Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşağınız Aqresivdir?

AQRESSIV USAQ
Aqressiya (latınca aggredi-hücum etmək)- zamanı digər canlı varlığa zərər yetirmək və ya təhqir etmək məqsədi olur.
Şərti olaraq aqressiyanı 2 növə bölürlər:
düşmənçilik məqsədilə, kiməsə zərər yetirmək üçün və instrumental -məqsədə çatmaq üçün

3 yaşa qədər uşaqlarda aqressiyanın növləri:

1-2 yaşda qıcıqlandırıcı amilə qarşı(iynə vurmada, tanımadığı insanların əhatəsində)

2-2,5 yaşda öz yaşıdlarına qarşı.Özünə aid olan hər şeyi tələb edir və müdafiə edir

3 yaşda daha çox instrumental aqressiyaya rast gəlinir.Öz istəklərinə çatmaq istəyi baş qaldırır(qışqırır və ya ağlayır)

Orqanik səbəblər:
Beyində iltihablanma kimi problemlər aqressiyaya səbəb ola bilər. Belə bir vəziyyətdə dərmanlı müalicə lazımdır.
2. Uşağın yığılan enerjisini necə boşaldacağını bilməməsi.
3. Uşağın müşahidə etdiyi aqressiv nümunə :
Bu model uşağın öz valideynləri ola biləcəyi kimi, yoldaşı, bir yaxını və ya Tv qəhrəmanı ola bilər.
4. TVdəki şiddət səhnələri:
Uşağın seyr etdiyi Tv proqramları idarə altına alınmalıdır. Və ya təsadüfi seyr vəziyyətində valideynlər aqressiv səhnələri şərh etməli, doğru olmadığını vurğulamalıdır.
Uşağın şiddətə məruz qalması.
6. Ailə içindəki mübahisəli mühit:
Evdəki gərginlik narahatlığa və hirsə; hirs də təcavüzkarlığa səbəb ola bilər.
7. Uşağın yoldaşlarının xoşagəlməz davranışa malik olması,
8. Şiddətə təhrik edən mühit:
Uşaqla lağ edilməsi kimi...
9. Valideynlərin təcavüzkarlığı gücləndirən reaksiyaları:
Məsələn uşağın hirslə istədiyi şeyləri anında etmək kimi. Bu vəziyyətdə təcavüzkarlıq davranışı mükafatlandırılmış olar.


Tarix: 03.01.2015 / 12:10 Müəllif: Aziza Baxılıb: 58 Bölmə: Körpəyə qulluq
loading...