Heç bir uşaq mənə ATA demədi...
Heç bir uşaq mənə ATA demədi...
Mən heç ata olmadım ki...
Mən “Ata” deyilən səsi sadəcə küçələrdə və qonşularda eşitmişəm...
Hər gün evə gedərkən parkın içindən keçəndə, Ata Ata deyən uşaqların səsini eşidirəm..
Ataları onları qucaqlayır, başını sığallayır, doyasıya öpür...
Amm heç bir uşaq içdən atılmadı qoynuma, qucaqlamadı məni bərk-bərk...
Mənim heç uşağım olmadı ki...
Sevgilərin ən müqəddəsi övlad sevgisidir,
Səslərin ən gözəli “Ata” deyən səsdir...
Mən həmişə Ata deyən səsi dinləyirəm...
Bir uşaq mənə doğru qaçsa onu bütün ruhumla qucaqlayaram..
Küçələrdə Atası ilə gedən şirin qızların atalarına dalba-dal verdikləri suallara böyük sevinclə mən cavablamaq istəyirəm...
Əlindən tutulub aparılan uşaqların ağır-ağır yeridiklərini görüb onları qucağımda daşımaq istəyirəm...
Gecə yarısı qonşularda bir uşaq ağlasa,,.
Anasından, Atasından əvvəl mən oyanıram
Heç bir uşaq mənə ATA demədi..
Xəbər vaxtlarında, radyoda, televizorda, qəzetdə jurnalda...
Bir uşaq öldü xəbəri eşitsəm, oxusam dərhal...
Ahh övladım deyirəm... amma ki, nə öləni tanıyıram nə öldürəni...
Küçədə ən güclü mənim Atamdır sözlərini eşidəndə kiçik bir təbəssüm amma böyük sevgi keçir ürəyimdən...
Amma çox təəssüf ki, bir uşaq mənə “Ata” demədi...
Mən heç ata olmadım ki...
Tarix: 03.01.2015 / 10:52 Müəllif: Aziza Baxılıb: 53 Bölmə: Körpəyə qulluq