Körpənizin dırnaqlarını kəsmənin ən gözəl zamanı o yatarkəndir. Digər uyğun zamansa körpənizin ilıq suda dırnaqları daha da yumşalacağı üçün duş sonrasıdır.
Bu əməliyyatı edərkən kafi işıq olduğundan əmin olmalısınız
Mütləq körpələr üçün çıxarılmış dırnaq qayçısını istifadə etməlisiniz.
Bu əməliyyat əsnasında körpənizin ətinə diqqət yetirərək yavaşca dırnağını kəsə bilərsiniz.
Körpənizin dırnaqlarını yumru şəkillərlə kəsməniz də fayda vardır.
Dırnaqların kəsilməsi prosesini ümumiyyətlə körpənin duşundan sonra edə bilərsiniz, həm körpəniz duş sonrası rahatlamış və sakitləşmiş olar, həm də körpənizin yumşalan dırnaqlar daha rahat kəsiləcək.
Körpənizin dırnaqlarını yatdığı zamanlardada kəsə bilərsiniz.
Ümumiyyətlə 1 yaşını keçən uşaqlar dırnaqlarını kəsdirmək istəməyəcəklər, dırnaqlarını bədənlərinin bir parçası olaraq görəcəklər. Dırnaq kəsmə əməliyyatını xüsusilə yatarkən etməniz sizi bu problemlərdən qurtaracaq.
Körpənizin dırnaq kəsimini iki günə ayiraraq bir əlinin dırnaqlarını bir gün, digərini ikinci gün kəsə bilərsiniz.
Körpələrin xüsusilə ilk həftələrdə uzanan və iti olan dırnaqlarına diqqət yetirilməsi lazımdır. İlk həftələrdə sürətlə uzanan dırnaqlar üçün tədbir grülməzsə körpə öz üzünü və bədənini dırnaqlarıyla yaralaya və zərər verə bilər. Bu dövrlərdə dırnaqları uzandıqca kəsmək və körpənizə əlcək geydirmək ən uyğun tədbirli yol olacaq.
Tarix: 03.01.2015 / 12:01 Müəllif: Aziza Baxılıb: 41 Bölmə: Körpəyə qulluq