Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Övladınıza "yox" deməyi bacarın!

Bir yaşındakı uşaq etdiyi hərəkətlərin nəyə səbəb olacağını bilmir. Əşyalar diqqətini çəkir və əlinə alıb baxmaq istəyir. Bu onun öyrənmə gücünü artırır, təbii ki, bu hər şeyi əlinə almasına icazə vermək demək deyildir. Onu hiss etdirmədən yox deməyi bacarmalısınız. Övladınız sizin “yox” larınızı cəza və yaxud da qadağa olduğunu başa düşməməlidir.
Əvvəlcə, evdə övladınızın zərər görmədən oyun oynaması üçün şərait yaratmalısınız. Nə qədər az zərər verəcək əşya olarsa, o qədər “yox” deyərsiniz. Qanunlarınızı məntiqli hazırlayın, məsələn, qaynar fincana əl atdığı zaman “yox, əl vurma, əlin yanar” kimi danışıqları tez-tez edəcəksiniz. Bunu unutmayın. Hələ ki, təhlükələri hiss etmədiyindən, nəyin doğru, nəyin səhv olduğunu bilmir və bunu sizinlə birgə öyrənəcək. Edə biləcəyi davranışları da yadda saxlamaq lazımdır. Yatağın üzərinə tullananda, “orada tullanmaq olmaz, istəyirsən çıxaq bağçada tullanaq” deyə bilərsiniz. Uşağın yaddaşı zəifdir, bunu nəzərə alaraq 2 gün sonra təkrar eyni şeyi yaşaya bilərsiniz. Səbirli olub, eyni üsullarla davranmalısınız. Bəzi uşaqlar üçün sözdən daha çox üz ifadəsi vacibdir. Ona görədə etməməyiniz lazım olan bir şeyi başa salmağa çalışanda üz ifadənizi görməsinə şərair yaradın.
Dostunuzla oturub söhbət edərkən, övladınızın dostunuzun uşağını vurduğunu görsəniz, “yox vurma, dostunun canı ağrayar, balacadır” deyərək onu bu hərəkətindən imtina etdirə bilərsiniz. Ona etdiyi hərəkətin səhv olduğunu deyib, nəzarət edin. Əgər yenə vurarsa, onu götürüb evə gedin. Əsla vurmayın. Az yaşlı uşaqları vurmaq mütəxəssislərin fikrincə düzün deyil. Kimisə vurmağı yaxşı qəbul edilən bilən bir davranış zənn edə bilər. Çalışın ki, buna yol verməyəsiniz.


Tarix: 03.01.2015 / 11:41 Müəllif: Aziza Baxılıb: 51 Bölmə: Körpəyə qulluq
loading...