Uşaqlarda baş ağrısı və onun aradan qaldırılması yolları
Hədsiz baş ağrıları beyin şişindən xəbər verə bilər. Mütəxəssislərdən ana-atalara xəbərdarlıq: uşaqlarda rast gəlinən beyin şişlərinin baş ağrısı, səhər qusması kimi əlamətləri var. Uşaqlıq çağında rast gəlinən beyin şişləri ən çox 3-12 yaşları arasında görülür, ən əhəmiyyətli simptomları isə başağrısı, səhər qusmaları və görmə pozuqluqlarıdır. Texnologiyanın həyatımızda daha çox yer tutması, ətraf-mühitin çirkliliyi, kimyəvi maddələr və hamiləlikdə radiasiyanın təsiri doğulacaq uşaqlarda genetik deformasiyaya yol aça bilir. Bu inkişaflar, uşaqlardakı beyin şişi riskini də artırır.
Yüz mində 4-5 nəfərdə rast gəlinən beyin şişləri, uşaqlıq çağında ən çox 3-12 yaşları arasında ortaya çıxır. Xüsusilə valideynlər uşaqların baş ağrısını ciddi fikir verməlidir.Bu şikayət beyin şişinin əlaməti ola bilər.
Böyümə və daha çox inkişaf etdikdən sonra hüceyrələr böyüməyə başlayır. Bu şişlər yaxşı xasiyyətli və bəd xasiyyətli olaraq iki yerə bölünür. Beyin şişinə gətirib çıxaran səbəblər: hamiləlik zamanı alınan radiasiya, genetik pozuqluqlar, bəzi viruslar, ekoloji faktorlar və kimyəvi agentlər olaraq sıralanır".Hamiləliyin ilk üç ayında qadınların radiasiyadan uzaq dayanması lazımdır. Radiasiya, hüceyrənin DNT quruluşunu dəyişdirərək genetik pozuqluqlara, xromosom anomaliyalarına səbəb olur. Uşaqlarda fizioloji pozğunluqlara, xərçəngə də gətirib çıxarır. Beyin şişləri erkən diaqnozla uşaq vaxtı müalicə olunsa, sağalması mümkün hesab edilir. Cərrahiyyə əməliyyatından sonra edilən kimyaterapiya və radioterapiyanın köməyi ilə, müalicə tamamlanır. Keçmişdə toxunulması mümkün olmayan şişlər indi müvəffəqiyyətli cərrahi əməliyyatlarla çıxardılır.
Tarix: 03.01.2015 / 12:41 Müəllif: Aziza Baxılıb: 46 Bölmə: Körpəyə qulluq