Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Körpəyə əmzik (soska) verilməlidirmi?

Uşaqların sağlam həyat tərzi kimi məsələ valideynləri ən çox narahat edən məsələlərdən biridir, belə ki, uşaq əmziklərinin uşaqlara verilib verilməməsi valideynləri çox narahat edir. Bəziləri əmziklərin uşaqların dadbilmə, diş və damağına pis təsir etdiyini söyləyir, bəziləri isə əmziklərin heç bir pis təsirinin olmadığını söyləyirlər. Bəs nə etməliyik, uşağı əmziyə öyrətməliyik, ya yox?
Pediatorlar bu suala birmənalı cavab vermirlər, çünki bir tərəfdən uzunmüddətli əmzikdən istifadə uşağın diş-damaq sisteminə pis təsir göstərir, digər tərəfdən uşaq çox ağlayırsa və onu sakitləşdirmək mümkün deyilsə, onda az da vermək lazımdır. Istənilən stress və narahatçılıq uşağın psixikasına və sağlamlığına pis təsir göstərir. Əgər körpə əmziksiz sakitdirsə, onda ehtiyac yoxdur əmzik verməyə.
Körpələri əmziyə öyrəşən valideynlərə məsləhət budur ki, uşağı yaxşısı budur müxtəlif oyuncaqlarla başını qatsınlar, belə ki, körpə əmzik əmərək öz başına qalıb darıxmasın. Əgər uşaq əmziksiz yatmırsa, onda o möhkəm yatana qədər əmzik ağzında qalsın, yuxuya gedən kimi ağzından mütləq çıxarmaq lazımdır. Gecə əmziyin uşağın ağzında qalmağı məsləhət deyil.
Əmziyi uşağın ağzına verməmişdən qabaq onu isti suyla yuyun. Bir çox valideynlər çox böyük səhv edirlər ki, əmzik məsələn yerə düşürsə, götürüb valideyn ağzına salıb uşağın ağzına verir. Böyük adamın ağzında olan bakteriyalar uşağın ağzında yoxdur. Əgər bu bakteriyalar əmziklə birlikdə uşağın ağzına gedərsə çox böyük fəsadlar törədə bilər. Ona görə də düşünülməmiş hərəkət etməyin, balaca möcüzənizin sağlamlağına qarşı diqqətli olun…


Tarix: 03.01.2015 / 11:10 Müəllif: Aziza Baxılıb: 51 Bölmə: Körpəyə qulluq
loading...