Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yenicə ANA olanlar üçün

Doqquz aylıq müddətdən sonra uşaqlarını dünyaya gətirən analar bu müddət ərzində çəkdikləri əziyyət və düşdükləri yorğun vəziyyətdə belə, bundan sonrakı yaşam tərzləri və körpələri ilə bağlı bir sıra məsələlərlə maraqlanırlar.

Doğuşdan sonra anaları ən çox maraqlandıran sualların cavabı bu mövzu üzrə mütəxəssis olan həkimlərdədir. Əziz xanımlar körpənizin və öz sağlamlığınızın qeydinə tam düzgün şəkildə qalmaq istəyirsinizsə, yüz ölçüb bir biçin. Yəni, hər qarşınıza çıxan vasitələrdən və məsləhətlərdən istifadə etməyin. Əks halda, özünüzün də körpənizin də sağlamlığını təhlükəyə atmış olacaqsınız. Biz də məsələnin bu tərəfini düşünərək, sizi maraqlandıran suallara sırf həkim məsləhətlərindən ibarət cavablar hazırlamışıq. Həmin su-allara mütəxəssislərin cavablan belədir:

Körpəmi nə zaman əmizdirəcəyəm?

Göbəyi kəsilər-kəsilməz körpəni əmizdirmək lazımdır. Beləcə ana və körpə arasında bədən təması yaranır. Körpə əmərək südün gəlməsini təmin edir. Əmizdirməklə bağlı məlumatları isə tibb bacıları verirlər.

Göbəyin təmizliyi üçün nələr edəcəyəm?

Göbəyi kəsildikdən sonra körpənin göbəyində düşməli olan bölüm qopub düşənə qədər gündə bir neçə dəfə təmizləyici maye ilə silmək lazımdır. Təmizliyi qoruduqda infeksiya olmasının qarşısını almış olarsınız. Körpənin göbəyinin üzərinə isə mexaniki klip qoyulur.

Körpəmi necə bəsləyəcəyəm?

İlk 3-4 ay, hətta daha uzun bir vaxtda hazır uşaq yeməkləri vermək düzgün deyil. Yetərincə bəslənirsə, ana südü bəs edirsə əlavə qidalara ehtiyac yoxdur. Körpənin immunitetinin inkişafı və sağlam böyüməsi üçün davamlı əmizdirmək çox əhəmiyyətlidir. Analar qorxmamalı, körpənin qısa müddətli istəksizliyinə baxmayaraq qərarlı olmalıdırlar.

Yatağında necə yatmalıdır?
Körpəni arxası üstə yox, yan üstə yatızdırın, hətta yanına yastıq qoyun. Yan üstə yatan zaman bir şey udduğu zaman ciyərlərinə keçməsinin qarşısını almış olar.

Əmgək üçün xüsusi qulluğa ehtiyac varmı?

Əmgək körpənin baş sümüyünün arasındakı boşluğa deyilir. Körpənin böyüməsi üçün bu boşluqlar lazımdır. Bu boşluqlar yalnız pərdə ilə örtülüdür. Əmgək müəyyən bir vaxtdan sonra örtülür, uşaq həkimləri bunun necə baş ver-məsini müşahidə edirlər. Həkimin davamlı müayinəsindən əlavə bir qulluğa ehtiyac olmur.

Omba çıxığına çarə varmı?

Körpə tərs gələn zaman omba çıxığı baş verə bilər. Buna görə də körpə iki aylıq olanda omba rentgeni çəkilir. Omba çıxığı sonralar körpənin axsaq vəziyyətdə yeriməsinə səbəb ola bilər. Bu zaman ayaqlarının arasına bir bez qoyularaq omba çıxığı müalicə olunur. Əvvəlcədən qarşısı alınmazsa, sonrakı yaşlarında ciddi bir əməliyyata ehtiyac ola bilər.

Anaların özləri ilə bağlı maraqlandıqları:

Nə vaxt idman edə bilərəm?

Hamilə vaxtı həddindən artıq kökəlməyən və idman edən xanımlar doğuşdan sonra daha asanlıqla arıqlaya bilərlər. Hamiləlik vaxtı 9-11 kilo normaldır, hətta 13-14 kilo da kökəlmək olar. Ancaq hamilə vaxtı 30 kilo kökələn bir xanımın hamiləlikdən sonra normal çəkiyə sahib olması üçün çox vaxtı gedəcək. İlk zamanlar evin içində davamlı gəzintilər etmək olar. Doğuşdan bir ay sonra hər növ idman hərəkətləri, ay yarımdan sonra hətta üzmək olar.

Doğuşdan sonra ilk adət halı nə vaxt baş verir?

