Rezus konfilikt zamanı hamilə orqanizmdə və döldə nə kimi dəyişikliklər baş verdiyini araşdırmaq üçün ilk öncə aşağıdakı sualları cavablandıraq.
Rezus konfilikt nədir? Rezus konfilikt anlayışını necə başa düşməli? Nə üçün hamiləlik zamanı bu problemlə tez-tez üzləşilir?
kompleksi aparılma Rezus faktor (və ya rezus antigen) - zülal olub, qanda eritrositlərin səthində yerləşir. İlk dəfə bu zülal Rezus cinsinə mənsub meymunun qanında aşkarlandığı üçün bu adı almışdır. Rezus faktor irsən keçən, güclü dominantlaşdırılmış əlamətdir. Bu səbəbdəndir ki, bu zülala 85% insanlarda rast gəlinir (rezus "+"), qalan 15%-də isə bu zülal aşkarlanmır (rezus "-"). Aydın desək rezus müsbət qan-rezus zülalları yığımına malik qan, rezus mənfi qan isə - həmin zülal faktoru inkar edən qandır. Döldə rezus faktor hamiləliyin 7-8-ci həftələrində formalaşır.
İndi müxtəlif situasiyalarda rast gəlinə biləcək vəziyyətlərə diqqət yetirək:
Gələcək ana rezus "-" faktoruna malikdir. Yəni onun qanında bu zülallar yoxdur. Atanın qanı isə rezus "+" dir. Gələcək körpə rezus faktoru atadan qəbul edərsə demək ananın bətnində yad zülala malik döl formalaşır. Bu yad zülala cavab olaraq ananın qanında rezus antitellər formalaşır və "hücuma" keçir. Nəticədə dölün eritrositləri parçalanır və onların miqdarı azalır, anemiya əmələ gəlir. Eritrositlərin parçalanması nəticəsində bilrubin azad olur və dölün orqanlarına toksiki təsir göstərir. Bununla əlaqədardır ki, hamiləliyin ağırlaşmaları əsasən də dölün hemolitik xəstəlikləri baş verir. Döl 50-100% hallarda atanın müsbət qan rezusuna malikdir. Digər hallarda ananın rezus mənfi qanını irsən qəbul edirsə heç bir uyğunsuzluqdan söhbət gedə bilməz.
Ümumiyyətlə ilkin hamiləlikdə rezus konfilikt problemi yalnız 10% təşkil edir. Əgər birinci hamiləlikdə problem aşkarlanmayıbsa,ikinci hamiləlikdə risq yenə də 10%-dir. Lakin qeyd etməliyik ki, ananın və dölün qanında, o cümlədən dölyanı mayedə təbii filtrlər vardır. Bu filtrlərin "işləməsi" müxtəlif faktorlardan; plasentanın vəziyyəti,anada müxtəlif infeksiyaların aşkarlanması, hamiləliyin gedişi, hər hansı bir əlavə proseduraların aparılması və s. dən asılıdır. Anada hamiləlik zamanı əmələ gələn rezus antitel bütün həyatı boyu qanda qalır və növbəti hamiləliklərdə təhlükə mənbəyi rolunu oynayır. Bu səbəbdəndir ki, hamiləliyi planlaşdıran zaman qan qrupu və rezus faktor müəyyən edilməli, uyğunsuzluq müşahidə edildikdə lazımi tədbirlər olmalıdır.
Tarix: 30.12.2014 / 17:53 Müəllif: Aziza Baxılıb: 111 Bölmə: Körpəyə qulluq