Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qız qalası kilsəsi

Qız qalası kilsəsi - Türkiyə Cümhuriyyətində, Qars ilinin Ani şəhər xarabalığında XIII əsrə aid erməni kilsəsi. Ani şəhərinin ən Cənub nöqtəsində yerləşir.

Aninin Cənubu demək olar ki, Arpaçayla əhatə olunmuş bir burunu xatırladır və sıldırım qayalıqla qorunur. Qız qalası kilsəsi isə həmin qayalığın üstündə yerləşir. Bu qayalq ərazi bir zamanlar həm də qalın qala divarları ilə əhatələnibmiş. Tədqiqatçılar bu ərazinin Aninin ən son tərk edilən ərazilərindən biri olduğunu güman edirlər.

Kilsənin quruluşu bayırdan düzbucaqlı formada olsa da daxildən xaç şəklindədir. Kilsənin giriş hissəsinin üstündə qübbənin olduğu güman edilir. Kilsənin daxilində, hər dörd küncdə iki mərtəbəli kiçik şapellər olmuşdur.

Tiilinin bəzi hissələrində inşşat materiallarının təkrar istifadəsi açıqca görünməkdədir. Mütəxəssislər bu materialların daha əvvəl bu ərazidə olmuş başqa bir məbədin xarabalıqlarından götürüldüyünü güman edirlər.

Kilsənin qübbəsi və Cənub Qərb hissəsi 1960 - cı ildə uşmuşdur. Həmçinin 1989 - cu ildə baş verən zəlzələ də tikiliyə böyük ziyan vurmuşdur.


Tarix: 07.03.2013 / 15:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 224 Bölmə: Kilseler
loading...