Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşağınızın xəyali bir dostu var?

Uşağınızın xəyali yoldaşı olub olmadığını necə anlarsınız? Uşağınızın xəyali yoldaşı varsa nələr etməniz lazımlıdır
Biz yetişkinlər gerçək dünyanın əslində asan olmadığını, bir çox məhrumluqla, incikliklə, hirslə başa çıxmaq məcburiyyətində olmanın həyatın bir parçası olduğunu həyatı tanıyaraq öyrənirik. Həyat səfərimiz boyunca bunlarla başa çıxmaq üçün müxtəlif yönlər tapırıq özümüzə. Bilirik ki həyat çətinliklərinə baxmayaraq gözəllikləri də özü ilə gətirir.
Böyüdükcə, hər ağladığında anasını yanında tapdığı, bütün romantik ehtiyaclarının sürətlicə qarşılandığı körpəlik günlərindən, artıq danışa bildiyi, yeriyə bildiyi və dünyanı tanımaq üçün kəşf etmə həyəcanı olan günlərə gəlirik… Və hər yeni dövr bərabərində bir uyğunlaşma bacarığı tələb edirik. Uşaq yavaş yavaş anlamağa başlayır ki çöldəki dünya, hətta çox sevdiyi ana atası belə sanki onun tam olaraq ağılından keçdiyi kimi davranmır. Ana atasını hər səhər istəsə də istəməsə də işə yola salmaq məcburiyyətində qalır. Hər istədiyi şey böyüdükcə ağlayan kimi gəl­mir. Anlaya bilmədiyi və çox vaxt düşündüyü kimi olmayan hər şeyə gücü yetmir və ondan gözlənilən bir çox şey vardır bu həyatda. İşlər onun üçün gedərək çətinləşib, kompleksləşir .
Uşaq hər şeyi oyuna dəvət edər
Bəzən gerçək dünyanın başa çıxa bilmədiyi gerçəklərini, bəzən də keyiflə­rini, öz iç dünyasıyla qarşı-qarşıya gətirir. Öyrənir ki bunun adına oyun deyilir və oynamaq çox kefli bir şeydir. Oyun deyincə gözləri parildayır, anlaya bilmək və bütün ətrafındakı olanlara səbəblər tapa bilmək üçün oynamağa başlayır. Duyğularını, xəyal qırıqlıqlarını, anlamağa və başa çıxmağa çalışdığı hər şeyi oyuna dəvət edir. Bunu əvvəl oyuncaqlarla sonra yoldaşlarla edir
Cox qiymətli bir analist olan Winnicota görə oyun oynaya bilmək bir potensialdır; uyğunlaşma bacarığı və sağlamlıq göstəricisidir.
P.S Təkcə uşaqların deyil bəzən böyüklərin belə xəyali dosta ehtiyacı olur.Çünki heç kimin anlaya bilməyəcəyi gerçəkləri ,cox vaxt o xəyali dostumuz anlaya bilir


Tarix: 03.01.2015 / 12:41 Müəllif: Aziza Baxılıb: 48 Bölmə: Körpəyə qulluq
loading...