Bir çox mütəxəssislər ailədə qadın və kişinin bərabər hüquqa sahib olmasını xoşbəxtliyin əsas prinsiplərindən hesab edirdilər. Norveçin sosial araşdırmalar qurumu olan Novanın apardığı bir araşdırma isə bu yöndə olan bütün düşüncələri alt-üst edib. Adı çəkilən araşdırma nəticəsində məlum olub ki, ailədə qadın və kişi arasında olan bərabərlik əslində o ailənin tez dağılmasına səbəb olur.
Bu nəticəyə gəlmək üçün 5000 cütlük arasında sorğu keçirilib. Sorğu nəticəsində məlum olub ki, kişi və qadının bərabər hüquqlu olduğu ailələrdənsə, kişinin daha çox hüquqa malik olduğu ailələr daha uzunömrlü olur.
Bundan əlavə “Bərabərhüquqluluq” adlı məqalənin müəllifi olan psixoloq Tomas Hansen öz məqaləsində qeyd edib “Kişinin də qadınla eyni səviyyədə ev işləri ilə məşğul olduğu ailə uzunömrlü ola bilməz. Çünki nə qədər demokratik ailə mühitindən danışsaq da, kişilər heç vaxt bu məsələni həzm edə bilmirlər. Bunun nəticəsində isə ailədə narazılıqlar artır və o arzuolunmaz sonluq reallaşır.
Araşdırmalar nəticəsində digər bir maraqlı fikir də ortaya çıxıb. Sorğuda iştirak edən qadınların sözlərindən belə məlum olub ki, sən demə, nə qədər bərabərliyin tərəfdarı olsalar da, onlar da kişilərlə ev işlərini bölüşməyi sevmirlər. Qadınların çoxu bu məslədə onlarda heç bir günahın olmadığını, sadəcə ailədə sözün keçirməyi bacaran kişilərin az olduğunu bildiriblər.
Tədqiqatçıların sözlərinə görə, müasir ailələrin tez dağılmasının səbəblərindən biri də əksər hallarda qadın və kişinin sosial vəziyyətlərinin bərabər səviyyədə olmasıdır. Belə ki, işləyən, öz ayaqları üzərində durmağı bacaran müasir qadın həyat yoldaşından heç bir maddi asılılığının olmadığına görə çox asan şəkildə ayrılmaq qərarına gəlir. Buna görə də ailələrin uzunömrlü olması üçün tədqiqatçılar kişilərin “hakimiyyəti” əldən verməməsini vacib sayır.
Tarix: 06.01.2015 / 18:48 Müəllif: Aziza Baxılıb: 42 Bölmə: Gəl, tanış olaq