İnfarkt əlamətlərinin fərqliliyinə görə hətta daha əvvəldən infarkt keçirmiş kəslərin belə yeni infarktın fərqinə varmama ehtimalı yüksəkdir. Hamımız infarktı birdən başlayıb, şiddətli seyr edən bir hadisə olaraq düşünürük. Birdən başlayan şiddətli bir sinə ağrısının infarkt olacağından onsuz da kimsənin şübhəsi olmaz. Ancaq infarkt əksəriyyətlə yavaş başlar və yüngül bir ağrı, narahatlıq hissi şəklindədir. Bu əlamətlər bir neçə dəqiqə davam edir, gedir və təkrar geri gəlir. Çoxu adam bu mərhələyə aldanır, həkimə müraciət etmir və ya geç müraciət edir. Başda da söylədiyimiz kimi əlamətlərin kifayət qədər ciddi olmadığını düşünür. Lakin nə qədər erkən müdaxilə edilərsə bir o qədər yaxşıdır.
Bir çox infarkt sinə qəfəsinin mərkəzində, yaxud tam yeri müəyyən olmayan sıxılma hissi verən bir ağrı şəklində yüngül bir narahatlıq olaraq başlar. Sinənin mərkəzində bir neçə dəqiqə davam edən və ya gəlib gedən narahatlıq hiss edilər. Bu ağrı sol qola və çənəyə doğru yayılar. Ağrı hərəkət etməklə artar, dayanarkən azalar, lakin keçməz. Ağrı yarım saatdan uzun davam edər. Ağrıyla birlikdə soyuq tərləmə və ürək bulanması verər.
Nəfəs darlığı olar. Bəzi insanlarda əlamətlər çox gizli ola bilər. Məsələn diyabet xəstələri elə də ağrı hiss etməz və yalnız nəfəs darlığı, soyuq tərləmə şikayətləri olar. Bəzi xəstələrdə mədə xorasının və ya pankreatitin ağrısıyla infarkt ağrısı qarışdırıla bilər, xora lehinə səhv şərh oluna bilər.
Nə etməli?
Bu əlamətlərlə qarşı-qarşıya qaldığınızda dərhal bir yerə oturmalısız. Əks halda fəaliyyətə davam etmək onsuz da oksigen ala bilməyən ürəyinizin oksigen tələbini daha da artıracaq. Təcili yardıma zəng etmək.
Xəstənin nəfəs alıb almadığına baxın, tənəffüs yollarının tıxanmamasına diqqət yetirin. Bir şey içirməyin. Şüur açıqsa adam hərəkət etdirilməməlidir. Rahatladığı mövqedə tutmalı. Nəfəs darlığı olanlar oturunca rahatlayar, qusması olanın arxa üstə yatması doğru olmaz, yan yatmalıdır.
Boyun və geyimləri boşaldılsa yaxşı olar. Təcili yardım gələnə qədər bir qorxusu yoxsa (mədə qanaması kimi səbəblər) 1/2 yarım Aspirin (böyüklər üçün olan) ağızda çeynədilməlidir. Tövsiyə edilən doza aralığı 160-320 mg.Aspirin sadə lakin təsirli bir ilk köməkdir. İlk yardım kimi ürək masajı etmək də yalnış bir hərəkətdir. Lazım olarsa bunu yalnız professional şəkildə həkimlər etməlidir
Tarix: 26.01.2015 / 11:02 Müəllif: Aziza Baxılıb: 86 Bölmə: Kardiologiya