Kanadadakı Montreal Universiteti tərəfindən aparılan araşdırma, 2-4 yaş arası uşaqların bel ətrafının 10 yaşına qədər televiziya qarşısında artıq vaxt keçirdikləri hər saat üçün yarım millimetr genişləndiyini və bu uşaqların əzələlərinin zəifləməsinə yol aça biləcəyini göstərib.
Araşdırma, eyni yaş qrupundakı uşaqların 15 faizinin həftədə 18 saatdan çox televiziya qarşısında oturduqlarını və araşdırmaya qatılan uşaqların 10 yaşına çatdığında televiziya izləmə vərdişləri səbəbiylə bel dairələrinin 7,6 millimetr qalınlaşa biləcəyini məlum edib.
Həftədə 1 saat çox televiziya qarşısında oturan uşaqlarda tullanma məsafəsinin də 0,36 santimetr azaldığı görülüb. Araşdırmada 1314 uşağın televiziya izləmə vərdişləri izlənilib. Araşdırmaçılar, 4 yaşındakı uşaqların həftədə orta hesabla 8,8 saat televiziya izlədiklərini və bu rəqəmin 2 il içində 14,8 saata qədər arta biləcəyini bildiriblər. Mütəxəssislər, 2 yaşdan yuxarı uşaqların gündə 2 saatdan çox televiziya izləməməsini təklif edirlər.
Tarix: 03.01.2015 / 11:26 Müəllif: Aziza Baxılıb: 27 Bölmə: Körpəyə qulluq