Amerika Pediatriya Akademiyasının (PAA) məlumatına görə müasir laboratoriya texnologiyaları sayəsində süd vermənin anaya, uşağa, ailəyə və cəmiyyətə böyük müsbət təsiri olduğu müəyyənləşib.
Ümumdünya Səhiyyə Təşkilatı ana və uşaq sağlamlığı üçün süd vermənin yeni doğulandan 6 ayına kimi və əlavə qidalar vermeklə 2 il və daha çox olmasını tövsiyə edir.
Ana südü vermənin üstünlüyü:
* Balanslaşdırılmış fiziki və əqli inkişafı təmin edir
* Uşağı mikrob, virus və göbələk infeksiyalarından müdafiyə edir.
* Asan sorulur
* Temperaturu həmişə optimaldır
* Sterildir
* Yenidoğulmuşlarda nekrotik enterokolit və patinopatiyaların əmələgəlmə riskini azaldır.
* I və II şəkərli diabet xəstəlik riskini azaldır (xüsusən də 6 aydan artıq uşağa ana südü verdikdə)
* Hiperxolerterinemiya və piylənmə riskini azaldır
* İştahsızlığın qarşısını alır
* Dəmir defisitli anemiya riskini azaldır.
* Limfoma, leykemiya, Hockin xəstəliyi, bağırsağın xroniki xəstəlikləri (Kron xəstəliyi, yaralı kolit, seliakiya) və s.
* Qəfləti ölüm riskini aşağı salır.
* Ən azı 4 ay ana südü qəbul edən şəxslərdə allergiya və bronxial astma riskini azaldır
* Mimiki əzələlərin, dişin və nitqin inkişafına kömək edir.
* Beynin inkişafına müsbət təsir edir
* Döşlə əmizdirmə ana və uşaq arasında bağlılıq əmələ gətirir ki, bu da gələcək münasibətlərə öz təsirini göstərir
Döşlə əmizdirmənin anaya faydalı cəhətləri
* Uşaqlığın yığılması sürətlənir və doğuşdan sonrakı qanaxmaların qarşısını alır
* Süd vəzi və yumurtalıq şişlərinin və osteoporozun qarşısını alır
* Hamiləlik zamanı meydana gəlmiş artıq çəkini azaldır
* Südvermə dövründə kontraseptiv (98 %) təsir göstərir
* İnsulinə tələbatı azaldır
* Endometriozun qarşısını alır
* Münasibdir * hazırlanma tələb etmir və uşaq qucaqda portativ yerləşir
* Əsas rolu isə qaını özünü qadın kimi hiss etməsini aşılamaq oynayır
* Maddi cəhətdən də ekonomikdir
Cəmiyyətə xeyri
* Quru südəvəzedicilərə əlavə xərcin çıxmaması
* Tez-tez xəstələnmələrdə müalicəyə ehtiyacın və nəticədə əlavə xərcin olmaması
* Müsbət ekonomik effekt
* Sağlam əhali
Süni qidaların mənfi cəhətləri
* Tez-tez xəstələnmə
* Süni qidaların allergik olması
* Hazırlanmasına əlavə vaxt və zəhmət tələb olunması
* Yüksək osmotik olması
* Piylənməyə meyilliliyin yaratması
* Anemiya və raxitin meydana gəlmə riskini artırır
* Diabetin meydana gəlmə riskini artırır
* Bioloji vasitələrə kasad olması
* Steril olmadığından infeksiyaya yoluxma ehtimalının olması
* Dişlərin əmələ gəlməsində problemlərin meydana gəlməsi (əmzikdən istifadə etdiyinə görə)
* Ailə büdcəsinə ziyan olması
Tarix: 30.12.2014 / 17:51 Müəllif: Aziza Baxılıb: 86 Bölmə: Körpəyə qulluq