Körpələrə yeməklərin qarışdırılaraq deyil, ayrı-ayrı yedirilməsini ana bilməli və unutmamalıdır.
Körpələrdə əlavə qidaya yeddinci aydan etibarən başlanmalıdır. İlk qidalar arasında isə qatıq, meyvə şirəsi kimi qidalar olmalıdır. Əlavə qidalardan gündə yalnız birinin verilməsi yaxşı olardı. Bu qidalar bir çay qaşığı qədər və başqa bir qidayla qarışdırılmadan, körpəyə ac qarına verilməlidir. Körpələrin qidalanmasında ananın diqqət edtiyi şey körpənin yeməyin dadını tanıması və sevməsi, həmçinin qidaların tək-tək verilməsi olmalıdır.
Analar daha çox çox nahar yeməyində qarışdırmalar edir. Bu qətiyyən düzgün addım deyil. Hətta böyüklərin yeməklərini qarışdırması orqanizmdə, mədə-baqırsaqda köp, pozğunluqlar yarada bilər. Bəzən analar düşünür ki, uşağıma hər şey, körpənin ağzına turşu ya acılı keçup verirlər. Lakin düşünmürlər ki, bu qidalar körpəyə ciddi problemlər yarada bilər.
Əlavə qidalar əsla təməl qida olan ana südünün yerini tutmayacaq, bu qidalarla bərabər ana südü də körpəyə 2 yaşına kimi verilməlidir. Həmçinin əlavə qidaların körpəyə nə dərəcədə alergik reaksiya verdiyinə də diqqət etmək lazımdır.
Ana əvvəlcə qidaları tək-tək yedirərək bunların dadını uşağına öyrətməlidir. Bəzən eyni qidanı ana uşağa çox verir deye uşaq yeməkdən bezir və imtina edir.
Analar ən çox bəkməzlə qatığı qarışdırıb körpəyə verirlər. Dəmir və kalsium bir-birləriylə yarış halındadırlar, bunları qarışdırdığımızda bir-birlərinin əmilməsinə mənfi təsir edir, ayrı-ayrı verilməsi daha çox faydalıdır.
Qidalanmada qatıq, meyvə, tərəvəz, kəsmik əskik olunmamalıdır.
Körpələrə 1 yaşına kimi bal verilməməsi məsləhətdir. Bəzən balın tərkibindəki toksinlər zəhərlənməyə səbəb ola bilər
Tarix: 03.01.2015 / 12:34 Müəllif: Aziza Baxılıb: 55 Bölmə: Körpəyə qulluq