Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadın və Doğuş....

Hamiləliyin sonuna doğru qadınlar emosional cəhətdən çox dayanıqsız olurlar. Onlar küskün, tez inciyən kövrək olurlar. Artıq onların qəbul etdiyi qərarlar çox vaxt impulsların təsiri altında baş verir. Ona görə də profesionalizm enir. “Sərrast” fikirləşmək qabiliyyəti azalır. Bütün bu dəyişikliklər təbiətin qadına verdiyi doğuşa hazırlıq kompleksinin tərkib hissələridir. Bunlar qadını doğuşu asan keçirmək üçün hazırlayır. Odur ki, bu dəyişiklikləri dayandırmağa, başqa yola yönləndirməyə çalışmayın, müdaxilə etməyin. Qoyun bu təbii proses öz axarı ilə getsin.

Ağrı – doğuşun əsas komponentlərindən biridir. Ağrı tədricən başlayır, tutmaşəkilli olur, əvvəl çox qısa müddətli olur, sonralar artır. Ilk ağrılar tutub-buraxdıqda onun heç izi də qalmır. Yaxşı olar ki, ağrı başlanan ana qədər, qadın buna psixi olaraq hazır olsun. Əgər ilk dəqiqələrdən ayrıca mövcud olan bir faktor kimi qəbul edərsinizsə, bunu keçirmək daha asan olacaq. Sanki bu Sizin ağrınız deyil, ayrıca bir əlamətdir, öz-özünə yaranır və yox olur. Çalışın, ağrı ilə tərəfmüqabillik münasibəti yaradasınız. Əgər bunu bacarsanız, ağrı ən yaxın dostunuza çevrilə bilər. O, bütün doğuş boyu Sizi yalnız qoymayacaq, Sizə nə etmək lazım gəldiyini, sevindirici ana addım-addım yaxınlaşdığınızı bildirəcək. Beləki, tutma nə qədər ağrılı olsa – uşaqlıq boynunu daha geniş açılışını bildirir. Gücvermə nə qədər ağrılı olarsa – uşağın doğuş yollarında bir o qədər böyük məsafə qət etdiyini göstərir. Ağrının artması – sevincli anın yaxınlaşması deməkdir. Siz tezliklə körpənizə qovuşacaqsınız.

Tutmaların müddəti artıqca və onların arasında vaxt qısaldıqca, ağrı güclənir. Tutmalar - fəaliyyət vaxtı deyil bu müddətdə quvvənizi boş yerə xərcləməyin, tutmanı mümkün qədər sakit keçirməyə çalışın. Tutmalar zamanı sərbəst olmağa çalışın, özunuzə rahat yer və vəziyyət seçin, tənəffüsünüzü və səsinizi tənzimləməyə çalışın. Bəzi qadınlar tutma dayandıqdan sonra da ağrının davam etdiyini öz təsəvvürlərində yaradırlar və bundan əziyyət çəkirlər. Buna “sonrakı”ağrı deyilir. Bunu aradan qaldırmaq üçün, tutmalar arasında ilıq vanna, duş, yüngül massac almaq olar. Səsinizi və tənəffüsünüzü saxlamayın. Əksinə səs və tənəffüslə özünüzə kömək edin. Qadın özunu tənha hiss etməməlidir. Yaxın bir insanın onunla bərabər bu acıları çəkməsi onda özunə inamı artıra bilər.

Qadın bu prosesdə əgər özünü başlıca fiqur hesab etsə və özünü yazıqlamağa başlasa, bu heç bir yaxşı nəticəyə gətirib çıxarmayacaq. Buna imkan vermək olmaz. Onun bütün fikri körpəyə yönəlməlidir. O bilməlidir ki, onun çəkdiyi ağrı, əslində işıqlı dünyaya gəlmək istəyən körpənin ağrısıdır. Ona kömək etmək lazımdır.