Uşaq əmizdirən analar 7-8 ay adət halı yaşamaya bilər. Əmizdirməyənlər isə 2-3 ay içərisində adət halını yaşaya bilərlər. Əmizdirmə ilə itirilən prolaktin hormonu qadının adət halı yaşamasını gecikdirir. Qadın adət halı yaşamasa da hamilə qala bilər. Düzdür, xalq arasında belə bir deyim var ki, süd verən anaların hamilə qalmasının qarşısını süd verməsi alır. Ancaq mütəxəssislərin fikrincə, hamilə qalması da mümkündür. Buna görə də doğuşdan sonra ilk bir neçə ay qorunsa da, təsirli bir vasitə mütləq lazımdır. Çünki adət halı yaşamadan belə, hamilə qalmaq mümkündür.

Vitamin və dəmir tərkibli dərmanlar qəbul etmək olarmı?

Doğuşdan sonra ana çox yorğun olur. Buna görə də mütəxəssislər hamiləlik zamanı istifadə olunan vitamin və dəmir tərkibli dərmanların qəbuluna, doğuşdan sonrakı ay yarımlıq bir müddət ərzində də davam et-mələrini məsləhət görürlər.

Həkim-ginekoloq Ramin Salahov, mövzumuzla bağlı mütəxəssis rəyi olaraq bunları bildirir:

Doğumdan sonra fərqli problemlər meydana çıxır. Aşağıda qeyd etdiyimiz problemlərə, qadınların 10 faizində rast gəlinir:

Doğum sonrası qanaxmalar.
İnfeksiyalar və temperatur yüksəlməsi.
Pelvis septik və trombozu (yumurta venalarında pıxta)
Sidik yolu infeksiyaları
Məmə şikayətləri
Daha əvvəl mövcud xəstəliklərin ağırlaşması
Psixoloji dəyişikliklər və depressiya
Urinar retansiya
Doğum sonrası ayaqların iflici

Doğum sonrası ilk 6 həftə qadın həyatı üçün çox əhəmiyyətlidir. Bu zaman ərzində qadının orqanizmi hamiləlikdən əvvəlki halına dönür.

Doğum sonrası vaginal qanamaların səbəbləri müxtəlifdir:

plasenta qalığının qalması
plasentanın yapışma pozğunluğu
infeksiyalar (endometrit parametrit)
Miyomlar və fibromlar.
Uşaqlıq boynunun xəstəlikləri
Qan laxtalanmasında problemlər

Normadan çox qanama varsa, həkimə müraciət edilməlidir.

Yeni anaXəstələrin 10 faizində temperatur yüksəlməsi ola bilər. Bunun səbəbləri daha çox doğum sonrası maye qəbulunun az olması, məmələrdə süd toplanması (angorjman), yara yerinin infeksiyası, sidik yolu infeksiyası ya da ağciyər atelektazı ola bilər. Səbəb mütləq araşdırılmalı və müalicə edilməlidir.

Məmə şikayətləri sıx rast gəlinən problemlərdəndir. Məmədə ağrı, qızartı yaranır və temperatur yüksəlməsi baş verə bilər. Səbəbi abse və ya mastit ola bilər. Bu zaman mastit ya abse olmasından asılı olaraq müxtəlif müalicələr edilməlidir. Antibiotik və ya cərrahi müalicəyə ehtiyac ola bilər.

Doğum sonrası hamilələrin bəzilərində depressiya, diqqət pozğunluğu, müxtəlif psixoloji pozğunluqlar yarana bilər.

Bu səbəbdən doğuşdan sonra qadınlar sağlamlıqlarına və şəxsi gigiyena qaydalarına ən az hamiləlikdə olduğu kimi diqqət etməlidirlər. Normadan çox qanama, temperaturun artması, ağrı, yara yerində axıntı və qızarıqlıq, məmə şikayətləri olarsa bunlara diqqətli yanaşılmalıdır. Yara yeri və məmə təmizliyinə diqqət etməlidir. Doğumdan 1 həftə və 6 həftə sonra iki dəfə müayinə olunmalıdır. Doğum sonrası qadınlar bir sonrakı hamiləlikdən necə qorunacaqlarmı bilmirlər. Bunun üçün müxtəlif metodlar var. Baryer üsulu, sadəcə progesteron olan tabletlər ya da xalq arasında spiral olaraq bilinən usaqlıq daxili vasitələr istifadə oluna bilər. İçərisində estrogen olan kontraseptivlər bu zaman aralığında əmzirmədən dolayı məsləhət deyil. Qadının adət halında (mens) hamilə qalması mümkün deyil. Sadəcə qadınlar hamilə qaldıqdan sonra qanamalar ola bilər. Bu da uşağın düşmə təhlükəsi olduğu deməkdir. Sadəcə bu zaman qadınlar hamiləlikdə mens olduqlarını düşünürlər. Bu, səhv fikirdir. Belə qanama olan hamilələrin 25 %-də təəssüf ki, uşağın düşməsi halları baş verir.


Tarix: 03.01.2015 / 10:47 Müəllif: Aziza Baxılıb: 236 Bölmə: Körpəyə qulluq
loading...