Mal ətinin əvəzinə balıq,qaraciyər,ürək və böyrək yemək daha əlverişlidir. Toyuq ətini həftədə bir dəfədən artıq yemək olmaz. Təzə meyvə-tərəvəzdən vaxtaşırı istifadə etmək lazımdır. Qoz ləpəsi menyüdə mütləq olmalıdır, çünki qozun tərkibində yağlılıq var südün yağlılığını artırır. Portağal və naringidən istifadə etmək lazım deyil. Əsasən alma və üzümdən cox yemək olar. Çayla, qənd əvəzinə bal istifadə etmək olar. Bal,qəbizlik kimi xoşagəlməz halları aradan qaldırır, əsəb-damar sistemini möhkəmləndirir,yuxugətirici xarakterə malikdir.
Yenicə ana olmuş xanımlara məsləhətlər
Ana südü ilə uşağını yedizdirən analara qəhvə içmək olmaz,çünki körpənin yuxusu pozula bilər.
Ana südü körpəni yedizdirən anaya əsəbləşmək olmaz. Körpədə mədə-bağırsaq pozğunluğu yarana bilər
Körpəni ana südü ilə qidalandırmaq lazımdır. Süni uşaq yeməyi ilə qidalanmış uşaqlar,ana südü ilə böyüyən uşaqlardan fərqli olaraq xəstəliklərə on qat daha həssas olurlar.
1 yaşı tamam olmamış uşağın üzünə,yatmış vaxtı ay işığı düşərsə o, uşağın əsəb sistemi zərər çəkə bilər. Ona görə də 1 yaşına kimi uşağı pəncərə qabağında yatırtmaq ziyandır.
Tarix: 03.01.2015 / 12:00 Müəllif: Aziza Baxılıb: 42 Bölmə: Körpəyə qulluq