Ağrının kulminasiyası uşaqlıq boynunun tam açılmasına təsadüf edir. Bu zaman uşaq hələ doğuş kanalına daxil olmayıb. Qadına elə gəlir ki, bu həyatın sonuncu dəqiqəsidir. Lakin panikaya düşmədən, bütün qüvvənizilə, səsinizlə və var nəfəsinizlə “Haydı!” deyib ağrıya açılmaq lazımdır.

Ağrı nə qədər də güclü olsa, qadının dözə biləcəyi dərəcədən artıq ola bilməz. Elə bir an gəlir ki, ağrı zəifləməyə başlayır, onun keyfiyyəti də dəyişir. Tutmalar gücvermə ilə əvəz olunur.

Gücvermə zamanı qadın sanki özü ağrını yaradır. Bu zaman belə bir sual meydana çıxır: “Quvvəni hansı istiqamətə yönəltmək lazımdır?” Burada da ağrının özü Sizin köməyinizə çatır. Əsas yönləndirici quvvə – ağrı olmalıdır. Gücvermənin bütün quvvəsi düzgün olaraq, ağrı nöqtəsinə yönəldilməlidir. Ancaq bu qaydada aparılan gücvermə, körpənin doğuş kanalında hərəkət etməsinə kömək edir. Əgər bu qaydaya riayət etməsəniz, icra etdiyiniz gücvermələr nəticəsiz olacaq və doğuş bir neçə saat boyunca uzanacaq.

Gücvermə ağrısı - qadının doqquz ay daxilində kecirdiyi bütün arzuların apogeyidir (əgər dünyaya gələcək körpə arzu olunan deyilsə, həmin qadınlar çətin doğurlar). Gücvermə ağrısı – qadının yeni həyatın yaranmasına yönəlmiş bütün həyati gücünün təcəssümüdür. Gücvermə ağrısı – həyatı ən dərindən hiss etməkdir. Gücvermə ağrısı – tamamilə ümdə məqsədə - yeni həyatın yaranmasına verilən qurbandır. Gücvermə ağrısı – həyat partlayışıdır.

Bu belə də olur. Uşağın başının çıxdığı anda qadın artıq bir insan kimi öldüyüny və bununla yeni bir canlıya həyat verdiyini hiss edir. O, “ölümlə olum” arasındakı məkansız, zamansız, heç bir cismani ölçülərin olmadığı, ruhi, uca bir boşluğa düşdüyünü hiss edir. Bu anda o, həm dogumu, həm ölümü, həm də həyatı dərk edir.

Bu andan sonra – doğuş başlayır. Həmin yeni an, həm də yeni körpə dünyaya gəlir. Bundan sonra, sanki bu dəqiqəyə qədər baş verən nə vardısa, yox olur. Bir tək xobəxtlik var - ana yeni doğulmuş balasına qovuşur. Qalan nə varsa, bu xoşbəxtlik hissinin ahuşunda qərq olur.

Heç bir qadın körpə dünyaya gəldikdən sonra bir an əvvəl keçirdiyi ağrılar haqqında heç bir söz söyləyə bilməz. Bütün keçənlər digər həyatda baş verib və orada da qalıb. Ağrı və acılardan əsər-əlamət qalmır.
Doğuşlar müxtəlif olur.Qadından asılıdır. Nə olursa, olsun Sizə doğru yönəlmiş quvvəyə, hissiyyata etibar edin. Bu qüvvə Sizi, əlinizdən tutaraq doğuşdan keçirib, doğuma aparacaq. Doğuş – açıqlıq və etibar halıdır, özünüzə, həyata və başlıcası Allaha etibar edin. Əgər ağrı hissi Sizin içinizi dolddurursa, qoy belə olsun. Bu ağrıya da etibar edin.


Tarix: 03.01.2015 / 10:50 Müəllif: Aziza Baxılıb: 192 Bölmə: Körpəyə qulluq
loading...