. Bu məclisdə xristian imanı-nın simvolu[1] tərtib edildi. Burada Roma, İsgəndəriyyə, Antakiya və Qüds yepiskop-larının Kilsə üzərində xüsusi səlahiyyətləri təsdiq edildi. Daha sonra bu məclisdəpresviter Ariusun təlimi pislənib, rədd edildi. Belə ki, Arius hesab edirdi ki, Tanrının oğlu (İsa) Atanın ən yüksək məxluqudur və Ondan mahiyyətcə fərqli mahiyyətə malikdir. Onun fikrincə, İsa mahiyyətinə görə deyil, yalnız oğulluğa götürüldüyünə görə Tanrının oğlu adlandırılmalıdır. Bu fikri rədd edən məclisə yığışmış 318 yepiskop isə, Atanın oğul ilə mahiyyətcə eyni olması fikrini dəstəklədilər və bundan sonra bu inanc rəsmi Xristian doktrinasına çevrildi. Ariusun ardıcıllarını arianlar adlandırırlar.


Tarix: 08.03.2013 / 14:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 108 Bölmə: Kilseler
loading...