Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Analar uşaqlarını daha çox əzizləməlidir

Yeni Zelandiya alimləri müəyyənləşdiriblər ki, ana nəvazişi və öpüşü uşaqları bir çox xəstəlikdən qoruyur. Bu təcrübədə hamilə qadınlar iştirak ediblər. Doğuşdan dərhal sonra həkimlər uşaqların sağlamlıq durumlaını nəzarət altına alıblar. Məlum olub ki, anaları tərəfindən daha çox əzizlənən, öpülən və qucaqlanan uşaqlar müxtəlif infeksion xəstəliklərə daha az yoluxurlar. Araşdırmalar bu bağlılığın səbəblərini üzə çıxarıb. Məlum olub ki, analar körpələrini qucaqlayan zaman uşağa bakteriyalar ötürür. Bu bakteriyalar isə sonradan müəyyən xəstəliklərə qarşı immunitet yaradır. Bu səbəbdən pediatrlar analara uşaqlarını dah çox əzizləməyi məsləhət görürlər. Bu, uşaqların normal inkişafı üçün də çox vacibdir.


Tarix: 03.01.2015 / 11:09 Müəllif: Aziza Baxılıb: 27 Bölmə: Körpəyə qulluq
loading...