ABŞ-ın Nebraska və Linkoln Universitetlərində aparılan araşdırma kişilərin ilk baxışda qadında diqqət yetirdiyi əsas keyfiyyətlər haqqında maraqlı nəticələr ortaya çıxarıb. Bu təcrübədə ümumilikdə 36 kişi iştirak edib. Onlara həm üzü, həm də bədən quruluşu gözəl olan qadın fotoları təqdim olunub. Kişilərdən bu qadın rəsmlərini incələmələri və hansını daha cazibədar hesab etdiklərini bildirmələri tələb olunub. Bunun üçün onların hərəsinə beş dəqiqə vaxt ayılıb. Bu zaman gözlərinə izləyici taxılan kişilərin qadınlarda birinci və ən çox hansı hissəyə baxdıqları müəyyən edilib.
Təcrübə nəticəsində məlub ki, kişlərin 74%- i demək olar ki, qadının üzünə heç baxmayıblar. Onların 87%-i ilk olaraq qadının sinəsinə, 76%- i isə baldırlara diqqət yetiriblər. Təcrübənin nəticəsi böyük sinəli, incə belli və qalın baldırlı qadınlara daha çox baxıldığını üzə çıxarıb.
Eyni təcrübə qadınlar üzərində də sınaqdan keçirilib və belə məlum olub ki, qadınların 65%-i ilk olaraq kişinin üzünə, sonra isə onun bədəninə diqqət yetirilər. Arıq, əzələli, uzunboy kişi rəsmləri qadınlar tərəfindən daha çox izlənilib.
Tarix: 06.01.2015 / 18:37 Müəllif: Aziza Baxılıb: 52 Bölmə: Gəl, tanış olaq